Icma.az
close
up
RU
Avropaya vəsiqələr kimin olacaq? TƏHLİL

Avropaya vəsiqələr kimin olacaq? TƏHLİL

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Bu həftə Misli Premyer Liqasında XXX turun oyunları keçiriləcək.

İdman.biz xəbər verir ki, üç günü əhatə edəcək qarşılaşmalardan sonra mövsümün bitməsinə 6 tur qalacaq.

Futbol marafonunun sonuncu 1/6 hissəsinə keçməzdən əvvəl avrokuboklara iddialıların sıraları seyrəlib. Düzdür, nəzəri olaraq, “Şamaxı”, “Sumqayıt” və hətta “Kəpəz” də 4-cü yerə yüksəlmək, ilk “üçlük”dən birinin kubok qazanması hesabına Avropa Konfrans Liqasına düşmək ehtimalı var. Amma bu möcüzə yalnız kağız üzərində real görünür.

“Səbail”in belə şansı qalmadığını da nəzərə alsaq, 4 vəsiqəyə altı iddiaçı qalıb. “Qarabağ”ın Çempionlar Liqasında, “Zirə”nin Avropa Liqası və ya Konfrans Liqasında oynayacağı, az qala, gün kimi aydın olduğundan digər 2 yer üçün dörd komanda mübarizə aparır.

“Qarabağ” nə vaxt çempion olacaq?

“Qarabağ”ın 12-ci çempionluğunu qazanacağı heç kimdə şübhə doğurmur. Artıq 15 xallıq üstünlüyə malik Ağdam klubu ardıcıl dördüncü zəfərini iki həftəyə rəsmiləşdirə bilər. Bunun üçün əvvəlcə “Səbail”, ardınca “Neftçi”ni məğlub etməli olan Qurban Qurbanovun komandasına “Zirə”nin istənilən xal itkisi kifayətdir. Qəsəbə klubunun “Neftçi” və “Sumqayıt”la matçlarda 6 xal qazanmaması qızıl medalın sahibini rəsmiləşdirəcək. Bir sözlə, 12-ci çempionluq, böyük ehtimalla, elə XXXI turda gerçəkləşəcək.

“Zirə”: Avropa Liqası, yoxsa Konfrans Liqası?

Qızıl medala nəzəri şanslarını yaxın turlarda itirəcək “Zirə” avrokuboklara vəsiqəni də, böyük ölçüdə, qazanacaq. 4-cü sıradakı “Turan Tovuz”dan 11 xal uzaqlaşan Rəşad Sadıqovun komandası qərblilərin uğursuzluq zolağında olmasından yararlansa, bir neçə tura Avropaya bilet əldə edəcək. Amma komandanın Avropa Liqası və ya Konfrans Liqasında oynaması “Qarabağ”dan asılı olacaq. Potensial çempion kuboku qazansa, qəsəbə təmsilçisini ikinci dərəcəli klub turnirinə göndərəcək. Əks halda isə zirəlilər Konfrans Liqasında oynamalı olacaqlar.

Qaçılmaz debüt

Bu yay avrokuboklarda debüt gerçəkləşəcək. Azərbaycan klublarından ən azı biri tarixində ilk dəfə qitə miqyaslı yarışlarda oynayacaq. Bu, ya “Araz-Naxçıvan”, ya da əvvəlki “Turan”ın xələfi sayılan “Turan Tovuz” olacaq. Çünki ilk “üçlük”də “Qarabağ”la “Zirə”yə qoşulmağa başqa namizəd görünmür.
Düzdür, “Sabah”la “Neftçi” hələ ki, 3-cü yerə - kağız üzərində çempionatdan Avropaya vəsiqə şansına malikdirlər. Amma bu imkan artıq həftəsonu da bitə bilər. “Araz-Naxçıvan” səfərdə “Kəpəz”ə qalib gəlsə, “Sabah” “Turan Tovuz”un meydanında uduzsa, “Neftçi” də evdə “Zirə”ni uda bilməsə, hər iki paytaxt klubu artıq son 6 tura formal yanaşa bilər. Düzdür, hər iki komanda 4-cü yer üçün də sonadək döyüşə, kuboku çempionatın mükafatçılarından birinin qazanmasına bel bağlaya bilər. Amma 4-cü sıradakı Tovuz təmsilçisi ilə fərqin 8 xala bərabər olması, üstəlik “Neftçi” ilə “Sabah”dakı qeyri-sabit nəticələr bu ehtimalı minimuma endirir. Amma qitə kuboklarında iki debüt də rəsmiləşə bilər. Həm “Araz-Naxçıvan”, həm “Turan Tovuz”un ilk dəfə Avropaya çıxması üçün, “Sabah”la “Neftçi”nin kubok qazanmamaları və “dördlük”dən kənar qalmaları lazımdır.

Ümid kuboka qalır

Mükafatçılar sırasında yer almaq, bununla da Konfrans Liqasına çıxmaq şansları ya bu həftə, ya qarşıdakı turda tükənəcək “Sabah”la “Neftçi”nin yeganə ümidi ölkə kubokunadır. Yarımfinalın ilk matçında qarşılaşan rəqiblərdən biri finala vəsiqə qazandıqdan sonra, həlledici matçda da qalib gəlməlidir ki, Avropa Liqasına yolu açılsın.

Vüqar Xeyrullayev
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Aprel 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri