Icma.az
close
up
RU
Gürcüstan artıq Avropaya möhtac olmadığını açıq elan etdi TƏHLİL

Gürcüstan artıq Avropaya möhtac olmadığını açıq elan etdi TƏHLİL

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Gürcüstan Qərb siyasətini rədd edir, Baş nazir Kobaxidze Rusiya və Çin istiqamətini seçdi

Avropa İttifaqı ilə Gürcüstan hökuməti arasındakı münasibətlər diplomatik müstəvidə dalana dirənib. Ölkənin Avropa inteqrasiyası yolunda geriləməsi və Qərb ölkələri ilə əməkdaşlıq mexanizmlərinin dayandırılması, tərəflər arasındakı gərginliyi daha da artırdı. Bu gərginlik xalqla, hakimiyyət arasında xarici siyasət istiqamətində fikir ayrılığına səbəb olub. Vətəndaşların 86 %-i Gürcüstanın Aİ-yə üzvlüyünü dəstəkləsə də, hökumət təhlükəsizlik, iqtisadi maraqlar və siyasi praqmatizm səbəbindən Avropadan çox Rusiya ilə əlaqələri ön planda saxlayır. 2023-cü il martın 7-də parlamentin “xarici agentlər” barədə qanun layihəsini qəbul etməsi isə xalqın səbr kasasını daşıran son həmlə oldu. Etirazçılar, qanunun demokratik dəyərlərə və azad cəmiyyətə zərər verəcəyini bildirərək, aksiyalar vasitəsilə hökumətə təzyiq göstərdilər. Bütün bu proseslərə baxmayaraq, Baş nazir İrakli Kobaxidze Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilin sonuna qədər dayandırdıqlarını açıqladı. Bu qərar Avropa Komissiyasının sərt tədbirlə cavab verməsinə səbəb oldu. AK, rəsmi şəkildə Gürcüstan diplomatları üçün 2027-ci il martın 6-dək vizasız rejimi dayandırdı. Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas isə bu günki açıqlamasında, Gürcüstan hökumətinin düzgün istiqamətdə getmədiyini bildirərək, mövcud vəziyyətlə bağlı növbəti addımları nəzərdən keçirdiklərini vurğulayıb.

Mövzu ilə bağlı politoloq Turab Rzayev Sherg.az-a bildirib ki, Gürcüstan ilə Avropa İttifaqı arasındakı əlaqələr siyasi “komaya” vəziyyətindədir:

“Avropa İttifaqının Gürcüstanda müxalif qüvvələrə, vətəndaş etirazlarına və hakimiyyətlə açıq siyasi qarşıdurma yaşayan sabiq prezident Salome Zurabişviliyə dəstək verməsi, rəsmi Tbilisi ilə Aİ arasında dərin siyasi çat yaradır. Ölkənin Baş naziri İrakli Kobaxidze, Aİ-yə qarşı sərt və tənqidi açıqlamaları ilə tanınır. O, Gürcüstanın siyasi xəttinin Avropa istiqamətindən fərqli olaraq, Çin və Rusiya ilə qurulan yeni geosiyasi balans üzərində formalaşdırılacağını bildirmişdi. Avropa Komissiyasının, Gürcüstan diplomatları üçün vizasız rejimi dayandırması tərəflər arasındakı siyasi gərginliyi daha da artırdı”.

Analitikin sözlərinə görə, mövcud vəziyyətdə Kaya Kallasın açıqlamalarına əsasən heç bir dəyişiklik baş verməyəcək:

“Gürcüstan höküməti, artıq Avropa İttifaqı rəsmilərinin mövqeyindən asılı olmayaraq öz siyasi kursunu seçib. Aİ-nin Gürcüstana “Avropa Sülh Təşəbbüsü” çərçivəsində ayrılan dəstəyi və müdafiə nazirliyinə təyin edilmiş 30 milyon avroluq hərbi yardımı kəsməsi tərəflər arasındakı münasibətləri daha da gərginləşdirdi. Hətta Avropa İttifaqı diplomatlarla yanaşı, Gürcüstan vətəndaşları üçün vizasız rejimi dayandırsa belə, ölkənin siyasi mövqeyi dəyişməyəcək. Artıq dünya siyasəti elə bir dönəmə çatıb ki, Avropa İttifaqı ciddi oyunçu kimi qəbul olunmur”. 

T.Rzayev qeyd edib ki, ABŞ prezidenti Donald Tramp və Rusiya tərəfindən ikrahla qarşılanan Aİ, digər ölkələrin maraq dairəsində də yer tutmayacaq: 

“Belə bir məqamda Gürcüstan hökumətinin də əlinə fürsət keçib ki, Avropa İttifaqının dediklərini ciddi qəbul etməsin. Beş il öncə, Avropa İttifaqı, ABŞ ilə paralel hərəkət etdiyinə görə tənqid olunması çətin idi. Bu gün isə təşkilat öz siyasi çəkisini itirməyə başlayıb. K.Kallasın açıqlamaları da Gürcüstan höküməti tərəfindən ciddiyə alınmır. Son proseslər göstərir ki, Gürcüstan ikili balans siyasətini davam etdirmək istəmir. Bu səbəbdən Baş nazir postuna Qərbin siyasi diskursunu tənqid edən İrakli Kobaxidze gətirilib. Onlar açıq şəkildə siyasətlərinin Rusiya və Çin istiqamətində olduğunu bəyan edərək, Avropaya möctac olmadıqlarını ortaya qoydular. Nəticə etibarilə, Gürcüstanın Qərblə münasibətləri kritik qırılma həddinə yaxınlaşıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Mart 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri