Icma.az
close
up
RU
Demokratiya və hüququn əks tərəfində

Demokratiya və hüququn əks tərəfində

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

I MƏQALƏ

USAID siyasi fakt kimi

Amerikada bir respublikaçı prezidentin USAID kimi milyardlarla dollar büdcəsi olan təşkilatı 90 günlüyə də olsa, bağlaması dünyanı nə üçün çox həyəcanlandırmaqdadır? Həm də, bu, D.Trampın atdığı ilk addımlardandır. Hansı səbəblərdən bu təşkilatın mövcud olub-olmaması ABŞ-ı yeniləşdirmək istəyən lider üçün yüksək aktuallıq kəsb etmişdir?

Bu suallara cavabları müxtəlif kontekstlərdə axtarmaq olar. İndi hər şeyi ya gizli sui-qəsd planlarına, ya da şəxsin maliyyə maraqlarına bağlamaq dəbdir. Ancaq obrazlı desək, bu kimi “moda”ların o tərəfində realpolitika və dövlət maraqları dayanır. Hər bir dövlətin məqsədi, imici, fəaliyyət metodları və identikliyi mövcuddur. USAID də Amerika üçün əsas olaraq dövlət identikliyi prizmasında lazımlı sayılırdı. Bu, 1961-ci ildə Con Kennedinin həmin təşkilatı yaratmasından bu yana belə idi. Agentliyin məqsədi belə olmuşdur: başqa ölkələrə yardımların idarəedilməsi. Bu ümumi yanaşmanın reallaşma mexanizmi “dövlətlərin inkişafı üzrə layihələrə qrantların verilməsi” ilə bağlıdır.

Agentliyin mahiyyəti və funksiyası

Bununla USAİD-in struktur kimi mahiyyəti ilə funksionallığını uyğunlaşdıran mexanizm aydın olur: təşkilat kimi məqsəd dünyanın müxtəlif ölkələrinə yardım etməkdən ibarətdir, bunu reallaşdırmaq üçün əsas şərt “dövlətin inkişaf kursunun olmasıdır”.

Məsələnin bu cür qoyuluşu ilk baxışdan primitiv və xeyli dərəcədə absurd görünür. Çünki hər bir dövlət, ümumiyyətlə, inkişaf etməyə can atır. Bu, Aristotelin “Politika”sından bu yana dövlət olmağın təbii və üniversal prinsipidir. Aristotel minilliklər öncə fəlsəfi olaraq izah etmişdir ki, dövlət cəmiyyətdə ünsiyyətin elə özünütəşkilidir ki, yekunda dövlət formasında özünü təkmil səviyyəsinə çatır. Yəni dövlət o zaman mövcud olur ki, daim inkişaf etsin. Onun inkişafının motivasiyası cəmiyyətdə kommunikasiyanın təbii olaraq zərurət olmasından qaynaqlanır – cəmiyyət o zaman var olur ki, onda kollektiv ünsiyyətin konkret məzmunu, forması və məqsədi vardır.

Ziddiyyətli suallara səssiz cavablar

Bu baxımdan inkişaf məsələsini ayrıca dövlətin atributu kimi hansısa təşkilatın mövcudluğuna bağlamaq təbii ehtiyacdan çox, müəyyən siyasi-diplomatik strategiyadır. Yəni hansısa dövlət digər dövlətlərin inkişafı üçün külli miqdarda geri dönüşü olmayan maliyyə dəstəyi verirsə, bu, həmin dövlətin, ümumiyyətlə, dövlətçiliyə sevgisindən qaynaqlanmır – xüsusi məqsəd fonunda hərəkət edir!

Digər tərəfdən, məsələn, Amerika kimi iddialı bir dövlət başqa dövlətlərin inkişafında niyə maraqlı olmalıdır? Axı, ABŞ-ın hansı inadla liderlik uğrunda mübarizə apardığının canlı şahidləriyik. İndi Vaşinqtonun başlıca məqsədi kimlərinsə dövlətinin yüksək inkişaf etməsinə imkan verməməkdən ibarətdir. Doğru deyildirmi?

Faktlar. ABŞ nə üçün Çinin dövlət kimi inkişafına qrant ayırmamışdır? Əksinə, indi bütün cidd-cəhdlə Çində dövlətin iflası üçün çalışır. Müxtəlif siyasi, diplomatik, maliyyə, vergi, sanksiya, hətta pandemiya yaratmaq kimi üsullardan istifadə edərək, Çini arxa plana atmağa çalışır. Qorxur ki, Çin lider olar. Çinin dövlət kimi inkişafını ABŞ özünə təhlükə sayır. Həm də hadisəni qloballaşdıraraq Çini dünyaya təhlükə kimi təqdim etməyə çalışır. Eyni yanaşma Rusiya və İrana münasibətdə də özünü göstərir.

Rusiyanı Ukraynanın inkişafının düşməni kimi təqdim etdilər və sonda iki qardaş xalq bir-birini qırmaqdan doymur. Vaşinqton üçün Rusiya düşməndir, lakin Ukraynada bir neçə layihəni USAID maliyyələşdirmişdir. Belə alınır ki, reallıqda USAID Rusiya dövlətçiliyinin zəifləməsi hesabına Ukrayna dövlətinin inkişafına nail olmağa çalışır. Bu, bütövlükdə “dövlət” və “dövlətin inkişafı” anlayışlarına zidd olan yanaşma deyildirmi? Axı, qloballaşma dövründə ola bilməz ki, iki həmsərhəd, mədəni, siyasi ortaq tarixi olan dövlətdən biri inkişaf etsin, digəri isə paralel olaraq çöksün! Təbiət buna yol vermir, qəbul etmir. Çünki təbiət üçün koevolyusiya, yəni birgə təkamül xarakterikdir, qanunidir. Başqa varinatla təbiət (yəni dünya universal anlamda) özünütəşkil edə bilmir – inkişaf mütləq müəyyən yerdə qırılır.

Məsələ yalnız Çin, Rusiya və İranla məhdudlaşmır. USAID-in fəaliyyəti işığında baxsaq, rəsmi Vaşinqtonun başqa dövlətlərlə bağlı siyasətində də qara ləkələr az deyildir.

Yaxın Şərq

USAID-in "dövlət inkişaf etdirən əcayib” qurum olduğu başqa faktlardan da görünür. Məsələn, Yaxın Şərqdə İsrailə və müsəlman dövlətlərə münasibətdə, bu, özünü qabarıq büruzə verir. İllərdir rəsmi Vaşinqton İsraili Yaxın Şərqdə seçir və onun inkişafı üçün çox böyük işlər görür. Əla, dövləti inkişaf etdirir. Lakin bunun fonunda regionun müsəlman dövlətlərinə fərqli yanaşma vardır. Fələstin məsələsində isə hətta USAID-i təəccübləndirə biləcək informasiyalar yayılır. Agentliyin gizli maliyyə xərclərinə qənim kəsilən D.Tramp deyir ki, fələstinliləri Qəzzadan köçürmək lazımdır.

Doğrudan, bu amerikalıları anlamaq çətindir. D.Tramp bir tərəfdən USAID-i bağlayır ki, hara və hansı məqsədlə pul xərclədiyi aydınlaşmalıdır. Digər tərəfdən, USAID-in müəyyən funksiyasını öz üzərinə götürür. Çünki USAID-in qrantları postsovet məkanında “rəngli inqilablar”, insanların hüquqlarının tapdanması, bütöv bir cəmiyyətin haqsızlığa məruz qalması və s. kimi antidövləti planlara sərf edilmişdir. İndi Ukrayna və Gürcüstan bundan əziyyət çəkirlər, düşdükləri quyudan çıxa bilmirlər. Ermənistan siyasi dairələri isə eqoist siyasi istəklərinin təhriki ilə USAID-in quyusuna düşməkdə davam edir.

Azərbaycanda dövlətçiliyin inkişafı

Müasir mərhələdə Cənubi Qafqazda dövlətçiliyin inkişafı baxımından ən çox diqqət mərkəzində olan Azərbaycandır. Bunun əsas səbəbi ondan ibarətdir ki, dünyada məhz Azərbaycanın müstəqil dövlət olmaq potensialının digərlərindən çox üstün olduğunu bilirlər. Buna görə də, bir sıra dairələri Azərbaycanda, ümumiyyətlə. dövlətin inkişafı deyil, onun asılı olması daha çox maraqlandırır. USAID və bütövlükdə ABŞ-ın rəsmi dairələri, təəssüf ki, məhz ikinci neqativ kursu seçmişlər. Yenə də faktlar.

Keçən əsrin 90-cı illərində Azərbaycan sürəkli kənar təcavüzə məruz qaldığı bir dönəmdə ABŞ “907-ci düzəliş” adı ilə burada dövlətin məhv olması istiqamətində çalışmağa başladı. Çünki bir ölkəyə təcavüz edirlərsə və əsas hədəf kimi onun dövlət olaraq yox olmasına çalışırlarsa, bu prosesə dəstək verən hər bir subyekt antidövlətçi, ədalətsiz, beynəlxalq hüquqa uyğun olmayan mövqe tutur. Həmin illərdə bir neçə dəfə Azərbaycanda dövlət çevrilişinə cəhdlər oldu, sorosçular da ölkəyə müdaxilə etməyə çalışdılar.

Bundan başqa, başda ABŞ olmaqla kollektiv Qərb bütün cəhdləri ilə Azərbaycanda dövləti zəiflətmək hesabına qondarma Ermənistanı gücləndirmək üçün dəridən-qabıqdan çıxdı. Bunlar Cənubi Qafqazda dövlətçiliyin müasir mərhələdə paradoksudur! Özü də elə açıq və həyasız formada paradoksudur ki, izahı belə demokratiya və hüquq adına utandırıcıdır.

Biz Azərbaycanda sorosçuların yaratmağa çalışdıqları “5-ci kolon”un fəaliyyətinin şahidləriyik. Onların hansı haqsızlıq, ədalətsizlik və amansızlıqla cəmiyyəti parçalamağa, qarşıdurma yaratmağa, əxlaqsızlığı yaymağa çalışdıqlarını görmüşük. Könüllülər adı altında Amerika və Avropadan missionerlərin Azərbaycanda yaşayan bir sıra etnik qrupların ailələrinə yerləşib, onlarda separatçı əhval-ruhiyyəni körüklədiklərini faktlarla bilirik.

Beynəlxalq miqyasda da ABŞ Fransa və Rusiya ilə yanaşı, Azərbaycanda dövlətçiliyin zəifləməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri statusunda zərərverici fəaliyyətindən qalmamışdır. Dəfələrlə sözdə bir şey demiş, əməldə başqa addımlar atmışlar. Bu, açıqca Azərbaycanda dövlətin məhv olması istiqamətində fəaliyyət demək idi. Onun fonunda bir neçə dəfə Azərbaycanda USAİD-in planlar qurub, dövlətə və cəmiyyətə mənfi təsir etməyə çalışdığı da məlumdur.

Saakaşvili faciəsi

Gürcüstana münasibət fərqlidir. Əvvəlcə, regionun bu ölkəsinə ABŞ-ın münasibəti çox isti idi. Hətta Azərbaycanın neft siyasətində problem yaratmaq üçün Gürcüstan faktorundan istifadə etməyə çalışdı. Heydər Əliyev bu prosesin qarşısını ustalıqla aldı. Süni maneələr yaradan sosorçular geri çəkilməli oldular. Lakin sonra aydın oldu ki, həmin dairələr Gürcüstanda özlərinə siyasi və informasiya dairəsi yaratmışlar.

M.Saakşvilinin dövlət başına gəlməsi onun nəticəsi idi. Bizim Gürcüstanın daxili işlərinə qarışmaq niyyətimiz yoxdur. Lakin orada dövlət quruculuğunun regiona yad olan dəyərlər kontekstində aparılması, dinin həddindən çox şişirdilməsi və s. kimi əlamətlər müəyyən təhlükələrdən xəbər verirdi. O təhlükələri real yaşayan digərləri ilə yanaşı, M.Saakşvili də oldu.

Gürcüstan dövləti üçün çox işlər görməyə cəhd edən bu siyasətçinin taleyini faciə adlandıra bilərik. İndi türmədədir və oradan çıxmaq şansı minimumdur. Ancaq bir siyasi fiqur kimi dövlətin həyatında yoxdur və olacağı da gözlənilmir. Belə alınır ki, USAID kimi qurumlar Cənubi Qafqazda dövlətin inkişafı məsələsinə öz maraqları prizmasından baxır və alternativi qəbul etmirlər.

Üzdə olanlardan gizlinlərə

Hətta bir neçə nümunə göstərir ki, USAID sözdə (aşkarda) dövlətləri inkişaf etdirməkdən bəhs edir, lakin praktikada onun tamam fərqli təzahürləri özünü göstərir. Ölkələrə qarşı münasibətin məzmunu və məqsədi dəyişir. “Dövləti inkişaf etdirmək” xətti vahid kriteriyalara tabe deyildir – əsas göstərici təsir obyekti kimi seçilən dövlətin ABŞ-ın maraqlarına uyğun olub-olmayan siyasi xətt yeritməsi ilə bağlıdır.

Məsələn, Azərbaycanda müstəqil dövlətin inkişafına olan neqativ münasibətin kökündə məhz bu faktor dayanırdı. Vaşinqtonun təsəvvüründə Azərbaycanda dövlətçilik ermənilərdən asılı olan və Qərbin əmrlərini dinmədən yerinə yetirən tabeçi statusunda olmalıdır. Azərbaycan enerji daşıyıcılarını Qərbə verməlidir, lakin bu zaman müstəqil qərarlar qəbul etməməlidir. Azərbaycanlıların ola bilsin ki, cibləri dolu olsun, lakin müstəqil düşüncəli olmalı deyildilər. Onlar milli deyil, Qərb, o cümlədən xristian dəyərlərinin prioritetliyini avtomatik qəbul etməli idilər. Əgər Azərbaycan bu tələblərə əməl etməsə, onda “sivil” deyildr, “demokratiyaya qarşıdır”, “müstəqil deyildir” və sair. USAID-in qrantlarının arxasında dayanan gizlinlərin bir qismi bunlardan ibarətdir.

Eyni zamanda, məsələ onlarla məhdudlaşmır. Daha geniş kontekstdə çox düşündürücü məqamlar da mövcuddur.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see357

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see225

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see208

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri