Icma.az
close
up
RU
Qərbin “gürcü arzuları”...

Qərbin “gürcü arzuları”...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Tbilisidə etirazlar 40 gündən çoxdur davam edir

Ötən il qonşu və dost Gürcüstanın tarixində seçkilər ili kimi qaldı. Bu ölkədə oktyabrın 26-da növbədənkənar parlament seçkiləri keçirilib və İrakli Kobaxidzenin rəhbərliyi altında hökumət formalaşdırılıb. Dekabrın 14-də isə parlamentdə ölkə tarixində ilk dəfə 300 nəfərdən ibarət seçki kollegiyası hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının namizədi Mixail Kavelaşvilini Gürcüstanın altıncı Prezidenti seçib. Yeni Prezident dekabrın 29-da and içib.

Beləliklə, qonşu ölkədə ötən il üçün qanunvericiliyə uyğun qaydada planlaşdırılan siyasi proseslər yekunlaşıb. Bununla belə, yeni ilin ilk günlərində də Tbilisi küçələrində hakimiyyət-müxalifət qarşıdurması tam səngiməyib. 2024-cü il noyabrın 28-də hakimiyyətin Gürcüstanın 2028-ci ilə qədər Avropa İttifaqına (Aİ)  daxil olması ilə bağlı danışıqların başlanmasının gündəmdən çıxarılması barədə bəyanatından dərhal sonra başlayan etirazlar permanent hal alıb və artıq təxminən 40 gündən artıqdır ki, davam edir.

Aİ-nin şantajı, Gürcüstanın etirazı

Gürcüstanda yeni parlament və prezident seçkiləri siyasi gərginlik şəraitində baş tutub. Məlumdur ki, son bir ildə qonşu ölkədə artan və iğtişaşlara, dövlət çevrilişinə cəhdə qədər genişlənən gərginlik əslində Gürcüstan-Qərb qarşdurması kimi dəyərləndirilir. Qərb dairələri tərəfindən rəsmi Tbilisi siyasi oriyentasiyasını dəyişməkdə, Avropa İttifaqına inteqrasiyadan yayınmaqda, Rusiyaya meyllənməkdə ittiham olunur. Qərb dairələri bu qəbildən olan ittihamları səsləndirərkən  Gürcüstan parlamentində ötən il hakim partiyanın təşəbbüsü ilə qəbul olunan iki qanuna istinad edirlər. Həmin qanunlardan biri xarici təsirin şəffaflığının təmin olunmasını, digəri isə gürcü xalqının milli ləyaqətini, adət-ənənələrini, ailə dəyərlərini qorumağı hədəfləyir. Hər iki məsələ Gürcüstan üçün çox aktualdır. Son illərdə Qərb dairələrinin ölkənin vətəndaş cəmiyyəti üzərində təsir imkanları hədsiz dərəcədə artıb. Belə ki, qonşu ölkədə xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının sayı yağışdan sonra göbələk kimi artıb. Hakimiyyət Qərbin vətəndaş cəmiyyətini özündən asılı vəziyyətə salmaqla Gürcüstanın milli maraqlarına nüfuz etdiyi qənaətindədir. Yuxarıda bəhs olunan qanunlar da məhz bu təhlükəli tendensiyanın qarşısını almaq məqdədi daşıyır. Gürcüstan hakimiyyəti Avropa İttifaqına inteqrasiya prosesinin milli dövlətə qarşı şantaj vasitəsinə çevrildiyini bildirərək qəti narazılığını ortaya qoyub.  Onu da qeyd edək ki, Baş nazir İrakli Kobaxidzenin yuxarıda xatırlatdığımız bəyanatından sonra ölkə Avropa İttifaqı və ABŞ tərəfindən sanksiyalarla hədələnir.

Eyni zamanda, ayrı-ayrı Qərb dairələri, o cümlədən də bəzi ölkələr Gürcüstanda ötən il baş tutan seçkilərə kölgə salmağa çalışırlar. Qərbdən gələn direktivlər əsasında sabiq prezident Salome Zurabişvilinin rəhbərlik etdiyi müxalifət yeni seçkilərin keçirlməsini tələb edir.  “Bəzi beynəlxalq tərəfdaşlar ikili standartları rəhbər tutur, Gürcüstandakı etirazları “dinc” adlandırır, etirazçıların polisə qarşı zorakılığına göz yumurlar”. Bu sözləri hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının deputatı Eka Sepaşvili sosial şəbəkə hesabında yazıb.

“Almaniyanın və Fransanın hökumət rəsmiləri - Maykl Rot və Natali Loiseaunun başqa ölkənin seçkilərinə müdaxilə ilə bağlı nəsə deməsi çox ironikdir”. Bu fikirlər isə Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə məxsusdur. “Ümid edirəm ki, bir çox insanlar Gürcüstanda keçirilən seçkilərə bu cür kobud və qanunsuz müdaxilə ilə oturduqları demokratiyanın və suverenliyin qolunu kəsdiklərini tədricən anlayacaqlar”, - deyə Ş.Papuaşvili vurğulayıb.

Makronun Gürcüstan yalanları

Fransa prezidenti Makron Gürcüstana da dil uzadır. Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib ki, Fransa prezidenti Emmanuel Makronun bəyanatı gürcülərin müxtəlif ölkələrin hakimiyyətlərinə inamını sarsıdan yalan rəvayətə əsaslanır. Hər bir kəs gürcü xalqının iradəsinə hörmət etməlidir.

Onun sözlərinə görə, Gürcüstanda yeni seçkilərdən danışmaq, ilk növbədə gürcü xalqına, ən azı 1 milyon 120 min insana hörmət edilmədiyini göstərir.“Bir-birimizin suverenliyinə hörmət etmək BMT-nin əsas prinsipdir. Ona görə də yeni seçkilərlə bağlı danışıqlar gürcü xalqının suveren seçiminə müdaxilədir.

Biz bu və ya digər Avropa liderinin və ya siyasi gücünün legitimlik böhranlarını görürük. Əgər onlar başqa ölkələrin hakimiyyətlərindən danışmaq istəyirlərsə, o zaman biz də başqa dövlətlərin hakimiyyətlərindən danışacağıq. Onların bəziləri etibarını itirmiş Almaniyadakı kimi keçici hökumətlərdir. Onlar öz xalqının etimadını qaytarmaqla məşğul olmaq əvəzinə, Gürcüstan xalqının iradəsinə müdaxilə etməklə məşğuldurlar. Prezident Makronun Rusiyanın Gürcüstandakı seçkilərə müdaxiləsi barədə bəyanatının da yalan rəvayətə əsaslandığını görürük. Bu, ilk növbədə Fransanın Gürcüstandakı səfirliyinin üzərinə düşür. Prezidentlə söhbətində yalan danışıq bu səviyyəyə qalxır”, - deyə Papuaşvili bildirib.

Makronun səfirlər konfransında səsləndirdiyi iddialara Baş nazir İrakli Kobaxidze də özünəməxsus şəkildə cavab verib.  “Fransa prezidenti məhv olmaq üçün qurban verilmiş Ukraynaya baxmalıdır. Mən əsl problemin nə olduğunu deyirəm. Yalanlara şərh verə bilmərəm. Mən hamının üzləşdiyi problemi şərh edirəm - bu, məhv edilmiş Ukraynadır”, - deyə İ.Kobaxidze  Fransa prezidentinin bəyanatları ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.  Onun sözlərinə görə, bu gün hamının üzləşdiyi əsl problem dağıdılmış Ukraynadır.

ATƏT PA prezidentinin təxirə salınan səfəri

Bu arada ATƏT Parlament Assambleyasının (PA) prezidenti Pia Kauma yanvarın 8-də Gürcüstana nəzərdə tutulan səfərini qeyri-müəyyən vaxta təxirə salıb.

Bu barədə Pia Kauma “X” sosial şəbəkə hesabında yazıb.

O qeyd edib: “Müzakirələr və məsləhətləşmələr nəticəsində Gürcüstana səfərimi ATƏT Parlament Assambleyasının iştirakı ilə daha təsirli ola biləcək bir vaxta qədər təxirə salmaq qərarına gəldim. Biz hamını dinləməyə və ATƏT/DTİHB-nin seçki tövsiyələrinin həyata keçirilməsində yardım təklif etməyə hazırıq”.

MÜBARİZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Yanvar 2025 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri