Icma.az
close
up
RU
Gürcü spiker: ABŞ nin təşkilatı ölkəmizdə siyasi qarışıqlıq üçün fəaliyyət göstərib

Gürcü spiker: ABŞ nin təşkilatı ölkəmizdə siyasi qarışıqlıq üçün fəaliyyət göstərib

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin Dövlətlərarası Demokratiya Fondu (NED) Gürcüstanda siyasi qarışıqlıq üçün fəaliyyət göstərib.

“Report”un yerli bürosu xəbər verir ki, belə iddia ilə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili çıxış edib. O, NED-in fəaliyyətini tənqid edərək, onu “cinayətkar təşkilat” adlandırıb.

Şalva Papuaşvili sosial şəbəkədəki paylaşımında NED-in radikal, dezinformasiyanı yaymaqla məşğul olan partiyalar, təşkilatları maliyyələşdirməsi səbəbindən təşkilatın fəaliyyətinin şübhəli və fırıldaqçı olduğunu qeyd edib.

Papuaşvili, 2020-2021-ci illərdə NED-in Gürcüstanda siyasi vəziyyəti gərginləşdirməyə cəhd etdiyini deyib. O, NED-in maliyyələşdirdiyi “Pirveli” telekanalının, 2021-ci il yerli seçkilərindən əvvəl, hökumətə qarşı təzyiq yaratmağa çalışan saxta araşdırmalar yayımladığını bildirib. Bundan əlavə, NED-in müxtəlif qeyri-hökumət təşkilatlarına maliyyə yardımı göstərərək, Gürcüstanda siyasi mühitin manipulyasiya edilməsinə çalışdığını vurğulayıb.

Papuaşvili, NED-in müxalifət nümayəndələrini dəstəkləmək və radikal etirazları təşviq etmək üçün hərəkətə keçdiyini də iddia edib. O, bu fəaliyyətləri açıq şəkildə pisləyərək, NED-in qeyri-qanuni müdaxilələrini və radikal siyasətləri barədə daha çox məlumat toplamağı planlaşdırdıqlarını qeyd edib.

Qeyd edək ki, Dövlətlərarası Demokratiya Fondu (“National Endowment for Democracy” - red) ABŞ hökuməti tərəfindən 1983-cü ildə yaradılmış qeyri-kommersiya təşkilatıdır. NED dünyanın müxtəlif regionlarında demokratik inkişafı dəstəkləmək, insan hüquqları, sərbəst seçkilər və vətəndaş cəmiyyətinin inkişafı sahələrində fəaliyyət göstərən layihələri maliyyələşdirir.

Fond əsasən, ABŞ-nin xarici siyasətini dəstəkləmək məqsədini güdür və müxtəlif dövlətlərdə demokratiyanın inkişafının təşviqi üçün qeyri-hökumət təşkilatları və yerli qurumlarla əməkdaşlıq edir. NED-in ABŞ-nin xarici maraqlarını yaymaq məqsədilə digər ölkələrin daxili işlərinə müdaxilə etdiyi də iddia olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://report.az
archiveBu xəbər 03 Fevral 2025 03:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri