Icma.az
close
up
RU
Gürcü mətbuatı: “Müharibə partiyası” Gürcüstanı fəlakətə sürükləyir AZƏRTAC

Gürcü mətbuatı: “Müharibə partiyası” Gürcüstanı fəlakətə sürükləyir AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tbilisi, 9 dekabr, AZƏRTAC

Cari il oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra Gürcüstanda gedən siyasi proseslər ölkə mətbuatında birmənalı işıqlandırılmır. Qərbin təsiri altında olan siyasi partiyalar, QHT-lər və müxalif media hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasını seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edirlər. Ölkə müxalifəti Qərbin təzyiqi altında təkrar seçkilər keçirilməsini tələb edir.

Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı danışıqların 2028-ci ilə qədər dayandırılması barədə noyabrın 28-də verdiyi bəyanatdan sonra vəziyyət daha da gərginləşib.

Almaniyanın, Fransanın, ABŞ-ın, Avropa İttifaqının səfirləri iqtidara qarşı sərt şəkildə tənqidlər səsləndirir, Gürcüstan hökumətinin avrointeqrasiyadan yayındığını iddia edir, müxalifəti dövlət çevrilişinə təhrik edir. Bir məsələni də qeyd etmək lazımdır ki, Qərb dövlətləri seçkilərdən əvvəl də Gürcüstan hakimiyyətinə qarşı tənqidi çıxışlar edib, Gürcüstanı Rusiya ilə müharibəyə cəlb etmək istəyib. Lakin iqtidar bunu qəbul etməyib və Rusiya ilə müharibənin ölkə üçün daha böyük fəlakətlər yaradacağını bildirib.

Onların təsiri altında olan müxalifət partiyaları və QHT-lər də hökumətin istefası və təkrar seçkilər keçirilməsi, Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi, ikinci cəbhənin açılması tələbi ilə aksiyalar keçirir. Müxalifət mediası isə Avropa ölkələrinin təzyiqi altında Gürcüstan hakimiyyətini avrointeqrasiyadan yayınmaqda günahlandırır və sərt tənqid edir.

AZƏRTAC xəbər verir ki, noyabrın 28-dən yenidən başlayan etiraz aksiyalarına tələbələrin və orta məktəb şagirdlərinin (uşaqların) da cəlb olunması vəziyyəti daha da gərginləşdirib.

Sırf iqtidaryönümlü, eləcə də iqtidaryönümlü, lakin bəzi hallarda obyektivlik naminə müxalifət liderlərinin də fikirlərini yayan portallarda (qruzinform.ge, interpressnews.ge, newsday.ge, palitranews.ge, rezonansi.ge, adjaraps.ge), eləcə də İctimai Televiziyada (1tv.ge) yayımlanan məlumatlarda başda Prezident Salome Zurabişvili olmaqla, ölkənin Qərbin təsiri və himayəsi altında müxalifət partiyalarının və QHT-lərin Gürcüstanı Rusiya ilə müharibəyə cəlb olunmasına çalışdığı bildirilir. Vurğulanır ki, Gürcüstanın müharibəyə təhrik olunması ölkənin məhvinə səbəb olacaq.

Bu portallar ölkədə siyasi gərginliyin artmasında Qərb dövlətlərini və birbaşa onların təsiri altında olan müxalifəti, xüsusən də Prezident Salome Zurabişvilini günahlandırırlar. Həmin media qurumlarının yayımladığı məlumatlarda iqtidarın siyasətinə birbaşa dəstək nümayiş etdirilir. Əlavə edilir ki, “müharibə partiyası” Gürcüstanı fəlakətə sürükləyir.

Eyni zamanda, qeyd olunur ki, Qərbdən maliyyə asılılığı olan müxalifət və Prezident S.Zurabişvili tələbə və gəncləri küçələrə çıxartmaqla vətəndaş qarşıdurmasını daha da sürətləndirmək istəyir. Onların bildirdiyinə görə, müxalifət Qərbin təzyiqi ilə gərginliyi artırmağa, ölkədə hakimiyyət dəyişikliyi etməyə çalışır. Əlavə edilir ki, müxalifətin bütün səylərinə baxmayaraq Qərbin resursları tükənir.

Baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşşvili, xarici işlər naziri Maka Botçorişvili və digər dövlət rəsmilərinin fikirlərini daha çox ictimaiyyətə təqdim edən portallar Baş nazirin noyabrın 28-də səsləndirdiyi bəyanatın düzgün təqdim olunmadığını bildirirlər.

Müxalifəti dəstəkləyən və əsasən müxalifyönümlü portallar, xüsusən də “Mtavari arxi”, “Rustavi 2” televiziya kanalları isə tam əksini bildirməklə baş verənlərdə iqtidarı günahlandırırlar. Onlar iqtidarı “Rusiyanın əlaltısı” adlandırır və ölkənin gələcəyinin Qərblə bağlı olduğunu iddia edirlər.

Qeyd etmək lazımdır ki, bəzi siyasətçilər, bloqerlər və analitiklər də Qərb dövlətlərini sərt tənqid edir, Aİ-nin, Fransanın, Almaniyanın və digər ölkələrin səfirlərini səlahiyyət həddini aşaraq birbaşa Gürcüstanın daxili işlərinə qarışmaqda ittiham edirlər. Bildirilir ki, öz ölkəsində belə legitimliyi olmayan Almaniya və Fransa səfirləri maliyyələşdirdikləri müxalifətin və QHT-lərin, mətbuatın əli ilə ölkədə sabitliyi pozmağa, iğtişaşlar yaratmağa, dövlət çevrilişinə cəhd edirlər. “Lakin, minlərlə insanın qanı bahasına əldə olunan müstəqilliyi əldə vermək olmaz. Gürcüstan hökuməti düzgün yoldadır və bu yoldan dönməməlidir”, - deyə həmin siyasətçilər vurğulayırlar.

Qeyd etmək lazımdır ki, Baş nazir İrakli Kobaxidze ölkədə baş verənləri İctimai Televiziyanın canlı efirində müzakirə etmək üçün müxalifət liderlərini debata dəvət etmişdi. Müxalifət nümayəndələri əvvəlcə buna razılıq versələr də, teledebata 4 saat qalmış görüşdən imtina etdilər. Maraqlıdır ki, iqtidaryönümlü mətbuat bunu Qərbin və müxalifətin məğlubiyyəti kimi qiymətləndirsə də müxalif mətbuat məsələnin üstündən sükutla keçdi. Mətbuat yazır ki, Qərb ölkələrinin səfirləri də debat mövzusunu şərh etmirlər. Onların sükutu məğlubiyyət kimi qiymətləndirilir. Qeyd olunur ki, Gürcüstanda öz istədiyi qüvvələri hakimiyyətə gətirmək istəyən Qərb dövlətləri hətta Gürcüstanın xaricdəki səfirlərinə də güclü təzyiqlər göstərir, onları vəzifələrindən istefa verməyə məcbur edirlər. Bu isə ölkənin imicinə mənfi təsir göstərir.

Bildirilir ki, bu gün birbaşa Qərbin diktəsi altında çalışan Nika Meliya, Nika Qvaramiya, Teona Akubardiya, keçmiş müdafiə nazirləri Davit Kezeraşvili, Tinatin Xidaşeli, sabiq xarici işlər naziri Mixail Canalidze, Mamuka Xazaradze, Qeorgi Qaxariya, Tina Bokuçava Levan Qoqiçaişvili və digərləri heç öz tərəfdarlarının hamısını aksiyalara çıxara bilmirlər. Bəzi iddialara görə, onlar tərəfdarlarına aksiyaya çıxmaq üçün adambaşına 20 laridən 100 lariyədək (təxminən 12-60 AZN) pul verirlər. Mitinqlərdə daha sərt, radikal hərəkətlər etmək üçün isə 500 lari (təxminən 305 AZN) məbləğində “xidməthaqqı” ödənilir. Gürcüstan Daxili İşlər Nazirliyinin həmin müxalifət liderlərinin evlərində və ofislərində apardıqları axtarışlar zamanı pirotexnik vasitələr, “Molotov kokteylləri”, tapança və digər vasitələrin, xeyli miqdarda dollar, avro və larinin tapılması onların birbaşa Qərbin maliyyəsi hesabına fəaliyyət göstərdiklərini sübut edir.

Məlumat üçün bildirək ki, Gürcüstanda din xadimlərinin, xüsusən də patriarxlığın rolu yüksəkdir. Gürcüstan Patriarxlığı prezidentə və müxalifətə müraciət edərək onlara sözlərinə və fikirlərinə, hərəkətlərinə ciddi fikir verməyi, uşaqları məktəbdən ayırıb mitinqlərə dəvətə etməməyi tövsiyə edib. Bu da müxalifət mətbuatı tərəfindən sükutla qarşılanıb. Qərb isə din xadimlərinin bu davranışını patriarxlığın hökumətdən asılılığı kimi qiymətləndirirlər.

Prezident S.Zurabişvili dekabrın 4-də televiziyada çıxışı zamanı məktəbli uşaqları etiraz aksiyalarına dəvət etmədiyini bildirsə də, bir qrup valideyn bunun əksini iddia edib. Lakin müxalifət mətbuatı bu məsələnin də üstündən sükutla keçib.

Prezident S.Zurabişvilinin dekabrın 7-də hökumətlə razılaşdırılmadan (Gürcüstan Konstitusiyasına əsasən prezidentin xarici ölkələrə səfərləri və bir sıra görüşləri hökumətlə razılaşdırılaraq həyata keçirilməlidir. Lakin S.Zurabişvili dəfələrlə hökumətlə razılaşmadan xarici ölkələrə səfər edib) Fransaya səfər etməsi, Ukrayna, Fransa və ABŞ prezidentləri ilə görüşləri də mətbuatda birmənalı qarşılanmır.

İqtidaryönümlü mətbuat prezidentin bu addımını ölkəyə xəyanət kimi qiymətləndirir. Müxalifət mətbuatı isə sanki Gürcüstan Prezidentinin səfərini tənqid edir, bildirirlər ki, prezidentin Fransaya səfərindən sonra vizasız gediş-gəliş ləğv olunacaq. Çünki S.Zurabişvili keçirdiyi görüşlərdə Gürcüstana qarşı təzyiqləri artırmağa, daha sərt tədbirlər görməyə, hakim partiyanın liderlərinə qarşı sanksiyalar tətbiq etməyə, hətta vizasız gediş-gəlişin ləğvinin mümkünlüyünü nəzərdən keçirməyə çağırıb. Əslində isə müxalifət mətbuatı bununla Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması məsələsinin elə Zurabişvili komandası tərəfindən təşkil olunduğunu dolayısı ilə təsdiqləyir.

Lakin yenə də iqtidaryönümlü mətbuat “Gürcü Arzusu” partiyası hökumətinin düzgün yolda olduğunu, Qərbə inteqrasiyanın davam edəcəyini bildirirlər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri