Icma.az
close
up
RU
Gürcüstan yolayrıcında: suveren iradə geosiyasi realizm məngənəsində

Gürcüstan yolayrıcında: suveren iradə geosiyasi realizm məngənəsində

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Dünyanın böyük siyasi teatrında dövlətlər öz rollarını ifa edir, amma pərdəarxasında həqiqi rejissorlar - supergüclərdir. Bu tamaşada kiçik xalqların faciəsi çox vaxt seçim illüziyasında gizlənir. Qədim sivilizasiyaların qovşağında yerləşən Gürcüstan bu gün özünü suverenliklə "açıq cəmiyyətlər" layihəsi arasında sıxılmış vəziyyətdə tapıb. Bir tərəfdə klassik Vestfal suverenliyi, digər tərəfdə isə postmodernist "deep state" konsepsiyası - sərhədlərin iqtisadi, ideoloji, mədəni cəhətdən silindiyi yeni dünyagörüşü dayanır. Tbilisi ətrafında qoparılan qalmaqal heç də təsadüfi etiraz dalğası deyil, əksinə, incə hesablanmış konformizmə məcburetmə kampaniyasıdır. Gürcü xalqının "neytral amma milli" seçim cəhdinə verilən cavab budur.

Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Meydan oxuyan "yumşaq güc"ün sərt üzü

Gürcüstan hökumətinin açıqlamaları və Avropa institutlarının hərəkət trayektoriyası sadəcə diplomatik dartışma deyil. Burada söhbət əsl hibrid kampaniyadan gedir. "Soft power" - yumşaq güc - indi artıq sərt təzyiq alətinə çevrilib. Bu, filosof Mişel Fukonun terminləri ilə desək, "biopolitikanın canlı təzahürüdür": cəmiyyətlərin "demokratiya" və "dəyərlər" şüarı altında idarə olunması, amma əslində güc siyasətinin sərt reallıqları.

Təzyiqin anatomiyası: Şantajdan sosial mühəndisliyə qədər

2022-ci ildə Gürcüstan rəhbərliyi tarixi addım ataraq Rusiya ilə müharibəyə cəlb edilməkdən imtina etdi. Bu, "Kollektiv Qərbin" yaratdığı mifdən fərqli olaraq nə zəiflik, nə də Moskva yönümlü siyasət idi. Bu, 2008-ci ilin avqust faciəsindən dərs almış dövlətin milli özünümühafizə aktı idi. Baş nazir İrakli Kobaxidzenin sözləri ilə desək, cavab "tamamilə görünməmiş şantaj" oldu.

Birinci mərhələ - siyasi-institusional

Gürcüstana namizədlik statusunun verilməməsi və daha sonra bu qərarın əsassız olduğunun etirafı klassik "moving the goalposts" - yəni qaydaların oyunun ortasında dəyişdirilməsi - nümunəsidir. Məqsəd inteqrasiya yox, itaətdir. Şərtlər yerinə yetirilir, amma hər dəfə yeniləri icad olunur. Əsl hədəf Kopenhagen meyarlarının icrası yox, Atlantik sistemin tam qəbuludur.

İkinci mərhələ - iqtisadi-sosial

Avropa Birliyinin "şərqdəki çomağına" çevrilmiş Polşanın Gürcüstan vətəndaşlarını sadələşdirilmiş əmək bazarı siyahısından çıxarması - məqsədli cəza aktıdır. Məram aydındır: Avropadan qazanc götürən gürcüləri bu imkandan məhrum etməklə ölkə daxilində narazı təbəqə yaratmaq. Bu təbəqə isə kənardan idarə olunan etirazların təbii bazasına çevrilir. Başqa sözlə, iqtisadi axınların manipulyasiyası ilə cəmiyyətin siyasi davranışına təsir.

Burada seçicilik də diqqət çəkir. "Avtoritar" damğası vurulmuş Belarus vətəndaşlarının hüquqları qalır, Ermənistanın çoxvektor siyasətinə göz yumulur. Gürcüstan isə müharibə məsələsində "yox" dediyi üçün cəzalandırılır. Eyni vaxtda Varşava açıq deyir: gürcülərin əvəzinə ukraynalı işçilər gətiriləcək. İnsan talelərinin bu qədər "mübadilə predmeti" kimi görülməsi isə oyunun nə qədər soyuq və mexaniki aparıldığını göstərir.

Üçüncü mərhələ - informasiya və diskurs

Polşada gürcülərin "kriminal meyilli" kimi təqdim olunması - ictimai rəyi hazırlamaq üsuludur. Növbəti addım - vizasız rejimin ləğvi, kütləvi deportasiyalar. Bu, qədimdən məlum texnikadır: düşməni demonizasiya et ki, onun üzərinə gələn cəza haqlı görünsün.

İrəliləyişin ironiyası: Hegemonun icazəsi olmadan qazanılmış uğurun paradoksu

Ən qəribə məqam odur ki, Gürcüstana qarşı təzyiq dalğası onun uğurları fonunda güclənir. Beynəlxalq qurumların etiraf etdiyi bu faktı "Chandler Yaxşı İdarəetmə Hesabatı 2025" tam şəkildə təsdiqləyir. BMT, Dünya Bankı və BVF məlumatlarına əsaslanan bu sənəd Tbilisinin portretini çəkir: sadəcə sabit deyil, həm də dinamik inkişaf edən dövlət. Gürcüstan bir sıra əsas indekslərdə hətta Avropa İttifaqı və NATO üzvlərini - o cümlədən Polşanı geridə qoyur.

"Güclü institutlar" indeksi - 63%, dünya üzrə 34-cü yer: Gürcü dövlətçiliyinin möhkəm və işlək olduğunu göstərir.
"Cəlbedici bazar iqtisadiyyatı" indeksi - 63.2%, 31-ci yer: uğurlu liberal iqtisadi kursun, biznes üçün hüququn aliliyinin sübutudur.

"Qanunvericiliyin və siyasətin etibarlılığı" indeksi - 70%, 26-cı yer: Brüsselin "antidemokratik rejim" ittihamlarını alt-üst edir.

Beləliklə, yaranan paradoks aydındır: Gürcüstan uğursuzluğa görə yox, məhz uğura görə cəzalandırılır. Amma bu uğur hegemon mərkəzlərin diqtəsindən kənarda qazanılıb. "Gürcü Arzusu" modelinin əsasları - praqmatik suverenlik, milli dəyərlərə söykənmək, çoxvektorlu iqtisadi kurs - Qərbin "kor-koranə direktiv" modelindən daha səmərəli nəticə verib. Bu isə hegemoniyaya açıq çağırışdır. Alternativ modelin uğuru Brüsselin vahid ideoloji şablonunu sarsıdır, göstərir ki, o nə yeganədir, nə də mütləq.

Vizanın ləğvi ilə hədələmək, bunu LGBT gündəmi və ya "xarici agentlər" qanununa bağlamaq - əslində ideoloji zəncirdən başqa bir şey deyil. Gürcüstanın paytaxt meri Kaxa Kaladzenin dediyi kimi, "ailə dəyərləri ilə Avropa sərhədlərinin təhlükəsizliyi arasında uydurulan əlaqə - absurddur". Burada söhbət dəyərlərin zorla qəbul etdirilməsindən gedir. Milli kimlik kosmopolit konstruksiyaya, ənənəvi ictimai dayaqlar radikal liberal eksperimentə qurban verilməlidir. Gürcüstanın bu gündəmi rədd etməsi - mədəni özünütəyin aktıdır və məhz buna görə ən sərt şəkildə cəzalandırılır.

"Sülh layihəsi"nin geosiyasi tələsi

Ən kinayəli detal isə Avropa İttifaqının özünü "tarixi sülh layihəsi" kimi təqdim etməsidir. Tbilisidəki Aİ səfirliyinin açıqlaması guya "tarixi təcrübəyə söykənir". Amma əslində bu, klassik diskurs manipulyasiyasıdır. Düzdür, Aİ daxilində müharibə olmayıb. Amma Aİ və onun atlantik tərəfdaşı öz sərhədlərindən kənarda - Yuqoslaviya, İraq, Liviya, Suriya, Ukraynada - müharibələrin bilavasitə iştirakçısı və təşviqatçısı olub.

"Daha təhlükəsiz gələcək" vədi - əslində coğrafi "siren mahnısıdır": kim bu səsi dinləyirsə, qayalara çırpılır. Ukrayna buna ən bariz nümunədir. Ona da "Avropa seçimi", "sülh dolu gələcək" vəd olunmuşdu. Nəticə? Sənayenin dağılması, minlərlə insan itkisi, torpaq itkiləri, dövlətçiliyin məhvi. İndi isə Fransa prezidenti Emmanuel Makron açıq deyir: Kiyev "ərazi itkiləri ilə barışmalıdır". Yəni Aİ/NATO kursuna görə ödədiyi dəhşətli bədəl - indi də təslimiyyət tələb olunur.

Brüssel üç il boyu Gürcüstanı "ikinci cəbhə" açmağa təhrik etdi, indi isə ona sülhdən danışır. Bu, sadəcə ikiüzlülük deyil. Bu, oyun nəzəriyyəsi ilə desək, sıfır cəmlik oyundur. Gürcüstan burada yalnız bir "fişka"dır - Rusiyanı zəiflətmək üçün qurbanlıq. Kaladzenin də dediyi kimi, Ukrayna nümunəsi göstərir: Gürcüstanın müharibəyə sürüklənməsi total fəlakət olardı. Bu, ölkənin əsas tranzit arteriyalarını - "Orta Dəhliz"i - dağıdardı. Halbuki bu dəhliz Gürcüstan iqtisadiyyatının qan dövranı, gələcək inkişafının təminatıdır.

Suverenlik - varlıq mücadiləsi kimi seçim

Bugünkü Gürcüstanla Qərbin "gizli dövləti" arasındakı qarşıdurma sadəcə qaydalar üstündə dartışma deyil. Bu, hüquq uğrunda savaşdır. Bir millətin öz taleyini, öz mədəni kimliyini, öz xarici siyasətini özgə diqtəsi ilə yox, milli maraqlar əsasında müəyyənləşdirmək haqqıdır.

Hakim "Gürcü Arzusu" koalisiyasının xətti nə "prorusiya", nə də "antiqərb" siyasətidir. Onun mahiyyəti tam başqa yerdədir - bu, praqmatizm və realizmdir. Başqa dövlətlərin macəralarında iştirakdan imtina, dövlətin varlığını təhdid edən ekzitensial risklərdən uzaq durmaq. Bu, güclü milli institutların qurulması, cəlbedici iqtisadiyyatın inkişafı, möhkəm hüquqi sistemin yaradılması deməkdir. Beynəlxalq reytinqlər də bunu təsdiqləyir.

Ancaq nə qədər paradoksal səslənsə də, Gürcüstanın bu uğuru onun üzərinə daha çox təzyiq gətirir. Çünki bu uğur təhlükəli presedentdir. Avropa İttifaqının imperiya təsir dairəsinin kənarında dayanan ölkələr üçün Gürcüstan nümunəsi göstərir ki, inkişaf etmək olar - amma suverenliyi qurban vermədən. Bu isə Brüsselin hegemonluğunu silkələyən amildir.

Seçim qarşısında Gürcüstan

Gürcüstan indi tarixi yolayrıcındadır. Bir tərəfdə "Avropa sülhü" pərdəsi altında ideoloji və geosiyasi əsarət dayanır. Amma bu yol labüd şəkildə daxili sabitliyi dağıdır, ölkəni potensial müharibəyə sürükləyir. Digər tərəfdə isə çətin, amma suveren inkişaf yolu var. Burada əsas dəyərlər - xarici məmurların razılığı yox, öz vətəndaşlarının rifahı və təhlükəsizliyi, milli mədəniyyətin qorunması və tarixi seçim haqqıdır.

Suverenliyi seçmək - həmişə məsuliyyəti və çətinliyi seçməkdir. Amma minillik tarixə malik bir millət üçün bundan başqa ləyaqətli yol yoxdur. Gürcüstan yalnız bu yolla həqiqətən müstəqil qala və öz gələcəyini özü yaza bilər.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Avqust 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri