Icma.az
close
up
RU
Güneydə plan dəyişdi: ABŞ hücuma keçərsə... Bakıya mühüm xəbər

Güneydə plan dəyişdi: ABŞ hücuma keçərsə... Bakıya mühüm xəbər

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranda dekabr ayından başlayan etiraz aksiyaları davam edir. Mövcud gərginlik fonunda etirazçıların ağır cəzalara məruz qalması və vəziyyətin daha da kəskinləşəcəyi təqdirdə iranlıların ölkəni tərk edəcəyi proqnozlaşdırılırdı. Lakin gözləntilərin əksinə olaraq, İrandan nə Azərbaycana, nə Avropaya, nə də digər dinc ölkələrə kütləvi köç qeydə alınıb. Türkiyə də iranlı qaçqınların seli ilə üzləşməyib.

Kütləvi köçün baş verməməsinin əsas səbəbi nədir?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, bu ehtimal hələ də tam aradan qalxmayıb:

“ABŞ və İran arasında müharibə başlamayıb. Rəsmi Vaşinqton İran ərazisini bombalamır, dinc əhalinin ölkəni tərk etməsi üçün ciddi zəmin yaranmayıb. Bununla belə, Türkiyə artıq hər ehtimala qarşı tədbirlər görməyə başlayıb. Əgər real müharibə başlasa, qaçqın axınının olacağı istisna edilmir. Azərbaycan da iranlıların üz tuta biləcəyi ölkələr sırasındadır. Bütün bu proseslər ABŞ-ın mümkün hücumu ilə birbaşa bağlıdır”.

Əli Mustafayev

Ekspert qeyd edib ki, orada yaşayan soydaşlarımızın ölkəni tərk etməsinə deyil, öz torpaqlarına sahib çıxmasına ehtiyac var:

“Görünür, insanlar artıq bunu dərk etməyə başlayıblar. Ölkədən qaçmaq əvəzinə, ölkənin sahibi olmağa çalışırlar. Qarşıdakı toqquşma ciddi ola bilər və rejim dəyişikliyi istisna edilmir. Əgər bu baş verərsə, yeni hakimiyyət formalaşacaq və kim güclüdürsə, o da ölkəni idarə edəcək. Min illər boyu türklərin idarə etdiyi İranın yenidən türklər tərəfindən idarə olunmasına nail olmaq lazımdır.

Bu məsələyə qaçqınlıq və humanitar fəlakət prizmasından deyil, baş verə biləcək hadisələrin nəticələri və ölkəyə sahib çıxmaq baxımından yanaşmaq lazımdır. Eyni zamanda ehtimal olunur ki, mümkün hücumlar nöqtəvi xarakter daşıyacaq və mülki əhalinin yaşadığı ərazilər hədəf alınmayacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Yanvar 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri