Icma.az
close
up
RU
Bakının Güney Azərbaycan həssaslığı: savaş davam edərsə...

Bakının Güney Azərbaycan həssaslığı: savaş davam edərsə...

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Toğrul İsmayıl: “Əgər müharibə daha geniş miqyas alarsa, vəziyyət Azərbaycan üçün daha kritikləşə bilər”

On gündən çoxdur davam edən İsrail-İran arasındakı raket meharibəsinə savaşın 9-cu günündə ABŞ da qoşulmuş oldu. Belə ki, iyunun 22-nə keçən gecə ABŞ hərbi Hava Qüvvələri tərəfindən İranın əsas nüvə mərkəzlərinə - Forda, Natanz və İsfahan daxil olmaqla üç mərkəzinə zərbələr endirilib. Amerika lideri Donald Tramp bildirib ki, İranın uranın zənginləşdirilməsi proqramı tarix olub və indi Tehran sülhə gəlməlidir. Ağ Ev sahibi İranı cavab verməkdən çəkindirib və əks halda, daha ağır nəticələrin olacağı barədə xəbərdarlıq edib.

Ekspertlər İsrail-İran müharibəsi və savaşa ABŞ-ın da real olaraq qoşulmasının bölgədəki vəziyyətə ciddi təsir edəcəyini proqnozlaşdırırlar. Analitiklər hesab edir ki, savaşda olan tərəflərdən biri olan İranın Azərbaycanın qonşusu olması rəsmi Bakını ehtiyyatlı addımlar atmağa vadar edir. Eyni zamanda, bu müharibənin qardaş Türkiyəyə də təsirlərinin olduğu bildirilir.

Kahramanmaraş Sütçü İmam Üniversitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor, azərbaycanlı analitik Toğrul İsmayıl mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandırarkən bildirib ki, regionda müharibə gedir və həssas dönəm yaşanmaqdadır:

- Bu savaşın təməlində İranın uranın zənginləşdirilməsi proqramı dayanır. İsrail və ABŞ uzun illərdir ki, İranın nüvə proqramının ləğvinə çalışır, İran isə israrla nüvə çalışmaları həyata keçirir, nüvə başlıqları əldə etməyə çalışır. Bununla bağlı İsrail və Amerika Tehrandan tələbləri var. Bu istiqamətda danışıqlar aparılsa da, uğurlu nəticələr əldə olunmadı və ABŞ Prezidenti Donald Tramp birinci dəfəki hakimiyyətinin sonunda İranla razılaşmadan çıxdı. Ondan sonra İran yenidən nüvə çalışmalarını bərpa etmişdi. Tramp ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra yenidən danışıqlar başlamışdı ki, İsrail İrana hücum etdi. Görünür bu danışıqların nəticə verməyəcəyi proqnozu Vaşinqton və Təl-Əvivdə artmış oldu. İsrailin İrana hücumunda bəhanə etdiyi əsas məsələlərdən biri odur ki, nüvə silahının əldə edilməsinə Tehranın yaxın olmadısır. Əslində isə beynəlxalq hüquq baxımından nə İsrailin, nə də İranın nüvə silahı əldə etməsi mümkündür. Mən burada hansısa dövlətə haqq vermək niyyətində deyiləm və mütəxəssis kimi fikir bildirirəm. Azərbaycan cəmiyyətində belə yanaşma var ki, hansısa tərəf tutulmalıdır və s. Unutmayaq ki, İran ayrı, İsrail ayrı dövlətdir, onların öz maraqları var, bizim isə öz maraqlarımız var. Əsas olan Azərbaycandır, türk dünyasıdır, Türkiyədir. Biz məsələlərə türk mərkəzli baxmalıyıq. Bu elə bir hadisədir ki, biz bunda diqqətli olmalıyıq. Məsələnin arxasında İsrailin hücumu dayanır ki, xronologiyada bu vacibdir. İsrailin bəhanəsi aydındır: İranın nüvə proqramı. Amma unutmaq olmaz ki, bu, İsrailə hansısa ölkəyə hücum etmək, təcavüz etmək hüququ vermir. Hesab edirəm ki, İsrailin addımı təcavüzdür və qınanılmalıdır. Amma biz görürük ki, nə ABŞ, nə də digər Qərb ölkələri hansısa ciddi tədbir görməməkdədirlər. Əksinə, ABŞ müharibəyə qoşulur, İranı bombalayır. Bu isə beynəlxalq hüquqa ziddir.

İndi bəziləri deyə bilər ki, İrandakı molla rejimi Qarabağ məsələsində Azərbaycanın əleyhinə oldu, İsrail Azərbaycana dəstək verdi və s. Məsələ o deyil. İranın Azərbaycan və Türkiyə ilə münasibətlərdə öz maraqları var ki, o ayrı məsələdir. Bu gün Azərbaycanın İsraillə yaxın münasibətləri ola bilər, amma bu o demək deyil ki, bu münasibətlər sabah da eyni müstəvidə olacaq. Bəzən görürük ki, Türkiyə Azərbaycanın dost və müttəfiqidir, amma Türkiyənin İsraillə münasibətləri olduqca fərqlidir. Hər bir döcvlətin öz siyasəti var. Demək istədiyim odur ki, İsrailin hücumu beynəlxalq hüquqa ziddir və dayandırılmalıdır. İsrail faktiki olaraq İranı yer üzündən silməyə çalışır.

- Amma İran da zaman-zaman İsraili yer üzündən silməklə hədələyir...

- Əlbəttə, bu da doğru deyil. Amma bir var söz deyəsən, bir də var hərəkət edəsən. İran bu təhdidləri təbii ki, yolverilməzdir, amma söylənilənlər ayrı, tətbiq isə ayrıdır. İsrail də təhdid edirdi, İran rejimini dağıdacağını, İranı parçalayacağını bəyan edirdi. İsrail bu söylədiklərinin tətbiqinə başladı, məsələ budur. Məsələn, bir insan başqa birinə deyir ki, səni öldürəcəm, yox edəcəm, amma dediyini etmir, buna görə cinayət işi açılmır, sadəcə xəbərdarlıq edilə bilər. Amma biri də var, deyir və öldürür. Bu, cinayətdir. İsrailin etdiyi cinayətdir və qəbuledilməzdir. Dövlətlərarası münasibətlərdə deyə bilərsiniz, amma real həyatda bunu həyata keçirmək tamam başqa məsələdir.

- Nəzərə almaq lazımdır ki, İran ərazisində 40 milyona yaxın soydaşımız yaşayır və burada bizim bir məsuliyyət payımız nə qədərdir və Azərbaycanın burada mövqeyini necə qiymətləndirmək olar?

- Azərbaycan artıq bu prosesdə istəsə də, istəməsə də rol alıb. Məndə olan dəqiq məlumatlara görə Azərbaycan həm diplomatik kanallar vasitəsilə, həm də müxtəlif yollarla İsrailin Güney Azərbaycan türkləri yaşayan bölgələri vurmaması məsələsini gündəmə gətirib. Hesab edirəm ki, bu, ciddi məsələdir. Bəziləri deyir ki, Azərbaycan soydaşlarımıza atəş açılmasına göz yumur, İsraili açıq şəkildə dəstəkləyir. Bu, doğru deyil. Azərbaycan ilk gündən bu məsələdə beynəxalq hüquq çərçivəsində siyasət aparır. Rəsmi Bakı İranın vurulmasını pisləyib, hücumun dayandırılmasını tələb edib və danışıqlarla problemin həllinə çağırıb. Eyni zamanda, Təbrizin və Azərbaycan türklərinin yaşadığı digər bölgələrin vurulmasının dayandırılmasını tələb edib. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanın bu məsələyə yanaşması təqdir edilməlidir və beynəlxalq hüquqa uyğundur.

Təbii ki, biz soydaşlarımıza zərər gəlməməsini, onların öldürülməməsini, yaralanmamasını istəyirik. Amma nəzərə almaq lazımdır ki, soydaşlarımızın yaşadığı bölgələr İran dövlətinin ərazisidir və həmin ərazilərdə də hərbi sənaye kompleksləri var. Bu baxımdan, həmin bölgələrin də hədəfdə olması reallığı var.

Başqa bir məsələ də odur ki, əvvəlcə ailənin içi düşünülməlidir. Əlbəttə, Güney Azərbaycandakı soydaşlarımızla bağlı həssas yanaşma var və olmalıdır. Lakin əgər müharibə daha geniş miqyas alarsa, vəziyyət Azərbaycan üçün daha kritikləşə bilər.  

- Söhbət hansı kritik durumdan gedir?

- Çox olmasa da, müharibənin geniş miqyas alacağı ehtimalı var, bunu arxaya atmamaq lazımdır. Bu halda qaçqınlar məsələsi gündəmə gələcək ki, bu başqa bir həssaslığı tələb edəcək. Nə qədər soydaşlarımız da olsa, Azərbaycan qaçqın yükünü qəbul edə biləcəkmi? Güneydə yaşayanlar uzun illərdir başqa mühitdə, başqa dəyərlərlə yaşayıblar. Azərbaycanın 30 il ərazində bir milyon qaçqını oldu, amma bu, Azərbaycanın öz içərisindən idi. Güneydən qaçqın düşəcəyi ehtimal edilən insanlar soydaşlarımız olsa da, ayrı bir cəmiyyətin, ayrı mənəvi dəyərlərə malik insanlardırlar. Bu, hansı problemləri yarada bilər, düşünmək lazımdır. Ona görə də, Azərbaycan məsələyə həssaslıqla yanaşmalıdır və hesab edirəm ki, bu həssas yanaşma mövcuddur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://ayna.az
archiveBu xəbər 24 İyun 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri