Icma.az
close
up
RU
Gürcüstan Aİ gərginliyi: Geosiyasi qarşıdurma

Gürcüstan Aİ gərginliyi: Geosiyasi qarşıdurma

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Gürcüstan və Avropa İttifaqı arasında münasibətlər hazırda gərgin mərhələyə qədəm qoyub. Ölkənin Avropa inteqrasiyası yolunda qarşılaşdığı çətinliklər təkcə texniki və diplomatik məsələlərlə məhdudlaşmır, həm də dərin ideoloji, hüquqi və geosiyasi müstəvidə özünü göstərir.

Bu baxımdan 31 avqust tarixi Gürcüstan üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün Avropa İttifaqının (Aİ) irəli sürdüyü tələblərə Gürcüstan hökumətinin cavab verməli olduğu son tarixdir. Əgər bu tələblər nəzərə alınmasa, Gürcüstanın Aİ ilə əlaqələrində ciddi geriləmələrin baş verəcəyi və xüsusilə də viza liberallaşmasının ləğvi gözlənilir. Avropa Komissiyasının sözçüsü Markus Lamert də bəyan edib ki, iyul ayında Gürcüstanın Brüsseldəki səfirinə ünvanlanan rəsmi məktubda islahatlarla bağlı konkret addımların atılması tələb olunub və avqustun sonuna qədər hakimiyyətdən yeni məlumatlar gözlənilir. Komissiya bu addımların yerinə yetirilib-yetirilməməsini qiymətləndirəcək və nəticələr növbəti hesabatda, o cümlədən viza məsələsində əks olunacaq: “Komissiya Gürcüstan hakimiyyətindən yenilənmiş məlumat gözləyir və ümid edir ki, onlar tövsiyələrində qeyd olunan məsələlərin həlli üçün konkret addımlar atacaqlar. Sonradan Komissiya görülən tədbirləri və onların tövsiyələrə uyğunluğunu qiymətləndirəcək və bu, viza liberallaşmasının dayandırılması ilə bağlı növbəti hesabatda əks olunacaq”.

Deməli, Gürcüstan hökumətinin atdığı və ya atmadığı addımlar ayrıca qiymətləndiriləcək və Aİ-nin növbəti qərarlarının hüquqi əsasını təşkil edəcək. Hazırda Brüssel tərəfindən irəli sürülən əsas tələblər demokratik institutların gücləndirilməsi, məhkəmə sisteminin müstəqilliyinin təmin olunması, media və ifadə azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinə qarşı təzyiqlərin dayandırılması və seçki sisteminin şəffaflaşdırılması ilə bağlıdır. Avropa İttifaqı Gürcüstanın, sadəcə formal olaraq inteqrasiya niyyəti bildirməsini deyil, bu sahələrdə real və effektiv addımlar atmasını istəyir. Hələlik Gürcüstan iqtidarından cavab yoxdur. Hadisələrin gedişindən də aydın olur ki, Qərbin tövsiyələri qəbul olunmayacaq.

Bu gərgin proses fonunda Gürcüstan həm də Avropa Şurası Parlament Assambleyasının ciddi tənqidlərinə məruz qalıb. AŞPA-da Gürcüstan hakimiyyəti siyasi repressiyalar, müxalifətə təzyiqlər və insan hüquqları sahəsində pozuntularda ittiham olunub. Avropalı deputatlardan bəziləri, hətta Gürcüstan hökumətinə qarşı sanksiyaların tətbiqini və ölkənin Avropa İnsan Haqları Məhkəməsinə verilməsini təklif ediblər. Bu çıxışlar, xüsusilə Gürcüstan nümayəndə heyətinin iclasda iştirak etmədiyi bir şəraitdə baş verdiyinə görə, Tbilisi tərəfindən ədalətsiz və birtərəfli yanaşma kimi qiymətləndirilib. Assambleya tərəfindən təkrar parlament seçkilərinin keçirilməsi, bütün “siyasi məhbusların” azad edilməsi, “polis zorakılığı”nın araşdırılması və “antidemokratik qanunvericiliyin” ləğvi tələb olunub. AŞPA-nın “bütün hüquqların qaytarılması” üçün şərtləri də açıq şəkildə ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilib.

Müzakirələrin mərkəzində dayanan əsas qanunvericilik təşəbbüsü isə “Xarici təsirlərin şəffaflığı haqqında” və LGBT haqqında qanunlardır. Qərb bu iki qanunun ləğvini tələb edir. Cəmiyyətdə “xarici agentlər” qanunu kimi tanınan birinci qanun maliyyəsinin 20 faizindən çoxunu xarici mənbələrdən alan təşkilatların “xarici təsir altında olan təşkilat” kimi qeydiyyata alınmasını nəzərdə tutur. Hökumət bu qanunun şəffaflıq və milli təhlükəsizlik məqsədilə qəbul edildiyini vurğulasa da beynəlxalq təşkilatlar və Avropa strukturları bu qanunun vətəndaş cəmiyyətinin boğulmasına, müstəqil medianın fəaliyyətinin məhdudlaşdırılmasına və demokratik mühitin zəiflədilməsinə səbəb olacağından narahatdır.

Gürcüstan hökuməti isə bu ittihamları rədd edir. Rəsmi Tbilisi bildirir ki, bu qanun oxşar formada ABŞ və Fransada da mövcuddur və yalnız donor maliyyəsinin şəffaflığını təmin etməyi hədəfləyir. Bu sənəd heç bir təşkilatın fəaliyyətinə müdaxilə etmir, sadəcə cəmiyyət qarşısında hesabatlılıq prinsipini gücləndirir. İqtidar qanunu milli suverenliyin göstəricisi kimi dəyərləndirir və onun ləğvini tələb edən xarici çağırışları ölkənin daxili işlərinə müdaxilə kimi qəbul edir.

Brüsselin Gürcüstandan ləğvini tələb etdiyi ikinci qanun isə LGBT hüquqları ilə bağlıdır. Əslində Qərbin təşviq etdiyi liberal dəyərlərdən olan fərdi azadlıqlar, gender bərabərliyi, LGBT hüquqları Gürcüstan cəmiyyətinin ənənəvi dəyərləri ilə ziddiyyət təşkil edir. Bu məqsədlə Gürcüstan parlamenti LGBT təbliğatını və cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun layihəsini təsdiqləyib. “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsini Gürcüstan parlamentinin 84 deputatı dəstəkləyib. Bununla da sözügedən qanunla ölkədə LGBT-nin təbliğini, eynicinslilərin nikahını, cinsin dəyişdirilməsini, eləcə də eynicinsli münasibətləri təbliğ edən tədbirlərin keçirilməsini qadağan edib. Maraqlıdır ki, Aİ bu qanunun ləğvində hələ də israrlıdır.

Bu ziddiyyətlər isə ictimai qütbləşməni dərinləşdirir və həm daxili siyasətdə, həm də xarici əlaqələrdə gərginlik mənbəyinə çevrilir. Gürcü cəmiyyəti tarixi və mədəni baxımdan mühafizəkar köklərə əsaslanır, pravoslav dini, ənənəvi ailə modeli və kollektiv kimlik bu strukturun əsasını təşkil edir. Bu baxımdan, Aİ-nin Gürcüstan cəmiyyətinə təqdim etdiyi dəyərlər bəzən sosial sabitliyi pozan amillər kimi qavranılır. Əlbəttə, Tbilisi Qərbin təzyiqləri ilə mənəvi, ailə dəyərlərinə zidd olan tövsiyələri qəbul edə bilməz.

Bütün bu proseslər fonunda Aİ-nin Gürcüstan müxalifətinə verdiyi dəstək də rəsmi dairələrdə narazılıqla qarşılanır. Tbilisi Avropa dairələrinin yalnız müxalifətin səsini dəstəkləməsini obyektivlikdən uzaq və qərəzli yanaşma kimi görür. Baş nazir İrakli Kobaxidze dəfələrlə bəyan edib ki, Gürcüstanda xarici təsirlərlə hökumətin devrilməsinə yönəlmiş cəhdlər olub və bu cəhdlər xalqın iradəsi ilə formalaşmış hakimiyyətə qarşı yönəlib. Onun sözlərinə görə, əgər oxşar qanunlar Qərb ölkələrində qəbul edilə bilərsə, eyni hüquqi mexanizmlərin Gürcüstanda tətbiqinə etiraz edilməsi ikili standartların bariz nümunəsidir.

Hazırda Gürcüstan ilə Aİ arasında qarşıdurma Tbilisinin geosiyasi mövqeyinə birbaşa təsir göstərir. Ölkə bir tərəfdən Aİ və NATO ilə yaxınlaşmaq istəyir, digər tərəfdən isə bu addımlar regionda Rusiya ilə münasibətləri daha da gərginləşdirir. Beləliklə, Gürcüstan təkcə islahat və inteqrasiya yolunda deyil, həm də milli kimlik və beynəlxalq tərəfdaşlıq baxımından mühüm seçim qarşısındadır.

Ümumiyyətlə, Gürcüstan ilə Avropa İttifaqı arasındakı münasibətlər təkcə texniki və diplomatik münasibətlərdən ibarət deyil. Bu münasibətlər ideoloji və mədəni baxımdan qarşılıqlı anlaşma tələb edir. “Xarici təsirlərin şəffaflığı haqqında” qanun ətrafında baş verən mübahisələr bu münasibətlərin yalnız bir fraqmentidir. Əgər Aİ Gürcüstanı həqiqi tərəfdaş kimi görmək istəyirsə, bu münasibətlər qarşılıqlı etimada, hörmətə və daxili işlərə qarışmamaq prinsipinə əsaslanmalıdır. Əks halda, Gürcüstan öz yolunu seçməkdə davam edəcək. Bu yol isə xalqın seçdiyi və milli maraqlara əsaslanan yoldur.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Avqust 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri