Icma.az
close
up
RU
Bakı və Ankaraya təcili çağırış: Güneydə təhlükəli qüvvə hərəkətə keçir

Bakı və Ankaraya təcili çağırış: Güneydə təhlükəli qüvvə hərəkətə keçir

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranın Güney Azərbaycan bölgəsində PKK terror təşkilatının fəallaşdığına dair yayılan məlumatlar narahatlıq doğurur. Bəzi iddialara görə, PKK ərazidə yaşayan separatçı kürdlərlə birlikdə bölgədə azərbaycanlılara qarşı qətliam keçirməyə hazırlaşır. “Türkiye Gazetesi”nin müxbiri Yılmaz Bilgənin də bənzər fikirlər səsləndirməsi diqqət çəkib.

Bölgədə PKK-nın fəallığı artar, soydaşlarımıza qarşı bu cür hadisələr baş verərsə, Bakının və Ankaranın mövqeyi necə olacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Rəşad Bayramov bildirib ki, PKK-nın tarixi, məqsədləri və indiyə qədərki fəaliyyətinə nəzər saldıqda, bu iddiaları təhlükə amili kimi qiymətləndirməmək mümkün deyil:

“Belə bir situasiyanın həm Ankara, həm də Bakı tərəfindən diqqətə alınacağına da şübhə yoxdur. İddialar realdırsa, qısa müddətdə bölgədə sosial və etnik gərginliyin artması gözləniləndir. PKK-nın hər hansı bir hücum və ya terror fəaliyyəti halında bölgədə təhlükəsizlik boşluqlarının ortaya çıxacağı şübhəsizdir. Belə ki, indiki şəraitdə, yəni güc strukturlarının böyük ölçüdə ABŞ və İsraillə müharibəyə cəlb olunması fonunda SEPAH və yerli polis qüvvələrinin PKK-nın qarşısını almaq üçün fəaliyyəti yetərsiz ola bilər. İranın daxili təhlükəsizlik strukturları hazırda ciddi yük altındadır, PKK təhdidi isə bu yükü daha da artıracaq.

Belə bir vəziyyətdə rəsmi Bakı və Ankara üçün məsələ strateji və diplomatik baxımdan olduqca kritikdir. Türkiyə təbii olaraq bu fəaliyyətə qarşı hərbi və diplomatik təzyiq tədbirlərini dərhal gündəmə gətirəcək. Həmçinin, Azərbaycanın mövqeyi də regiondakı soydaşların təhlükəsizliyinin təmin edilməsi yönündədir”.

Politoloqun sözlərinə görə, regiondakı geosiyasi kontekst nəzərə alındıqda PKK-nın fəallaşması yalnız lokal problem deyil:

“Bu, həm Türkiyə–İran–Azərbaycan əlaqələrinə, həm də PKK-nı fəallaşdıran güclərlə münasibətlərə əhəmiyyətli təsir göstərə bilər.

Düşünürəm ki, indiki mərhələdə, yəni PKK-nın Güney Azərbaycan ərazilərində fəallaşması fonunda Bakı və Ankaranın koordinasiyalı fəaliyyəti ən vacib şərtdir. Bölgədə qətliam və bu kimi hadisələrin baş verməməsi üçün prosesin diqqətdə saxlanılması, sərhəd nəzarətinin gücləndirilməsi və kəşfiyyat fəaliyyətlərinin artırılması vacib şərtdir. Əgər bölgədə qətliam kimi hadisələr baş verərsə, bu, həm humanitar böhran, həm də etnik gərginlik yaradacaq və belə olan halda müdaxilə də qaçılmaz olacaq. Ona görə Ankara və Bakının Tehranla bu istiqamətdə potensial zorakılıq risklərini müzakirə etməsi lazımdır.

Prioritet soydaşlarımızın təhlükəsizliyini təmin etmək, PKK-nın hərbi və kəşfiyyat fəaliyyətlərini izləmək və qarşısını almaq, eləcə də İranla dialoq və lazım olduqda təzyiq mexanizmləri vasitəsilə regiondakı sabitlik imkanlarını artırmaqdan ibarət olmalıdır.

Belə bir vəziyyətdə həm diplomatiya, həm kəşfiyyat, həm də hərbi hazırlıq bir-birini tamamlamalı, regiondakı etnik və geosiyasi balansı qorumaq ön planda olmalıdır. Çünki bu hadisə təkcə lokal təhlükə deyil, bütün Cənubi Qafqaz və region ölkələri üçün strateji və təhlükəsizlik prioriteti olaraq qalır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri