Icma.az
close
up
RU
Gürcü mətbuatı: “Müharibə partiyası” Gürcüstanı fəlakətə sürükləyir AZƏRTAC

Gürcü mətbuatı: “Müharibə partiyası” Gürcüstanı fəlakətə sürükləyir AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tbilisi, 9 dekabr, AZƏRTAC

Cari il oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra Gürcüstanda gedən siyasi proseslər ölkə mətbuatında birmənalı işıqlandırılmır. Qərbin təsiri altında olan siyasi partiyalar, QHT-lər və müxalif media hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasını seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edirlər. Ölkə müxalifəti Qərbin təzyiqi altında təkrar seçkilər keçirilməsini tələb edir.

Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı danışıqların 2028-ci ilə qədər dayandırılması barədə noyabrın 28-də verdiyi bəyanatdan sonra vəziyyət daha da gərginləşib.

Almaniyanın, Fransanın, ABŞ-ın, Avropa İttifaqının səfirləri iqtidara qarşı sərt şəkildə tənqidlər səsləndirir, Gürcüstan hökumətinin avrointeqrasiyadan yayındığını iddia edir, müxalifəti dövlət çevrilişinə təhrik edir. Bir məsələni də qeyd etmək lazımdır ki, Qərb dövlətləri seçkilərdən əvvəl də Gürcüstan hakimiyyətinə qarşı tənqidi çıxışlar edib, Gürcüstanı Rusiya ilə müharibəyə cəlb etmək istəyib. Lakin iqtidar bunu qəbul etməyib və Rusiya ilə müharibənin ölkə üçün daha böyük fəlakətlər yaradacağını bildirib.

Onların təsiri altında olan müxalifət partiyaları və QHT-lər də hökumətin istefası və təkrar seçkilər keçirilməsi, Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi, ikinci cəbhənin açılması tələbi ilə aksiyalar keçirir. Müxalifət mediası isə Avropa ölkələrinin təzyiqi altında Gürcüstan hakimiyyətini avrointeqrasiyadan yayınmaqda günahlandırır və sərt tənqid edir.

AZƏRTAC xəbər verir ki, noyabrın 28-dən yenidən başlayan etiraz aksiyalarına tələbələrin və orta məktəb şagirdlərinin (uşaqların) da cəlb olunması vəziyyəti daha da gərginləşdirib.

Sırf iqtidaryönümlü, eləcə də, iqtidaryönümlü, lakin bəzi hallarda obyektivlik naminə müxalifət liderlərinin də fikirlərini yayan portallarda (qruzinform.ge, interpressnews.ge, newsday.ge, palitranews.ge, rezonansi.ge, adjaraps.ge), eləcə də İctimai Televiziyada (1tv.ge) yayımlanan məlumatlarda başda prezident Salome Zurabişvili olmaqla, ölkənin Qərbin təsiri və himayəsi altında müxalifət partiyalarının və QHT-lərin Gürcüstanı Rusiya ilə müharibəyə cəlb olunmasına çalışdığı bildirilir. Vurğulanır ki, Gürcüstanın müharibəyə təhrik olunması ölkənin məhvinə səbəb olacaq.

Bu portallar ölkədə siyasi gərginliyin artmasında Qərb dövlətlərini və birbaşa onların təsiri altında olan müxalifəti, xüsusən də prezident Salome Zurabişvilini günahlandırırlar. Həmin media qurumlarının yayımladığı məlumatlarda iqtidarın siyasətinə birbaşa dəstək nümayiş etdirilir. Əlavə edilir ki, “müharibə partiyası” Gürcüstanı fəlakətə sürükləyir.

Eyni zamanda, qeyd olunur ki, Qərbdən maliyyə asılılığı olan müxalifət və prezident S.Zurabişvili tələbə və gəncləri küçələrə çıxartmaqla vətəndaş qarşıdurmasını daha da sürətləndirmək istəyir. Onların bildirdiyinə görə, müxalifət Qərbin təzyiqi ilə gərginliyi artırmağa, ölkədə hakimiyyət dəyişikliyi etməyə çalışır. Əlavə edilir ki, müxalifətin bütün səylərinə baxmayaraq Qərbin resursları tükənir.

Baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşşvili, xarici işlər naziri Maka Botçorişvili və digər dövlət rəsmilərinin fikirlərini daha çox ictimaiyyətə təqdim edən portallar Baş nazirin noyabrın 28-də səsləndirdiyi bəyanatın düzgün təqdim olunmadığını bildirirlər.

Müxalifəti dəstəkləyən və əsasən müxalifyönümlü portallar, xüsusən də “Mtavari arxi”, “Rustavi 2” televiziya kanalları isə tam əksini bildirməklə baş verənlərdə iqtidarı günahlandırırlar. Onlar iqtidarı “Rusiyanın əlaltısı” adlandırır və ölkənin gələcəyinin Qərblə bağlı olduğunu iddia edirlər.

Qeyd etmək lazımdır ki, bəzi siyasətçilər, bloqerlər və analitiklər də Qərb dövlətlərini sərt tənqid edir, Aİ-nin, Fransanın, Almaniyanın və digər ölkələrin səfirlərini səlahiyyət həddini aşaraq birbaşa Gürcüstanın daxili işlərinə qarışmaqda ittiham edirlər. Bildirilir ki, öz ölkəsində belə legitimliyi olmayan Almaniya və Fransa səfirləri maliyyələşdirdikləri müxalifətin və QHT-lərin, mətbuatın əli ilə ölkədə sabitliyi pozmağa, iğtişaşlar yaratmağa, dövlət çevrilişinə cəhd edirlər. “Lakin, minlərlə insanın qanı bahasına əldə olunan müstəqilliyi əldə vermək olmaz. Gürcüstan hökuməti düzgün yoldadı və bu yoldan dönməməlidir” - deyə, həmin siyasətçilər vurğulayırlar.

Qeyd etmək lazımdır ki, Baş nazir İrakli Kobaxidze ölkədə baş verənləri İctimai Televiziyanın canlı efirində müzakirə etmək üçün müxalifət liderlərini debata dəvət etmişdi. Müxalifət nümayəndələri əvvəlcə buna razılıq versələr də, teledebata 4 saat qalmış görüşdən imtina etdilər. Maraqlıdır ki, iqtidaryönümlü mətbuat bunu Qərbin və müxalifətin məğlubiyyəti kimi qiymətləndirsə də müxalif mətbuat məsələnin üstündən sükutla keçdi. Mətbuat yazır ki, Qərb ölkələrinin səfirləri də debat mövzusunu şərh etmirlər. Onların sükutu məğlubiyyət kimi qiymətləndirilir. Qeyd olunur ki, Gürcüstanda öz istədiyi qüvvələri hakimiyyətə gətirmək istəyən Qərb dövlətləri hətta Gürcüstanın xaricdəki səfirlərinə də güclü təzyiqlər göstərir, onları vəzifələrindən istefa verməyə məcbur edirlər. Bu isə ölkənin imicinə mənfi təsir göstərir.

Bildirilir ki, bu gün birbaşa Qərbin diqtəsi altında çalışan Nika Meliya, Nika Qvaramiya, Teona Akubardiya, keçmiş müdafiə nazirləri Davit Kezeraşvili, Tinatin Xidaşeli, sabiq xarici işlər naziri Mixail Canalidze, Mamuka Xazaradze, Qeorgi Qaxariya, Tina Bokuçava Levan Qoqiçaişvili və digərləri heç öz tərəfdarlarının hamısını aksiyalara çıxara bilmirlər. Bəzi iddialara görə, onlar tərəfdarlarına aksiyaya çıxmaq üçün adambaşına 20 laridən 100 lariyədək (təxminən 12-60 AZN) pul verirlər. Mitinqlərdə daha sərt, radikal hərəkətlər etmək üçün isə 500 lari (təxminən 305 AZN) məbləğində “xidməthaqqı” ödənilir. Gürcüstan Daxili İşlər Nazirliyinin həmin müxalifət liderlərinin evlərində və ofislərində apardıqları axtarışlar zamanı pirotexnik vasitələr, “Molotov kokteylləri”, tapança və digər vasitələrin, xeyli miqdarda dollar, avro və larinin tapılması onların birbaşa Qərbin maliyyəsi hesabına fəaliyyət göstərdiklərini sübut edir.

Məlumat üçün bildirək ki, Gürcüstanda din xadimlərinin, xüsusən də patriarxlığın rolu yüksəkdir. Gürcüstan Patriarxlığı prezidentə və müxalifətə müraciət edərək onlara sözlərinə və fikirlərinə, hərəkətlərinə ciddi fikir verməyi, uşaqları məktəbdən ayırıb mitinqlərə dəvətə etməməyi tövsiyə edib. Bu da müxalifət mətbuatı tərəfindən sükutla qarşılanıb. Qərb isə din xadimlərinin bu davranışını patriarxlığın hökumətdən asılılığı kimi qiymətləndirirlər.

Prezident S.Zurabişvili dekabrın 4-də televiziyada çıxışı zamanı məktəbli uşaqları etiraz aksiyalarına dəvət etmədiyini bildirsə də, bir qrup valideyn bunun əksini iddia edib. Lakin müxalifət mətbuatı bu məsələnin də üstündən sükutla keçib.

Prezident S.Zurabişvilinin dekabrın 7-də hökumətlə razılaşdırılmadan (Gürcüstan Konstitusiyasına əsasən prezidentin xarici ölkələrə səfərləri və bir sıra görüşləri hökumətlə razılaşdırılaraq həyata keçirilməlidir. Lakin S.Zurabişvili dəfələrlə hökumətlə razılaşmadan xarici ölkələrə səfər edib) Fransaya səfər etməsi, Ukrayna, Fransa və ABŞ prezidentləri ilə görüşləri də mətbuatda birmənalı qarşılanmır.

İqtidaryönümlü mətbuat prezidentin bu addımını ölkəyə xəyanət kimi qiymətləndirir. Müxalifət mətbuatı isə sanki Gürcüstan prezidentinin səfərini tənqid edir, bildirirlər ki, prezidentin Fransaya səfərindən sonra vizasız gediş-gəliş ləğv olunacaq. Çünki S.Zurabişvili keçirdiyi görüşlərdə Gürcüstana qarşı təzyiqləri aratırmağa, daha sərt tədbirlər görməyə, hakim partiyanın liderlərinə qarşı sanksiyalar tətbiq etməyə, hətta vizasız gediş-gəlişin ləğvinin mümkünlüyünü nəzərdən keçirməyə çağırıb. Əslində isə müxalifət mətbuatı bununla Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması məsələsinin elə Zurabişvili komandası tərəfindən təşkil olunduğunu dolayısı ilə təsdiqləyir.

Lakin yenə də iqtidaryönümlü mətbuat “Gürcü Arzusu” partiyası hökumətinin düzgün yolda olduğunu, Qərbə interqasiyanın davam edəcəyini bildirirlər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see185

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see157

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri