Icma.az
close
up
RU
Yaxın Şərq gərginliyi Avropaya keçir TƏHLİL

Yaxın Şərq gərginliyi Avropaya keçir TƏHLİL

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

İyulun 8-dən ara-sıra bir-birinə zərbələr endirən ABŞ və Tehran hərbi qüvvələri son günlər əməliyyatlarının miqyasını genişləndiriblər. Bu isə müharibənin miqyasının dəhşətli xarakter alacağı və bütün regiona yayıla biləcəyi ehtimalı yaradır. Hətta bəzi hərbi ekspertlər Yaxın Şərq böhranının dərinləşməsi ilə 3-cü dünya müharibəsinin başlanması ehtimalını irəli sürürlər. Çünki ABŞ şərtlərini qəbul etmək istəməyən Tehran rejimini sərt formada cəzalandırmaq üçün daha dağıdıcı silahlardan, hətta paytaxt Tehrana kimyəvi qarışığı olan bombalarla zərbələr endirə bilər. Bu da Çinin və Rusiyanın hərəkətə keçmələrinə gətirib çıxaracaq. Nəticədə Rusiya və Çin Tehranı 10 min kilometrlik məsafəyə uça bilən raketlərlə təchiz edəcəklər ki, bu silahlarla Fransa, Böyük Britaniya, Almaniya və digər Avropa dövlətləri hədəfə alınacaq. Böyük itkiyə məruz qalan Avropa dövlətləri cavab zərbələri endirəcəklər ki, bu da müharibənin sərhədlərini genişləndirməsinə gətirib çıxaracaq. Hələlik isə tərəflər bir-birini raket və dron zərbələri ilə sarsıtmağa və mövqeyindən geri çəkilməyə məcbur etməyə çalışır. “The Washington Post” qəzetinin məlumatına görə, Pentaqon Yaxın Şərq regionunda hərbi təyyarələrin sayını artırmağa başlayıb. Bununla belə, hava hücumundan müdafiə sistemlərinin və uzaqmənzilli mərmilərin ehtiyatlarının azalması, həmçinin döyüş zədələri səbəbindən bölgəyə əlavə qüvvələrin və təyyarələrin cəlb edilməsi imkanlarının məhdudlaşması ABŞ-nin hərbi əməliyyatlarının genişlənməsini çətinləşdirə bilər. Hökumət rəsmisi WP-yə bildirib ki, Birləşmiş Ştatların əməliyyatları təhlükəsiz şəkildə həyata keçirmək üçün kifayət qədər resursu yoxdur.

Tehran rejiminin Küveyt, Bəhreyn, İordaniya, Qətər, BƏƏ və Omanda yerləşən ABŞ-a Yaxın Şərqdəki obyektlərinə zərbələr endirməsi və bu zərbələr nəticəsində ABŞ-a məxsus hərbi bazaları sıradan çıxartması və çoxsayı hərbi texnikanın, eləcə də hərbçilərin öldürülməsi rəsmi Vaşinqitonun sərt cəza tədbirləri görəcəyindən xəbər verir. Artıq bəlli olduğu kimi, ABŞ prezidenti D. Tramp NATO-nun Ankarada keçirilən sammitində Tehranla atəşkəsin başa çatdığını bəyan edib: “Zənnimcə, İranla atəşkəslə bağlı razılaşma bitdi. Onlarla iş görmək istəmirəm”.

ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rutte ilə mətbuata açıqlamasında iddialı mövqe də ortaya qoyub. Tramp İran məsələsində NATO müttəfiqlərinin köməyinə ehtiyaclarının olmadığını deyib: “NATO-dan məmnun deyiləm. Onlar bizə kömək etmədilər, amma bizim onların köməyinə ehtiyacımız da yox idi. Sadəcə kömək edib-etməyəcəklərini yoxlayırdım”.

D.Tramp İspaniyanı da hədələməkdən və ittiham etməkdən çəkinməyib. Bildirib ki, onlar pis tərəfdaşlardır: “Biz onlarla hər şeyi, o cümlədən ticarəti dayandırdıq. İspaniya NATO tərkibində də heç bir işdə iştirak etmir. Biz onları daim qorumağa davam edə bilmərik. Mən hətta onlarla danışmıram da. Artıq İspaniya ilə işimiz yoxdur."

Bazar günü gecə ABŞ Tehran və ərazilərə endirdiyi zərbələr nəticəsində çoxsaylı insan ölüb, obyektlər sıradan çıxarılıb. Tehranın Səhiyyə Nazirliyi son bir həftə ərzində Amerika hücumlarında ən azı 50 nəfərin öldüyünü və təxminən 500 nəfərin yaralandığını bildirib. ABŞ-ın raket zərbələri yarım milyon əhalisi olan Bəndər Abbas liman şəhərini ölkə ilə birləşdirən körpüləri dağıdıb. Zərər ciddidir, çünki İranın xarici ticarətinin təxminən yarısı bu limandan keçir. Bundan əlavə, Tehranın Hörmüz boğazına nəzarət etməsinə imkan verən əsas dəniz bazası burada yerləşir. Amerikalılar həmçinin Larak adasındakı dəniz nəqliyyatının idarə edilməsi mərkəzinin 80 metrlik qülləsini dağıtdılar.

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Yaxın Şərqdə böyük bir müharibə başlayır: “Yaxın Şərq yenidən böyük bir müharibənin astanasındadır və görünür, bəzi insanlar bunu həqiqətən, həqiqətən istəyir”. Sergey Lavrov onu da bildirib ki, İsrail Müdafiə Qüvvələri Qəzzada atəşkəs tələb edən qətnamələrin qəbul edilməsinə baxmayaraq əməliyyatlarını davam etdirir. Lavrov xatırladıb ki, BMT Baş Assambleyası və Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Fələstin torpaqlarını işğal etməsini qanunsuz adlandırıb və bu hərəkətlərə son qoyulmasını tələb edib: “Həll olunmamış Fələstin-İsrail münaqişəsi bütün regiona qeyri-sabitlik yaradan təsir göstərir” .

S.Lavrovun haray çəkməsi onu təsdiq edir ki, Rusiya yenə də Tehranı çətin vəziyyətdən çıxartmaqda maraqlıdır. Təbii ki, müxtəlif vasitələrlə Rusiya Tehrana hərbi silah-sursat, texnika göndərəcək. Daha doğrusu, artıq Rusiya 12 və 40 günlük müharibələr zamanı olduğu kimi yenə də Tehrana hər cür silah- sursat yardımı edir. Bunu “The Wall Street” jurnalı da öz mənbəsinə istinadən təsdiqləyir. Nəşr iddia edir ki, İran üçüncü ölkələrin köməyi ilə, son dərəcə yüksək sürətlə hərəkət edən və zərbə endirməzdən əvvəl manevr edə bilən raketlərdən istifadə edərək ABŞ hava hücumundan müdafiə sisteminə uyğunlaşıb. Küveytdə hədəflər arasında sursat anbarı, Patriot radarları və Əli əl-Salem Hava Bazasında hava nəzarət sistemləri var idi. Bəhreyndə Şeyx İsa Hava Bazası və Batelco kəşfiyyat mərkəzinə hücum edildi. ABŞ əvvəllər dinc olan İordaniyada ən ciddi itkilərini yaşadı. İordaniyadakı Müvəffəq əl-Salti Hava Bazasına raket zərbəsi endirildi. İki hərbçi həlak oldu, biri isə itkin düşdü. Mərkəzi Komandanlıqla əlaqəli ABŞ Hərbi Hava Qüvvələrinin veteranı ən azı beş əsgərin ağır yaralandığını və "çox güman ki, sağ qalmayacağını" bildirdi. Pentaqon katibi Pit Heqset itkilərin acılığını azaltmağa çalışaraq "bu əsgərlərin ölümü ABŞ-ın müqavimətini gücləndirəcək" dedi. Lakin Reuters-in məlumatına görə, Prezident Tramp itkiləri öyrənəndə qəzəbləndi və İrana qarşı daha bir "sarsıdıcı cavab zərbəsi" əmri verdi.

Baş verənlər sülh ümidlərinin tamamilə puça çıxdığını göstərir. Trampın nüfuzunu qorumaq üçün böyük bir qələbəyə ehtiyacı var və o, gərginliyi artırmaqla buna nail olacaq. Tehranın isə heç bir xilası yoxdur və məğlubiyyətə qədər müqavimətini davam etdirəcək. Bu arada vəziyyətin maraqlarına uyğun cərəyan etdiyini müşahidə edən İsrail yenidən müharibəyə qatılmaqla Tehranın sonunu gətirməyə çalışacaq. Müharibənin qızışması isə Avropanın böyük itkilərlə üzləşməsinə gətirəcək. Birincisi, Hörmüz boğazının bağlanması ilə Avropa enerji və digər zəruri malların daşınmasından məhrum olacaq. İkincisi isə, Tehran rejimi Avropa ölkələrini raketlə zərbə atəşinə tuta bilər ki, bu da qoca qitə üçün fəlakətlər yaradar. Nəzərə almaq lazımdır ki, 40 günlük müharibə zamanı Tehran Böyük Britaniyadakı ABŞ bazasını hədəfə almışdır. Raket havada vurulsa da, bunu Avropa ölkələri özləri üçün ağır fəlakət hesab etmişdilər. Sabah, hətta yaxın saatlarda Tehran Avropa ölkələrini hədəfə ala bilər və bunun qarşısını almaqda ölkələr çətinlik çəkərlər. Ona görə də, demək olar ki, ABŞ-Tehran qarşıdurması gərginləşdikcə Avropa daha çox təhlükə ilə üzləşməkdədir.

İ.ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 İyul 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see368

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see348

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see338

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see297

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see273

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see260

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see255

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see245

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see242

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see236

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see231

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see229

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see222

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see219

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see214

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see212

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see209

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see205

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see205

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri