Icma.az
close
up
RU
Güney Azərbaycanla birləşmək təhlükəlidir? “Bakının başqa planı var”

Güney Azərbaycanla birləşmək təhlükəlidir? “Bakının başqa planı var”

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

İranda davam edən etiraz aksiyaları və mövcud rejimin devrilməsi ilə bağlı səsləndirilən fikir fonunda ölkənin parçalanması, nəticədə Güney Azərbaycanın quzeyə birləşməsi məsələsi ciddi müzakirə olunur. Milli Məclisin deputatı Fazil Mustafanın İranda yaşayan azərbaycanlılarla bağlı sözləri bu baxımdan diqqət çəkib.

Deputat bildirib ki, güneylilərin bir qisimi Azərbaycançılıq, birləşmə ideyasını dəstəkləsə də, bunun əksini düşünənlər, hazırkı vəziyyətindən razı olanlar da var. Həmçinin müstəqil Azərbaycanın güneylə birləşməsi indiki vəziyyətdə, hətta yaxın 30 il ərzində Bakı üçün faydalı deyil.

Bundan başqa, Real TV-nin rəhbəri Mirşahin Ağayev də sosial şəbəkədə məsələ ilə bağlı mövqeyini bildirib. O, quru sərhədlərin məhz mövcud şərait öncədən nəzərə alındığı, görüldüyü üçün hələ də bağlı saxlanıldığını söyləyib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Fazil Mustafa bildirib ki, İrandakı proseslərin hansı istiqamətdə inkişaf edəcəyini yalnız subyektiv mülahizələr əsasında demək olar.

“Bununla belə, əsaslandığımız bir neçə səbəb var. Birinci növbədə, bütöv Azərbaycan ideyalarını təşkilatlanmış formada təqdim edən insanların İranın daxili strukturu ilə bağlı yetərincə məlumatı yoxdur. Bundan başqa, biz daha çox bu məsələyə milliyyətçi, İrandan narazı olan insanların düşüncələri üzərindən baxırıq. Əslində isə orada dövlət hakimiyyətinə azərbaycanlıların təsiri çox böyükdür. İranda əsas dövlət postlarında azərbaycanlılar daha çoxdur. Ona görə də bu kimi məsələlərdə diqqətli olmalıyıq. Ümumiyyətlə, birləşmə ideyasının ortaya atılması Azərbaycan üçün təhlükəli və yersizdir. Çünki hələ proseslərin hansı məcrada gedəcəyinə baxmaq lazımdır.


Fazil Mustafa 

Dünyada heç bir şəkildə bu cür dövlətlərin parçalanması mənimsənilmir. Mərkəzi hakimiyyət zəifləsə də, dövlət bütövlükdə parçalanmır. Bu, Əfqanıstan, Suriya və İraqda müşahidə etdiyimiz proseslərdə də belə olub. İran kimi teokratik ölkələrdə daxili güclə rejimin devrilməsi çox çətin, demək olar ki, mümkün deyil. 1978-ci ildə bunu əsasən böyük kapitala sahib olan dini təbəqə etdi. Onlar daxili resursları hərəkətə gətirdilər, sinfi gücə sahib idilər. Lakin indi elə bir sinif yoxdur. Xarici təsirlə nəsə etmək olar, amma narazı kütlə o qədər də yaxşı təşkilatlanmayıb. Rejimin içərisindən prosesi körükləyəcək adam tapmaq da çətindir. Çünki İranda dini nüfuza dayanan bir rejim var və onların çökməsi ilə bütün sistem çökə bilər”.

Deputat qeyd edib ki, Azərbaycanın İranda əsas marağı dünyəvi dövlətin yaranmasıdır:

“Bunun monarxiya, yoxsa respublika formasında olması bizim üçün fərq etmir. Bunu da biz müəyyən etmirik. Bunu İranın daxili dinamikası, cəmiyyətin xarakteri və xarici güclərin planlaşdırdığı modellər müəyyən edəcək. Biz birinci növbədə Azərbaycan dövlətinin təhlükəsizliyini təmin etməliyik”.

Politoloq, tarixçi Faiq Ələkbərli isə bildirib ki, Güney Azərbaycanın quzeylə birləşməsi iddiası yeni deyil:

“Bu məsələ ilə bağlı istər Azərbaycanın özündə, istərsə də Güney Azərbaycanın daxilində çoxsaylı fikirlər mövcuddur. Birləşmənin tərəfdarları olduğu kimi, əleyhdarları da var. Əleyhdar olan insanlar daha çox Güney Azərbaycanın düşüncə fərqliliyini, mollalıq institutunun mövcudluğunu əsas gətirir və bütün bunların müstəqil Azərbaycan üçün ziyanlı olacağını iddia edirlər.

Daha çox sovet düşüncəsinin hakim olduğu şəxslər bu ideyanın əleyhinə çıxırlar. Lakin mənim və mənimlə eyni mövqeni bölüşən çox sayda insan Güney Azərbaycanın respublika elan olunacağını və gec-tez quzeylə birləşəcəyini düşünür. Coğrafiya və əhali sayı çox önəmlidir. Yarımçıq tarix, yarımçıq fəlsəfə  yarımçıq insan deməkdir. Yarımçıq Azərbaycan anlayışı doğru deyil. İki Astara, iki Culfa, iki Azərbaycan birləşməlidir.


Faiq Ələkbərli 

Əlbəttə, müəyyən problemlər var. İki əsrlik ciddi şüur, mədəniyyət, adət-ənənə fərqləri mövcuddur. Lakin buna baxmayaraq, böyük məsələlərdə oxşarlıqlar daha çoxdur.

Bu birlik gec-tez baş verəcək. Özü də bu, təbii bir birləşmə olacaq. Biz ABŞ-dakı kimi ştatların birləşməsindən yox, iki təbii bölgənin birləşərək vahid Azərbaycan yaratmasından danışırıq”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Yanvar 2026 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri