“Gürcüstan Dəmir Yolları”: BTQ layihəsi tamamlanıb, istismara hazırlanır
Icma.az bildirir, Apa.az portalına istinadən.
Bakı-Tbilisi-Qars layihəsi faktiki olaraq tamamlanıb və hazırkı mərhələdə onun istismara verilməsi üzrə işlər aparılır.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktoru Laşa Abaşidze bildirib.
Onun sözlərinə görə, hazırda istismara vermə və təhvil-təslim üçün lazımı sənədlərin hazırlanması prosesi gedir.
Abaşidze BTQ layihəsinin Gürcüstan üçün böyük önəm kəsb etdiyini vurğulayıb:
“Bu infrastruktur layihə bizi Türkiyə ilə birbaşa əlaqələndirəcək və Gürcüstan istiqamətində əlavə yük axınlarının cəlbinə imkan verəcək”.
SC rəhbəri həmçinin bildirib ki, Orta Dəhlizin səmərəliliyinin və daşınmaların sürətinin artırılması istiqamətində iştirakçı ölkələrlə fəal iş aparılır.
“Dəhliz vasitəsilə Çindən konteyner daşımalarında artım təqribən 40-50% təşkil edir. Bu, kifayət qədər əhəmiyyətli artımdır. Biz yaxın illərdə daha çox artımın olacağını gözləyirik”, - Abaşidze əlavə edib.
Qeyd edək ki, bu yaxınlarda Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili BTQ layihəsinin təntənəli açılışının çox tezliklə baş tutacağını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 22 Dekabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















