Icma.az
close
up
RU
Günün Səsi

Günün Səsi

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Bu yaşımda yaşadıqlarımdan, gördüklərimdən insanlara, o cümlədən doğmalarıma nə məsləhət görərdim. Yaxından tanıyanlar uşaqlığımdan çox çətin və keşməkeşli həyat yolumun olduğunu bilirlər. Həyatımda ata və anamı tez itirdiyimdən başqa heç nədən heyfsilənmirəm. Bir daha doğulsam, yenə də bu çətin həyat yolunu seçərdim, çünki həyatımda yalan danışmadım, ümumi fikirə qoşulmadım, nə qədər çətin olsa da, düz bildiyimi etdim, kimlərəsə pislik etmədim, bacardığım qədər imkansızlara kömək etdim, etdiyim yaxşılıqların heç vaxt qarşılığını gözləmədim. Çünki özümü anlayandan uca Allahın hər kəsin əməlinə görə cavabını verdiyinə inanmışam”.

Gununsesi.info xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında vəkil Aslan İsmayılov paylaşıb.

Onun bu paylaşımı oxucular tərəfindən sentimental qarşılanıb.

Belə ki, o, həmçinin deyib:

“Çoxlu sayda imkansız gənclərə öz doğma balalarıma etmədiyimi etdim, “sağ ol” deməmələri bir yana, bəzilərindən əvəzində pislik gördüm, ancaq heç birinə pislik arzulamadım. Ən namərd addımlarında belə bir istəyim oldu ki, səhv etdiklərini anlasınlar, mənə görə yox, özlərinə görə, çünki o addımların bədəlini həyatlarında ödəyəcəklərini belə onlara qıymadım.

Bu yaşımda mənim üçün ən vacibi odur ki, heç vaxt heç kimin kölgəsinə sığınmadım, heç kimin qarşısında gözükölgəli olmadım. Başıma gələn bütün bəlalar da əsasən bununla bağlı oldu. Bütün dövrlərdə səlahiyyət sahibləri məni gözükölgəli etmək istədilər, ona görə də heç vaxt qanunsuzluq, pislək etməsəm də, əksəriyyəti hər an məni məhv etməyə hazır oldular və bu gün də hazırdırlar.

Bu yaşımda çox xoşbəxtəm, çünki ən azından 1989-cu il Sumqayıt hadisələrində xalqımıza qarşı atılmış böhtanı Sovet İmperiyasının varlığı dövründən ömrüm boyu ifşa etməklə məşğul oldum, 1993-cü ildə rus, fars nökərləri Vətənimi hərraca çıxaranda həyatımı riskə atıb Milli Məclisin tribunasından onları ifşa etdim. 1993-cü il 15 iyunda İncəsənət Muzeyindən xalqımıza məxsus 300 dəyərli əsərin vətənimə qaytarılması üçün uzun illər mübarizə apardım, ABŞ məhkəmələrində çıxışlar etdim və 1999-cu ildə həmin əsərlərin Azərbaycana qaytarılmasına nail oldum, 1994-cü ildə ermənilər tərəfindən vuruşan rus kazaklarının Rusiyanın tanınmış Kazak Atamanları tərəfindən müharibə zonasından geri çağırılmalarına nail oldum, 2016-cı ildə Bayıl yamacında 5 hektar zibilxananı təmizləyib, 1000-dən artıq Xan Çinarı ağacı, 3 mindən artıq qızılgül kolu əkdim və bu gün artıq Bakının ən gözəl gəzməli məkanına çevirdim, 2020-ci il 44 günlük Vətən Müharibəsi zamanı Xalqımın, Dövlətimin yanında oldum, çoxlarının hələ də bilmədiyi bacardığım işləri gördüm. Bu siyahını uzatmaq da olar. Bu yaşda anlayırsan ki, bu dünyadan apardığın 3 metrə bez olur. Bir də ömür sona yetişəndə “kaş ki” sualları çoxalır. Şükür Allaha ki, məndə bu günə qədər bu sual yaranmayıb və uca Allahdan arzum odur ki, bundan sonra da yaranmasın. Son gəldiyim nəticə odur ki, var-dövlət, vəzifə hamısı boş şeydir, var-dövlət hərisliyi, acgözlük ən böyük bədbəxtçilikdir. Çalışmaq lazımdır ki, ömrün sonlarında “kaş ki” sualların olmasın, olsa da, az olsun. Bunun üçün isə ancaq yaxşılıq etmək lazımdır. Paxıllıq xərçəngdən də ağır xəstəlikdir, daim insanı içindən yeyir, adi həyat sevincini sənin əlindən alır. Həyatda ən böyük səadət isə ailə xoşbəxtliyidir. Çalışın, yaxşılıq edin, ətrafınıza xoşbəxtlik arzulayın, çünki xoşbəxtliyin düsturu çox sadədir. Xoşbəxt olmaq istəyirsinizsə — ətrafınıza xoşbəxtlik arzulayın”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
Günün Səsi
22 Mart 2025 14:27
seeBaxış sayı:215
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 May 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see346

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see290

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see282

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see279

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see265

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see262

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see256

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see255

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see235

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see227

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see218

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see210

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see206

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see206

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see205

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see202

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see202

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see194

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see189

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri