Icma.az
close
up
RU
Növbəti “rəngli inqilab” cəhdi Qərb Gürcüstanı fəlakətə sürükləyir ŞƏRH

Növbəti “rəngli inqilab” cəhdi Qərb Gürcüstanı fəlakətə sürükləyir ŞƏRH

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qərb Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərində iqtidar partiyasının qələbəsini həzm edə bilmir. İnqilab, qarşıdurma çağırışları paytaxt Tbilisini bürüyüb, hüquq-mühafizə orqanları əməkdaşlarına xəsarət yetirilir, ölkə faktiki xaosa sürüklənir.

Qərb mediası və siyasi dairələrində Gürcüstanın yeni inqilabın astanasında olduğu qabardılır. Son aylar ABŞ və Avropa İttifaqı (Aİ) davamlı olaraq Gürcüstana təzyiq edir. Bu təzyiqlərin nəticəsi olaraq ona edilən yardımlar dayandırıldı. Eləcə də, Gürcüstan hakimiyyətinin nümayəndələrinin üzünə Qərbin bütün qapıları bağlandı. Amma bütün təzyiqlərə rəğmən, rəsmi Tbilisi iradə göstərdi və Qərbin təzyiqlərinə boyun əymək istəmədi.

Parlament seçkilərində hakim “Gürcü Arzusu”nun qələbəsi ilə razılaşmayan Qərb ölkədə vəziyyəti gərginləşdirmək üçün əlindən gələni edir.

Rəsmi Tbilisi ölkənin Aİ-yə üzvlük prosesini dayandırmaq barədə qərar qəbul edib. Baş nazir İrakli Kobaxidze bildirib ki, 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar veriblər. O qeyd edib ki, Avropa İttifaqına üzvlük müzakirələrinin başlanması ölkəni təhdid etmək üçün alət kimi istifadə olunur, necə ki, əvvəllər eyni şey namizədlik statusu məsələsində baş vermişdi.

Bu məsələyə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinskinin reaksiyası maraqlı olub. Onun sözlərinə görə, Aİ Gürcüstana üzvlük üçün namizəd statusu vermişdi və baş verənlər açıq şəkildə Gürcüstanın əvvəlki hökumətinin siyasətinə ziddir, eyni zamanda Gürcüstan xalqının əksər hissəsinin iradəsi ilə ziddiyyət təşkil edir.

Gürcüstan müstəqil, suveren dövlət olması və özünün qərar vermək hüququ isə diplomatı heç maraqlandırmayıb.

İrakli Kobaxidze

Gürcüstanda baş verənlər, təşkil olunan aksiyaların bir hədəfi var – ölkəni növbəti “rəngli inqilab”a sürükləmək.

Birləşmiş Ştatlar başda olmaqla, Qərb ölkələri hər vəchlə ölkələrin suverenliyini təhdid edir. “Zəif bənd” kimi də yenə Gürcüstan seçilib. Bundan əvvəl belə ssenarini Serbiyada həyata keçirməyə çalışıblar. Cəhd uğursuz oldu və diqqət yenə də Tbilisiyə yönəldi.

Bölgədə növbəti inqilab ssenarisinin işə salındığını bu günlərdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də səsləndirib. O, MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərlərinin 20-ci Müşavirəsində çıxışı zamanı bildirib ki, Gürcüstan hazırda xarici qüvvələr vasitəsilə “rəngli inqilab” cəhdi ilə üzləşib: “Yəni dövlət çevrilişinə cəhd edirlər. Ümid edək ki, bu, uğursuz olacaq. Necə ki, Qərbin Belarus və Qazaxıstana zərbə vurmaq cəhdləri əvvəllər uğursuz olub”.

Törədilən iğtişaşların arxasında kollektiv Qərbin dayandığını Rusiya XİN-in rəsmisi Mariya Zaxarova da bəyan edib. O bildirib ki, hər vəchlə “Maydan çevrilişləri” üsullarından istifadə edərək vəziyyəti sarsıtmaq cəhdləri göz önündədir. M.Zaxarovanın qənaətincə, bu vəziyyətə yeganə mümkün cavab konstitusiyaya ciddi riayət etmək, milli maraqlara səs verən Serbiya xalqının seçiminə hörmət etməkdir.

Mariya Zaxarova

Görünən odur ki, yenə də Qərb və onun strukturları üçün xalqın seçimi heç bir rol oynamır. İnsanlar spontan formada küçələrə çıxarılır, hökumət binalarına, əhalinin sıx toplaşdığı yerlərdə aksiyalara başlanılır. Budəfəki aksiyanı “rəngli inqilablar”ın davamı adlandırmaq üçün bütün əsaslar var.

“Gürcü planı”nda maraqlı olan odur ki, Gürcüstanda seçkilərin nəticələri elan olunduqdan xeyli sonra aksiyalar başladı.

Yeri gəlmişkən, “rəngli inqilab” ssenarisini həyata keçirəcək şəxs də müəyyən edilib - ikili vətəndaşlığı olan prezident Salome Zurabişvili. Etiraz aksiyalarında şəxsən iştirak edən xanım prezident kütləvi itaətsizliyə çağırışlar edir, hakimiyyəti devirməyi zəruri sayır.

Bəs niyə məhz Gürcüstan seçilir? Səbəblərdən ən birincisi və mühüm olanı odur ki, Tbilisi hakimiyyəti balanslı xarici siyasət yürüdür, Rusiya ilə yanaşı, digər ölkələrlə də sıx əməkdaşlıq edir. Rusiyanı sanksiyalarla çökdürməkdə israrlı olan Qərbə isə belə bir mövqe sərf etmir, bu səbəbdən də inqilaba cəhd göstərir.

Digər bir fakt - Serbiyada, Gürcüstanda seçki prosesini izləyən müşahidəçilər əvvəl proseslə bağlı ciddi qanun pozuntularının olmadığını bildiriblər. Lakin sonradan fikirləri dəyişib.

İğtişaşları törətməkdə məqsəd Gürcüstanı zəiflətmək, onu Rusiyaya qarşı sanksiyalara qoşulmağa təhrik etməkdir. Bəllidir ki, öz siyasətini yeritmək üçün Qərb, ABŞ və onun himayəsində olan USAİD təşkilatı dəfələrlə oxşar ssenarilərdən istifadə ediblər – özlərinə uyğun hökumət formalaşdırmaqla dövləti təzyiq altında saxlamaq istəyirlər.

Baş verənlərə Gürcüstan hakimiyyətinin münasibətinə gəldikdə, bu, başadüşüləndir. Görünən odur ki, “rəngli inqilab”ın ölkəni hansı duruma gətirib çıxardığını hər kəs dərk edir. “Qızılgül inqilabı”ndan keçən 20 ildən artıq müddətdə ölkədə nə işğal altında olan torpaqlar azad olunub, nə sosial vəziyyət yaxşılaşıb. Əksinə, 2008-ci ilin avqustunda Rusiya ilə yaşanan dördgünlük müharibədən sonra vəziyyət daha da pisləşib.

İlk dəfə "rəngli inqilab"lar baş tutmuş ölkələrdə, o cümlədən də Gürcüstanda xalq demokratik cəmiyyətin varlığına inamlı idi və bunun arzusunda idilər. Təbii ki, bu yolla çox irəliləyişlər əldə olunsa da, nəticə etibarilə ümumilikdə ciddi nailiyyətlər qazanılmadı. Gürcüstan torpaq itirdi. Bundan sonra xalq demokratiya istəyindən böyük ölçüdə geri durdu. Amma bu, o demək deyil ki, indinin özündə demokratik təsisatlardan imtina edilir. Fərq ondadır ki, indi ağılla hərəkət edilir, emosiyalara yol verilmir.

Hadisələrin gedişi onu deməyə əsas verir ki, Gürcüstan məcburən inqilaba, qarşıdurmaya sürüklənir. Bu ssenarini reallaşdırmağa çalışanlar anlamaq istəmirlər ki, Gürcüstanda seçkinin nəticələrini qəbul etməkdən başqa çarə yoxdur. Yəni, "rəngli inqilablar" dövrü artıq bitib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://report.az
archiveBu xəbər 29 Noyabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see370

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see284

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see178

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see153

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see148

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see137

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see137

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see134

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see132

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see132

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see130

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see129

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see126

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see124

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see123

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Leysan yağacaq

16 Oktyabr 2025 13:23see123

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see122

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see121

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see121

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri