Icma.az
close
up
RU
Günügündən sayı artan piyada ÖLÜMLƏRİ Səbəb yüksək sürətdir, yoxsa MƏSULİYYƏTSİZLİK?

Günügündən sayı artan piyada ÖLÜMLƏRİ Səbəb yüksək sürətdir, yoxsa MƏSULİYYƏTSİZLİK?

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər piyadavurmaların sayı artıb. Hətta bu günlərdə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi bununla bağlı piyadalara müraciət ünvanladı. Qurumdan bildirildi ki, son üç gün ərzində 7 piyadavurma hadisəsi baş verib. Nəticədə 4 nəfər həyatını itirib, 4 nəfərsə ciddi xəsarət alıb.
Bəs, piyadavurmaların artmasının səbəbləri nədir? Piyada məsuliyyətsizliyi, sürücü səhlənkarlığı, yoxsa, yol infrastrukturundakı çatışmazlıqlar?
 

MÖVZU İLƏ BAĞLI:
Sumqayıtda avtomobil 75 yaşlı piyadanı vuraraq öldürüb


Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, bu məsələdə hər iki tərəfin bir qədər payı var:
“Yol qəzalarının baş verməsi 3 mühüm məsələ ilə bağlıdır. Nəqliyyat vasitələrinin təhlükəsizliyi, texniki vəziyyəti, ikincisi, sürücülərin səhlənkarlığı, yol hərəkəti qaydalarına əməl etməməsi, üçüncüsü, yol təsərrüfatı. Üçüncü həm sürcülərə, həm də piyadalara aiddir. Çünki məsuliyyətsiz piyadalarımız həddən artıq çoxdur. Onların əksəriyyəti yolu qaça-qaça keçirlər. Bunun nəticəsində nə qədər piyadanı keçidin yaxınlığında maşın vurub. Niyə? Çünki beş addım o tərəfdəki piyada keçidindən keçməyə tənbəlik edirlər, ərinirlər. Deyir, qaça-qaça keçərəm, heç nə olmaz. Nəticədə də ağır faciələr baş verir”.
Ekspert bildirib ki, uzun zamandır bu istiqamətdə təbliğat, maarifləndirmə aparılsa da, nəticə zəidfir:
“Ona görə də düşünürəm ki, bu məsələdə inzibatçılığa ehtiyac var. Cərimələrin tətbiqi bəlkə bu sahədə müəyyən nəticələrə gətirib çıxara bilər. Çünki söz, xahiş, müraciət, maarifləndirmə  kimi addımları qəbul etməyən insanlar var. Görünür, onlar cəriməsiz dəyişməyəcəklər. İllər əvvəl bu, tətbiq olunurdu və yol polisi bunlara nəzarət edirdi. Bu yöndə piyadalarla ciddi işlər aparırdılar. Qayda pozanları, keçiddən istifadə etməyənləri cəzalandırırdılar. Amma sonra bu məsələ səngidi,  durğunluq yarandı. Təəssüf ki, nəzarət mexanizmi zəif olan kimi vəziyyət gəlib bu həddə çatır”.
E.Muradlı hesab edir ki, problemin həlli üçün bəzi məsələlərə diqqət də artırılmalıdır:
“Bununla bağlı qanunlara baxmaq lazımdır. Eyni zamanda piyadalar üçün infrastruktura diqqət etmək lazımdır. Yəni problemlər dərindən analiz olunmalıdır. Əgər problem yol infrastrukturu ilə bağlıdırsa, bunun aradan qaldırılmasına çalışmalıyıq.
 

Məsələn, bəzi yeraltı piyada keçidləri gecə işıqlandırılmır. Qadınlar, uşaqlar ordan keçməyə qorxurlar. Elə Qaradağ rayonu ərazisində yeraltı və yerüstü piyada keçidlərini götürək, sərnişinlər deyir ki, qaranlıq olur. Axşamlar orda “bomj”lar, evsiz-eşiksizlər yatır, narkomanlar ora yığışır. Biz qorxuruq. Ona görə keçiddən istifadə etmirik. Bu kimi səbəbləri araşdırıb baxmaq lazımdır.


Eləcə də, keçidlər arasındakı məsafəyə diqqət olunmalıdır. Bu məsafə yetərlidirmi, yaxındırmı? Əminəm ki, bu məsələdə də ciddi problemlər ortaya çıxacaq. Ona görə də bu məsələlərin hamısı təhlil olunmalıdır”.
Rəna Cumaqızı, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Dekabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see242

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see216

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see215

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see209

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see193

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see187

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see126

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see125

Simonyan: Azərbaycan Ermənistan sərhədinin daha bir hissəsi tezliklə demarkasiya ediləcək

10 Dekabr 2025 22:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri