Icma.az
close
up
RU
Gürcüstan Baş naziri: Aksiyalarda 50yə yaxın polis əməkdaşı xəsarət alıb, 20nə cərrahi müdaxilə edilib

Gürcüstan Baş naziri: Aksiyalarda 50yə yaxın polis əməkdaşı xəsarət alıb, 20nə cərrahi müdaxilə edilib

Tbilisidə keçirilən aksiyalarda 50-yə yaxın polis əməkdaşı xəsarət alıb, onlardan 20-nə cərrahi müdaxilə edilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.

O, etirazçıların polisə qarşı Molotov kokteyli, daş, pirotexniki vasitələr atdıqlarını əlavə edib.

“Polisləri yandırmağa cəhd edən, zorakılıq törədən şəxslərə aman verildikdə belə faktlar təkrarlanır, belə insanların zorakılıqdan danışmağa mənəvi haqqı yoxdur. Zorakılıq zorakılığı doğurur, ona görə də bütün bunlarda hər kəs öz məsuliyyətini görməlidir”, - Kobaxidze bildirib.

seeBaxış sayı:29
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri