Gürcüstan 2028ci ilə qədər Aİ ilə üzvlük danışıqlarına başlamayacaq
Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hakim “Gürcü Arzusu” partiyası Avropa İttifaqı (Aİ) ilə assosiasiyaya üzvlüklə bağlı danışıqların başlanması ilə bağlı müzakirələri 2028-ci ilə qədər dayandırmaq qərarına gəlib.
Bu barədə respublikanın baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.
“Bu gün biz 2028-ci ilin sonuna qədər Aİ ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməmək qərarına gəldik. 2028-ci ilin sonu Gürcüstanın 2030-cu ildə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlaması üçün iqtisadi baxımdan lazımi şəkildə hazırlanacağı vaxtdır”, - “ İmedinews” agentliyi onun sözlərindən sitat gətirib.
Kobaxidze əlavə edib ki, Gürcüstan assosiativ üzvlük və azad ticarət haqqında saziş üzrə öhdəliklərini yerinə yetirməyə davam edəcək və 2028-ci ilə qədər onları 90% yerinə yetirəcək.
Mövsüm
Aznews.az


