Icma.az
close
up
RU
Rusiya öz adamını Azərbaycan diaspor təşkilatına rəhbər gətirir DOSYE

Rusiya öz adamını Azərbaycan diaspor təşkilatına rəhbər gətirir DOSYE

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Rusiyada Ural bölgəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı ətrafında baş verən proseslər yeni mərhələyə qədəm qoyub.

Məlumata görə, Yekaterinburqdakı məscidlərdə inanclılara vərəqələr paylanaraq “Ural azərbaycanlı icmasının rəhbəri” vəzifəsinə yeni namizədin irəli sürüldüyü bildirilir.

Bu proseslər iyun ayında Rusiya İstintaq Komitəsinin “etnik cinayətkar qrup” işi üzrə cinayət işi açmasından sonra sürətlənib.

Həmin iş çərçivəsində uzun illər Uraldakı Azərbaycan icmasına rəhbərlik etmiş Şahin Şıxlinski saxlanılıb və ona bir neçə qətl, həmçinin digər şəxslərə qarşı sui-qəsd təşkil etmək ittihamı irəli sürülüb. Hazırda məhkəmə prosesi davam edir. Yeri gəlmişkən bir neçə gün öncə məlum olub ki, Şıxlinski barədə cinayət işi üzrə ifadələri Rusiya İstintaq Komitəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə mayoru, erməni əsilli A.S. Karapetyan alıb. Maraqlıdır ki, 2025-ci il iyulun 1-də baş vermiş hadisə zamanı Şıxlinskiyə qarşı ifadə verən də Daxili İşlər Nazirliyinin başqa bir erməni əsilli əməkdaşı Karen Kamoyeviç Tutuncyandır.

Şıxlinskini diaspora lideri kimi əvəz etdiyi bildirilən Vidadi Mustafayev də həbs edilib. O, külli miqdarda dələduzluqda ittiham olunur və məhkəmə onun barəsində yanvarın 31-dək həbs qətimkan tədbiri seçib.

Mediada yer alan məlumatlara görə, bu proseslərin fonunda Uraldakı Azərbaycan diasporuna rəhbərlik etmək istəyən yeni namizəd ortaya çıxıb. “Kommersant” və “SP” nəşrlərinin yazdığına görə, həmin namizəd Kərim Qasımovdur. Onun 69 yaşı var, əslən Azərbaycanın Masallı rayonundandır və 1976-cı ildən Rusiyada yaşayır.

Kərim Qasımov Rusiya Daxili İşlər Nazirliyində çalışıb, istefada olan polis polkovnikidir və beş övladı var. Bildirilir ki, o, 2014-cü ildən “14 müqəddəs məscid” adlı müsəlman dini qurumuna rəhbərlik edir.

Məlumata görə, Kərim Qasımovun namizədliyi yaxın vaxtlarda keçirilməsi gözlənilən qurultayda müzakirə olunacaq. O, yerli mətbuata müsahibəsində qurultayın vaxtı ilə bağlı danışıqların davam etdiyini, tədbirin gələn ilin yanvarın 5-də keçirilə biləcəyini bildirib. Qasımovun sözlərinə görə, Ural Federal Dairəsi üçün “Azərbaycan-Ural” regionlararası ictimai təşkilatının nizamnaməsi hazırlanır.

Kərim Qasımov çıxışlarında seçki platformasının əsas xəttinin azərbaycanlıların birliyi və Rusiya ilə dostluq münasibətlərinin qorunması olduğunu bildirib. O, həmçinin əvvəlki rəhbərliyin legitimliyini sual altına alaraq, diasporun fərqli istiqamətdə fəaliyyət göstərəcəyini vurğulayıb. Qasımovun sözlərinə görə, məqsəd sülh, dostluq, firavanlıq və birlik prinsiplərinə əsaslanan fəaliyyət qurmaq, eyni zamanda gələcək üçün gənc liderlər yetişdirməkdir. O, hazırda seçkilərdə rəqibinin olmadığını da qeyd edib.

Müşahidəçilər bildirirlər ki, keçmiş hüquq-mühafizə orqanı əməkdaşı olan Kərim Qasımovun Sverdlovsk vilayətinin güc strukturlarının dəstəyini aldığı ehtimal olunur və onun namizədliyi Rusiyada Azərbaycan diaspor təşkilatının rəhbərliyində yeni xəttin formalaşması kimi qiymətləndirilir.|modern/az

Facebook WhatsApp Telegram Twitter Share

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Dekabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see440

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see274

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see209

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see204

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see187

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see186

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see185

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see176

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see175

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see155

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see155

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see152

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see148

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see142

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see138

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri