Icma.az
close
up
RU
ABŞ Venesuela gərginliyi: narkotiklərlə mübarizə, yoxsa geosiyasi qarşıdurma?

ABŞ Venesuela gərginliyi: narkotiklərlə mübarizə, yoxsa geosiyasi qarşıdurma?

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın “Venesuelada quru əməliyyatlar həyata keçirəcəyik” bəyanatı beynəlxalq siyasi gündəmdə yeni gərginlik dalğası yaradıb. Bu çıxış Vaşinqtonun Latın Amerikasında uzun illərdir davam edən təsir mübarizəsini yenidən aktiv fazaya keçirdiyini göstərir.

Dövlət katibi Marko Rubionun “narkotik ticarəti Qərb yarımkürəsinin Əl-Qaidəsidir” ifadəsi isə bu əməliyyatların ideoloji əsasını formalaşdırmağa xidmət edir. Rəsmi izah “narkoticarətə qarşı mübarizə” kimi təqdim olunsa da, geosiyasi reallıqlar onu göstərir ki, məqsəd təkcə narkotiklərlə mübarizə deyil. Bu, həm də enerji resursları, regional təsir və qlobal güc balansı uğrunda gedən mübarizənin bir hissəsidir.

Belə bir situasiyada əsas sual budur: əgər ABŞ Venesuelaya qarşı real hərbi əməliyyatlara başlasa, Rusiya və Çin kimi strateji tərəfdaşlar hansı addımları ata bilərlər və bu, beynəlxalq sistemə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Trampın bu bəyanatı həm xarici, həm də daxili siyasət məqsədlərinə xidmət edir. Onun sözlərinə görə, xarici planda məqsəd, Latın Amerikasında ABŞ-nin itirdiyi təsir dairəsini bərpa etmək və Rusiya-Çin tandeminin regiondakı mövqelərini zəiflətməkdir. Daxili planda isə Tramp seçkiöncəsi “xarici təhlükələrə qarşı sərt lider” obrazını möhkəmləndirmək istəyir. Onun ritorikasında “Amerikanı müdafiə edən güclü prezident” mesajı açıq görünür:

“Eyni zamanda, bu bəyanat Venesuela hökumətinə siyasi təzyiq və beynəlxalq aləmdə psixoloji təsir məqsədi daşıyır. Yəni bu, bir növ diplomatik təhdidin hərbi formaya salınmış versiyasıdır”.

Müsahibimiz ABŞ-nin Karib dənizində hərbi fəallığını artırmasının region üçün nə kimi nəticələr doğura biləcəyindən də danışıb. Politoloq bildirib ki, ABŞ-nin “USS Gerald R. Ford” kimi strateji döyüş gəmilərini bölgəyə göndərməsi, faktiki olaraq, güc nümayişidir. Bu, Venesuela hökumətinə “hər an əməliyyat başlaya bilər” mesajı verir və regionda balansı dəyişir. Dediyinə görə. belə bir addım təkcə Karakas üçün deyil, həm də Kuba, Nikaraqua və Braziliya kimi qonşu dövlətlər üçün təhlükəsizlik narahatlığı yaradır:

“Bundan əlavə, bu proses Latın Amerikasında ABŞ-a qarşı ictimai narazılığı da artırır. Qısası, Vaşinqtonun hərbi fəallığı taktiki təzyiq baxımından effektiv olsa da, strateji sabitlik üçün uzunmüddətli risklər formalaşdırır”.


Züriyə Qarayeva: Hər bir səhv addım Karib hövzəsini “soyuq müharibədən isti qarşıdurmaya” sürükləyə bilər

“Rusiya və Çin bu vəziyyətdə hansı mövqedən çıxış edə bilər” sualına cavabında Z.Qarayeva bildirib ki, Rusiya və Çin Venesuelanı strateji tərəfdaş kimi qorumaq niyyətindədir, lakin birbaşa hərbi müdaxiləyə getməyəcəkləri ehtimal olunur. Onlar daha çox diplomatik və iqtisadi kanallarla reaksiya verəcəklər. Rusiya artıq BMT Təhlükəsizlik Şurasında ABŞ-nin birtərəfli hərbi fəallığını pisləyib, Çin isə regional sabitliyin pozulmasından narahat olduğunu bildirib. Ehtimal olunur ki, hər iki ölkə informasiya dəstəyi, silah təchizatı və kəşfiyyat məlumatları vasitəsilə Karakasa dolayı yardım göstərəcək. Bununla belə, açıq qarşıdurmadan yayınmaq Moskva və Pekin üçün prioritet olacaq.

ABŞ-nin “narkoterrorizmə qarşı mübarizə” arqumentinin nə dərəcədə əsaslı görünməsinə gəlincə, həmsöhbətimiz qeyd edib ki, bu arqument formal baxımdan hüquqi don geyinsə də, mahiyyət etibarilə siyasi məqsədləri gizlədir. Narkotik qaçaqmalçılığı ilə mübarizə beynəlxalq səviyyədə vacibdir, lakin konkret ölkəyə qarşı hərbi əməliyyatların əsaslandırılması üçün bu arqument kifayət etmir. ABŞ bu yanaşmanı legitimlik qazandırmaq üçün “humanitar müdaxilə” ritorikası ilə birləşdirir. Əslində isə məqsəd enerji resurslarına nəzarəti və regionda hegemon mövqeni qorumaqdır. Belə arqumentlər beynəlxalq hüquqda ciddi suallar doğurur və “suverenliyə hörmət” prinsipinə ziddir.

Bəs qarşıdakı aylarda gərginliyin hansı ssenari üzrə inkişaf edəcəyi gözlənilir?

Z.Qarayeva deyir ki, hazırda üç əsas ssenaridən danışmaq olar. Birinci ssenari - yumşaq təzyiq modelidir; ABŞ dəniz və hava əməliyyatlarını “antinarkotik fəaliyyət” adı altında davam etdirəcək. İkinci ssenari - məhdud hərbi əməliyyatdır; simvolik zərbələrlə daxili auditoriyaya “addım atdıq” mesajı veriləcək. Üçüncü, ən riskli ssenari isə quru əməliyyatıdır ki, bu, regionu genişmiqyaslı müharibə riski ilə üz-üzə qoya bilər.

“Mövcud reallıqlar göstərir ki, ilk iki ssenari daha realdır, çünki nə Rusiya, nə də Çin qlobal miqyasda birbaşa toqquşma riskinə getmək istəmir. Amma hər bir səhv addım Karib hövzəsini “soyuq müharibədən isti qarşıdurmaya” sürükləyə bilər”, - deyə Züriyə Qarayeva qeyd edib.

Zülfü Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Noyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see611

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see241

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see240

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see229

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see207

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see187

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri