Icma.az
close
up
RU
Gürcüstan demokratiya və hüququn aliliyini özü də yaxşı anlayır

Gürcüstan demokratiya və hüququn aliliyini özü də yaxşı anlayır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin payızında Gürcüstan və Avropa İttifaqı (Aİ) arasında münasibətlər gərgin və qeyri-müəyyən mərhələyə daxil olub. Bunun əsas səbəbi Brüsselin Gürcüstana qarşı vizasız rejiminin ləğvi hədəsi və tələb olunan hüquqi dəyişikliklərdir. Bu dəyişikliklər radikal müxalifət tərəfindən dəstəklənir və o, bundan istifadə edərək yeni etirazlar üçün zəmin axtarır. Lakin vizasız rejimin ləğvi ilə bağlı təhdid artıq əhalidə geniş narahatlıq doğurmur. Hakimiyyətdən narazı olanların bir çoxu küçələrə çıxıb ondan Aİ-nin tələblərinə əməl etməyi, o cümlədən LGBT təbliğatına icazə verməyi tələb etməyə tələsmirlər. Bu məsələ geniş ictimaiyyətdə gözlənilən reaksiyanı doğurmayıb.

2025-ci il sentyabrın 13-də Tbilisinin mərkəzində keçirilən və vizasız rejimin müdafiəsinə həsr olunmuş yürüşdə az sayda insanın iştirakı bunun bariz göstəricisidir. Müxalifət partiyaları və onların tərəfdarları tərəfindən təşkil edilən aksiyada əsasən partiya fəalları və QHT üzvləri iştirak ediblər. Müxalifətə yaxın media orqanları etiraf edir ki, yürüşdə yalnız “yüzlərlə” insan iştirak edib. Bu fakt Gürcüstanda “viza məsələsi”nin siyasi təsir aləti kimi işləmədiyini göstərir.

Rəsmi Tbilisi Aİ-nin siyasətindən dəfələrlə narazılığını bildirib. Baş nazir İrakli Kobaxidze bildirib ki, Avropa bürokratiyasının apardığı siyasət qitəni ağır vəziyyətə və narahatedici tendensiyalara gətirib çıxarıb: “2008-ci ildə Aİ-nin dünya iqtisadiyyatındakı payı 30 faiz idi, bu gün bu rəqəm 17 faizə düşüb. Belə ağır vəziyyətdə əsas diqqət həm daxili problemlərin həllinə, həm də xarici əlaqələrin inkişafına yönəlməlidir. Lakin biz bunun əksini görürük. Aİ Gürcüstan kimi ölkələrlə əlaqələri süni şəkildə zəiflətməyə çalışır”. Baş nazirin fikrincə, bu yanaşma Aİ-nin öz maraqlarına ziddir və Avropa bürokratiyasının xarici qüvvələrin təsiri altında olduğunu göstərir: “Avropa bürokratiyası faktiki olaraq xarici qüvvələrin, “dərin dövlətin” təsiri altındadır. ABŞ-da bu təsir azalsa da, indi bu təzyiq Avropaya yönəlib. Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Gürcüstana gəlməkdən imtina etməsi də bunun göstəricisidir... Təəssüf ki, qarşı tərəfdən sovet dövrünü xatırladan qapalı və dialoqdan uzaq yanaşma görürük. Bu yanaşma dəyişməlidir”.

Gürcüstan parlamentin sədri Şalva Papuaşvili də sərt çıxışı ilə yadda qalıb. O bildirib ki, Gürcü xalqı tarixi təcrübəsinə əsaslanaraq onlara yuxarıdan aşağı baxılmasından narahat olur: “Heç kim Gürcüstana yuxarıdan aşağı baxmamalıdır. Gürcüstan heç kim üçün, o cümlədən Aİ üçün alçaq hasar deyil. Bizə demokratiyanı və hüququn aliliyini öyrətməyə ehtiyac yoxdur. Əksinə, bəzi sahələrdə biz Avropanın bəzi ölkələrindən daha irəlidəyik”.

Göründüyü kimi, Gürcüstan hakimiyyəti balanslaşdırılmış xarici siyasət yürütməyə çalışır. Hökumət rəsmilərinin bildirirlər ki, Gürcüstan Avropa ilə əməkdaşlığa sadiqdir, lakin bu əməkdaşlıq birtərəfli tələblər və daxili işlərə qarışma formasında olmamalıdır. Onların arqumentinə görə, Aİ-nin istəkləri artıq əməkdaşlıq çərçivəsindən çıxaraq siyasi təzyiq formasına keçib və bu, ölkənin daxili sabitliyini təhdid edir. Bu kontekstdə Gürcüstanda bir çoxlarını bu sual düşündürür: Avroatlantik strukturlara inteqrasiya doğrudan da təhlükəsizlik və rifah təmin edəcək, yoxsa bu, Gürcüstanı daha böyük risklərin içərisinə atacaq?

Bununla belə, radikal müxalifət ölkədə pozuçuluq fəaliyyətini davam etdirir. Əhalini oktyabrın 4-də, yerli seçkilərin keçirildiyi gün mitinqə çağırır və “dinc yolla” hakimiyyəti devirməyə səsləyir. “Nepal hadisələrini” önə çəkən müxalifət tanınmış xarici siyasətçilərə rüşvət verməklə hakimiyyətə qarşı təbliğat aparmağa həvəsləndirir.

***

Son günlər ABŞ konqresmeni Co Uilsonun hakim “Gürcü arzusu” partiyasına qarşı səsləndirdiyi əsassız və qərəzli ittihamlar, əslində, pul qarşılığında aparılan sifarişli kampaniyanın bir hissəsidir. Gürcüstan parlamentinin Avropaya inteqrasiya üzrə komitəsinin sədri Levan Maxaşvili bu məsələ ilə bağlı bəyanat verərək bildirib ki, bu, açıq şəkildə pulla təşkil olunmuş siyasi fəaliyyət nümunəsidir. Onun sözlərinə görə, heç kimə sirr deyil ki, belə tənqidi çıxışların arxasında real faktlar deyil, maliyyə maraqları dayanır.

Uilsonun “Gürcü Arzusu”nun, guya, ABŞ prezidenti Donald Trampı “yalançı” adlandırması ilə bağlı yaydığı məlumat, dezinformasiya olmaqla yanaşı, ictimai rəyə məqsədli təsir cəhdidir. Belə iddialar heç bir real fakta əsaslanmasa da, Gürcüstan əleyhinə informasiya fonu formalaşdırmaq üçün istifadə olunur. Parlamentin hüquqi məsələlər komitəsinin sədri Arçil Qorduladzə də bu prosesə münasibət bildirərək qeyd edib ki, Uilson pul qarşılığında istənilən bəyanatı verə biləcək bir fiqurdur və onun yaydığı məlumatların mahiyyəti yalan və absurddur.

Məsələ yalnız ayrı-ayrı bəyanatlarla məhdudlaşmır. ABŞ Ədliyyə Nazirliyinin yaydığı rəsmi sənədlər sübut edir ki, radikal müxalifət partiyası – “Vahid Milli Hərəkat” 2025-ci il iyulun 7-də ABŞ-ın lobbi şirkəti “Nelson Mullins Riley & Scarborough LLP” ilə müqavilə bağlayaraq həmin şirkətə 360 min ABŞ dolları (təxminən 972 min lari) məbləğində ödəniş edib. Bu müqaviləyə əsasən, lobbi şirkəti müxalifətin diplomatik fəaliyyətinə dəstək göstərməli, ABŞ-la əlaqələri gücləndirməli və Gürcüstanda “azad və ədalətli seçkilərin” təşviqi ilə məşğul olmalıdır.

Bu faktlar bir daha göstərir ki, Gürcüstanın siyasi mübarizə meydanı artıq daxili debatlarla məhdudlaşmır. Xarici təsirlər, maliyyə dəstəyi və siyasi sifarişlər bu prosesdə mühüm rol oynayır. Müxalifət “demokratiya”, “azadlıq” kimi dəyərlərdən istifadə edərək, əslində xarici dairələrin maraqlarını müdafiə edir. Bu isə yalnız ölkənin daxili suverenliyini deyil, ümumilikdə, siyasi sabitliyi ciddi təhdid edir.

Xüsusilə narahatedici hal ondan ibarətdir ki, bu fəaliyyətlərdə bəzi vətəndaşlar fəal şəkildə iştirak edirlər. Bu şəxslər “müxalifət fəalı” kimi təqdim olunsalar da, əslində, xarici sifarişlərin yerinə yetirilməsində vasitəçi rolunu oynayırlar. Onların fəaliyyəti milli maraqlara deyil, öz siyasi mövqelərini qorumaq üçün xaricdən aldıqları dəstəyə əsaslanır.

Son dövrlər Gürcüstan ictimaiyyətində artan siyasi şüur fonunda bu cür fəaliyyətlərə qarşı getdikcə daha sərt mövqe formalaşır. Cəmiyyət anlayır ki, pul qarşılığında verilən bəyanatlar, sifarişli lobbi fəaliyyəti və beynəlxalq dairələrin təzyiq cəhdləri Gürcüstanın inkişafına deyil, onun zəiflədilməsinə xidmət edir. Əsl milli maraqlar isə yalnız daxildə, xalqın iradəsi və ölkə daxilindəki resurslar hesabına qorunmalı və təşviq olunmalıdır.

Gürcüstan dövlət strukturlarının və parlament üzvlərinin bu məsələlərə verdiyi prinsipial və açıq reaksiyalar göstərir ki, ölkə artıq bu cür təxribatlara qarşı hazırlıqlıdır. Siyasi məsuliyyət, milli şüur və dövlətçilik düşüncəsi bu kimi xarici müdaxilələrə qarşı ən güclü qalxan kimi çıxış edir. Gürcüstan xalqı isə kimin tərəfində həqiqətim, kimin tərəfində isə yalnız pulun olduğunu yaxşı görür.

Beləliklə, Gürcüstanda yaranmış yeni siyasi reallıqda cəmiyyətin əhəmiyyətli bir hissəsi viza rejiminin bərpası təhdidinə görə siyasi sabitliyi pozmağın əleyhinədir. İnsanlar daha çox ölkənin daxili təhlükəsizliyi, sosial rifahı və hərbi qarşıdurmalardan uzaq durması ilə maraqlanır. Hökumət bu meylləri nəzərə alaraq, xarici siyasətdə neytrallığı və milli maraqlara əsaslanan qərarlar qəbul etməyi prioritet sayır.

Bununla belə, Gürcüstanın Avropaya inteqrasiyası hələ də gündəmdə olan siyasi istiqamətdir. Amma bu yolun necə davam edəcəyi artıq əvvəlki kimi birtərəfli deyil. Gürcüstan xarici siyasətində alternativ variantları da nəzərdən keçirir və Qərblə əməkdaşlığı yalnız qarşılıqlı hörmət və balanslı maraqlar əsasında davam etdirmək niyyətindədir.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Sentyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri