Icma.az
close
up
RU
“Gürcü müxalifətinin uğursuzluğu Qərbin mövqeyinin haçalanmasıyla bağlıdır...”

“Gürcü müxalifətinin uğursuzluğu Qərbin mövqeyinin haçalanmasıyla bağlıdır...”

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bununla belə, bir çox gürcü analitikləri 2003-cü ildə “qızılgül” inqilabı zamanı da Gürcüstanın bənzər problemlərlə üz-üzə qaldığını, amma Saakaşvilinin bu əngəli aşa bildiyini bildirərək, gələcəyə nikbin baxmağa çalışırlar...”

Gürcüstanda rusiyapərəst İvanişvili rejiminə qarşı ötən payızdan başlanmış kütləvi etiraz aksiyaları artıq bir ildir ki, səngimir. Bu müddətdə hüquqi baxımdan hələ də prezident sayılan faktiki eks-prezident Salome Zurabişvili çox çalışsa da, müxalif qüvvələrin vahid lideri rolunu oynaya bilmədi. Müxalifətin bir sıra digər liderləri isə əvvəlki mitinqlərdə, xüsusən də son bələdiyyə seçkilərinin nəticələrinə etiraz olaraq keçirilən aksiyalar zamanı həbs edildi. Görəsən, gürcü müxalifət getdikcə tükənir, yoxsa hələ də dirçəlib məqsədlərinə nail olmaq şansı var?..

Moderator.az-ın bu mövzuda suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, Gürcüstan müxalifətinin uğursuzluğu onu dəstəkləyən Qərb dünyasının da mövqeyinin haçalanmasından qaynaqlanır: 

“Yəni parçalanan təkcə Gürcüstan müxalifəti deyil. Onu dəstəkləyən Qərb dünyası da liberal-mühafizəkar qanadlara bölünüb. Avropa İttifaqı ölkələri əsasən liberal dəyərlərə meyillidirlər. ABŞ-da isə Trampın hakimiyyətə gəlməsindən sonra mühafizəkarlıq ön plana çıxıb. Üstəlik, bu iki siyasi qanad arasında amansız rəqabət gedir. İş o yerə çatıb ki, Avropa İttifaqının özü belə, trampizmin həmlələri qarşısında çarəsiz vəziyyətə düşür. Bir çox ölkələrdə artıq liberallar hakimiyyətdən uzaqlaşdırılıb, yerlərini mühafizəkarlara buraxıblar. Avropanın aparıcı dövlətlərindən olan Fransada bu proses siyasi böhrana çevrilib və Emmanuel Makron problemdən çıxış yolu tapa bilmir. Sözsüz ki, Qərb dünyasında yaşanan bu parçalanmalar Gürcüstandan da yan ötüşmür. Nəticədə Şərqi Avropa ölkələrinin Gürcüstan demokratlarına verdiyi ala-yarımçıq dəstəklər hədəfə çatmağa kifayət etmir... 

Digər tərəfdən, Gürcüstanın yeddi əsas müxalifət liderinin həbsdə olması və tərəfdarlarını da eyni aqibətin gözləməsi narazı elektoratın eyni cəbhədə birləşməsini əngəlləyir. Gürcüstan hökumətinin qəbul etdiyi “Xarici agentlik” qanunu da həm media əməkdaşlarına, həm də müxalif qüvvələrə daha aktiv fəaliyyət göstərmək imkanı vermir. Təsəvvür edin ki, bu qanunda ayda ortalama 800 dollar qazanan gürcü vətəndaşının adi bir hərəkətinə görə 3600 ABŞ dollarına qədər cərimə olunması və beş ilə qədər həbsi nəzərdə tutulur. Bundan əlavə, digər qanunlarla polisin səlahiyyətləri də genişləndirilib. Nəticədə gürcülər polis zorakılığı qarşısında nə edəcəklərini bilmədiklərindən susmağa məcbur olurlar...

Müxalifətin isə əsasən seçkilərdə iştirak və mübarizə metodları barədə ideyalarda vahid fikrə gələ bilmədikləri vurğulanır. Bəzi müxalif partiyalara görə, Gürcüstan nəyin bahasına olursa olsun, dinc və demokratik yolla demokratikləşməlidir. Bunun üçün də seçkilərdə iştiraka üstünlük verilməlidir. Fəqət son iki seçkidə baş verən saxtakarlıqların qarşısının alına bilməməsi onları da xəyal qırıqlığına uğradır. Artıq seçkiləri boykot təklifi ilə çıxış edənlərin sayı durmadan artır. Amma boykotun nə qədər təsirli olacağı da bilinmir...

Ən əsası isə, müxalifətin Gürcüstanın gələcəyi, xüsusilə də ərazi bütövlüyü ilə bağlı aydın bir strategiyası da mövcud deyil. Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğalı gürcü demokratlarının əl-qolunu bağlayan əsas amilə çevrilib. Çünki onlar ərazi bütövlüyü və suverenlik haqları barədə suallara cavab verərkən bu işğalı necə bitirə biləcəklərini əsaslandıra bilmirlər. Qərb dövlətləri və Ukrayna onlardan Rusiyaya qarşı ikinci cəbhəni açmağı tələb edirlər. Rusiyaya qarşı müharibə ehtimalı isə gürcüləri xeyli əndişələndirir. Çünki qarşılarında özlərindən həm əhali, həm iqtisadi, həm də hərbi cəhətdən müqayisə olunmaz dərəcədə qüdrətli bir güc dayanır. O güclə kəllə-kəlləyə gəlmək gürcülər üçün böyük fəlakətin bağlanğıcı ola bilər. Məhz bu səbəbdən onların ərazi bütövlüyünü sözdə dəstəkləyən Qərb ölkələrinə inanmırlar. Əksinə, Qərbin dəstəyi ilə hakimiyyətə gəlməyi planlaşdıran demokratik qüvvələrin onları ağır savaş meydanına çəkə biləcəyindən ehtiyatlanırlar. Elə buna görə də demokratik qüvvələrə lazımi səviyyədə dəstək vermirlər”.

Siyasi şərhçinin fikrincə, gürcü müxaliflərinin rəqibləri də xeyli güclüdür: 

“69 yaşlı Bidzina İvanişvilinin 8 milyard dollarlıq sərvəti var, bu da Gürcüstanın ümumi daxili məhsulunun dörddə birinin onun əlində cəmləşməsindən xəbər verir. İvanişvilinin yaxınlarının sərvətlərini də buraya əlavə etsək, yenə dövlətin özü bu oliqarxların yanında xeyli kasıb görünər. Maliyyə gücü isə xalqı öz təsir dairəsində saxlamağın ən gözəl yoludur...

Qısası, Gürcüstan xalqının 1 ildir səngiməyən etiraz aksiyalarının qarşısında çox böyük əngəllər var. Bununla belə, bir çox gürcü analitikləri 2003-cü ildə “qızılgül” inqilabı zamanı da Gürcüstanın bənzər problemlərlə üz-üzə qaldığını, amma Saakaşvilinin bu əngəli aşa bildiyini bildirərək, gələcəyə nikbin baxmağa çalışırlar. Amma bu ziddiyyətli vəziyyət Gürcüstanı vətəndaş qarşıdurmasına doğru da apara bilər...”

Təqdim etdi: 

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Oktyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri