Icma.az
close
up
RU
USAID: demokratiya və hüququn əks tərəfində

USAID: demokratiya və hüququn əks tərəfində

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

VI məqalə

Azərbaycan məsələsi qlobal rəqabət fonunda

Həqiqətən, Azərbaycan məsələsi indi daha çox qlobal rəqabət və ya ideoloji-informasiya savaşı kontekstində dəyərləndirilir. Bunun əsas səbəbi tarixi baxımdan çox qısa bir müddətdə postsovet məkanında Azərbaycan Respblikasının parlaq müstəqil dövlət qura bilməsidir.

Şübhə etmirik, özünü çox böyük sayan dünya gücləri inanmırdılar ki, Bakı təkbaşına cəmi 44 günə, obrazlı desək, Avrasiyanın ən çətin münaqişəsini ədalətlə həll edə bilsin. Burada məsələnin həm, ümumiyyətlə, münaqişəni həll etməklə, həm də ədalətlə həll etməklə aradan qaldırılması br sıra “böyük” dairələri ciddi narahat edir. Belə alınır ki, əsrlərdir özlərini hüquqa uyan, ədalətli, humanitar hesab edən və çox güclü olduqlarının təbliği ilə məşğul olan ABŞ, Fransa və Rusiyanın 30 ilə həll edə bilmədiyi problemi Bakı cəmi 44 gün+23saat 41 dəqiqəyə yoluna qoya bildi.

Əgər söhbət gücdən gedirsə, əlbəttə, vurğulanan bu dövlətlər çox güclüdürlər. Lakin Azərbaycan Respublikasının da hərbi gücdən daha təsirli imkanları vardır. O da ədalətli olmaq və xalqın milli-mənəvi potensialına arxalanmaqdan ibarətdir.

Şübhə yoxdur ki, dünyanın ağıllı və uzaqgörən strateqləri Azərbaycan dövləti və cəmiyyətinin məhz ədalətlilik və dərin milli-mənəvi dəyərlərə malik olmaq keyfiyyətini daha yüksək qiymətləndirirlər. Buna görə də ilk və ağır zərbəni məhz həmin sferaya endirməyə çalışırlar.

Aydındır ki, Azərbaycanı bu keyfiyyətdə qəbul edənlərin, hər şeydən öncə, adət-ənənələrə, dünyaduyumuna, cəmiyyət və dövlət kimi özəl keyfiyyətlərinə, əxlaqına, ailə qurmaq fəlsəfəsinə, cəmiyyətin özünütəşkilini təmin edən aparıcı faktorlara, ölkənin intellektual potensialına ziyan vurmağa cəhd edəcəklər. USAID, müxtəlif dini mahiyyətli xaricdən idarə olunan xüsusi təşkilatlar (məzhəbçiliyi, radikallığı, separatçılığı, terroru, dözümsüzlüyü yayanlar) və başqaları illərlə bu kimi işlərlə məşğul olmuşlar.

Bunlarla yanaşı, Azərbaycan geniş bir geosiyasi məkanda fəal siyasət həyata keçirir, onun təsir dairəsi dinamik olaraq artır. Artıq Cənubi Qafqazda Azərbaycanın liderliyinə kimsə şübhə etmir. Paralel olaraq, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatında Bakının aktiv mövqeyi məlumdur. İndi faktiki olaraq, Azərbaycan Respublikası regionlararası miqyasda konstruktiv geosiyasi, iqtisadi, mədəni və təhlükəsizlik funksiyasını yerinə yetirir.

Bütün bunlara mane olmağın yollarını axtarmaqdan yuxusuz qalan dairələr vardır. O cümlədən, hətta bu cür müxtəliflik fonunda belə “zəif demokratiya” modeli çox təhlükəli görünür.

KİV-in məsuliyyəti

İndi kimsə şübhə etmir ki, informasiya iki istiqamətdə hər bir insanın həyatında ciddi rol oynayır. Birincisi, informasiya almaq sərbəstliyi kütləvidir. İkincisi, yayılan çoxlu sayda informasiyadan hər br şəxsin özünün seçməsi imkanı var.

Lakin bu iki məqam qlobal miqyasda başqa bir vacib faktordan kənarda mövcud ola bilmir. Həmin faktoru elmdə “informasiya nəzarəti” adlandırırlar.

İnformasiya nəzarəti

Belə çıxır ki, informasiyanı almaq sərbəstliyi, onların sırasından şəxsi seçmək haqqı və bütün bunlara total nəzarət imkanı dünya üzrə hər bir dövlət üçün aktual olmuşdur. Hətta bir sıra tədqiqatçılar hesab edirlər ki, yaxın perspektivdə informasiya nəzarəti çox yüksək səviyyəyə qalxacaq və hər bir fərdin cəmiyyətdən gizlin özəl həyatı olmayacaq. Məsələn, Almaniyada postluman sosiologiyasının tanınmış nümayəndələri gələcəyin cəmiyyətlərində total informasiya nəzarətini başlıca əlamətlərdən biri kimi təqdim edirlər. E.Qiddens, M.Turen və başqa məşhur sosioloqlar da eyni mövqedədirlər. Onlar informasiyaya total nəzarəti son həddə “qlobal kənd”in formalaşması prosesi ilə sıx bağlayırlar. Deməli, müasir fəlsəfi və elmi təsəvvürlərdə hər bir cəmiyyət və bütövlükdə, dünya üzrə informasiyaya ciddi nəzarət mexanizmləri inkişaf edəcəkdir.

Bu prosesin müxtəlif tərəfləri vardır. Onların sırasında dünyanın müəyyən yüksək inkişaf etmiş dairələrində ayrı-ayrı dövlətlərə nəzarət cəhdi istisna edilə bilməz. Bu o deməkdir ki, indi müşahidə edilən qlobal informasiya müharibəsi nəinki səngiyəcək, hətta daha incə və maskalı formalar ala bilər.

Bunlar avtomatik olaraq, hər bir müstəqil dövlət üçün media məsələsini arxiaktual problemə çevirir. İnformasiyanı yaymaq mexanizmləri, onları seçmək üsulları, təqdimat priyomları və hansılara üstünlük vermək məharəti kimi amillər strateji milli məsələ kateqoriyasına daxil edilir. Buna görə də indi özünə hörmət edən hər bir müstəqil dövlətdə informasiya dövriyyəsinə ciddi nəzarət ümummilli vəzifə kimi qəbul edilir.

Bu prizmada mütləq surətdə informasiya almaq haqqı, hüququ və sərbəstliyi ilə yanaşı, KİV məsuliyyəti və etikası məsələsi də ön plana çıxır. Onların optimal nisbəti dövlətçiliklə vətəndaş azadlığının qarşılıqlı əlaqəsində tapılmalıdır. Görünür, problemin bu aspekti uzun müddət dünya dövlətləri üçün aktual olaraq qalacaq. Lakin burada elə həssas məqamlar mövcuddur ki, onların üstündən keçmək dövlətçilik və cəmiyyətin bütövlüyü üçün qəbuledilməzdir.

Həssas informasiya

Əgər müasir mərhələdə informasiya bütövlükdə istənilən toplumun formalaşması və mövcud olması şərtlərini müəyyən edirsə, ideoloji mübarizədə bu faktı ciddi nəzərə almalıdırlar. Müxtəlif təcrübələrin təhlili göstərir ki, indi dünyanın elə yüksək hazırlıqlı informasiya və ideoloji mərkəzləri vardır ki, məhz bu istiqamətdə fəaliyyətlərini ilbəil təkmilləşdirirlər.

Onlar informasiyanı hiyləgər surətdə həm də mədəniyyət kontekstində, müəyyən maska altında beyinlərə təsir faktoruna çevirməyə cəhdlər göstərirlər. Bu zaman ilk baxışdan adi görünən və məişət informasiyası təəssüratı yaradan informasiyaların sistem halında insanın dərin qatlarda psixoloji, mənəvi və əxlaqi keyfiyyətlərinə dağıdıcı təsir etdiyini anlayırsan.

Azərbaycan kontekstində bir neçə nümunə. Azərbaycan müstəqillik əldə edəndən sonra KİV-də ən populyar mövzular, sizcə, hansılar olmuşdur? Kriminal, ailələrin dağılması, adət-ənənələrə uyğun olmayan vərdişlərin və psixoloji faktorların təbliği, cəmiyyət qarşısında məsuliyyətin boş məsələ olduğunun təbliği, əyləncə xarakterli krosvordların tərtibi və onunla məşğul olmaq, müxtəlif azart oyunların təbliği, qeyri-ənənəvi, intim münasibətlərin qabardılması və s.

Əlbəttə, bu o demək deyildir ki, müsbət qiymətləndirilə biləcək informasiya prosesləri getməmişdir. Getmişdir, lakin məhz vurğulanan neqativ tendensiyalar müxtəlif maskalarla daha geniş yayılmağa başlanmışdır. Və ən pisi odur ki, onların yenilik, müsbət keyfiyyətlər, müasirləşmək aspektlərində təqdimatı özünü göstərməkdədir. Bunların yanında dövlətin fəaliyyətini mənfi qiymətləndirmək, düşmənə sayğılı, dosta qərəzli yanaşmanı ifadə edən informasiya priyomlarına baş vurmaq və sair kimi hallara az rast gəlinmir. Sonuncu pozucu informasiya nümunələri II Qarabağ müharibəsindən sonra daha da artmışdır. Aydın hiss olunur ki, Azərbaycanın qələbəsi “çox daşları yerindən tərpətmişdir” (Prezident İlham Əliyev).

Son illər informasiya müharibəsində Azərbaycan cəmiyyətində kriminalların, millilikdən, adət-ənənələrdən, əxlaqi dəyərlərdən kənara çıxanların, hakimiyyətə qarşı daha radikal söz deyənlərin və yad mədəni dəyərləri tərifləyənlərin təbliği, yuxarıda vurğuladığımız səbəblərdən təsadüfi deyildir. Burada bir sıra informasiya orqanlarının əsassız yerə süni kumir yaratmaq cəhdləri də diqqətdən yayınmır.

Məsələn, hər hansı müğənninin yerli-yersiz təbliği özünü göstərir. Bu prosesin fonunda Azərbaycanın mənəvi-əxlaqi dəyərlərinə zidd olan müəyyən davranışlar təbliğ olunur. Xüsusilə, sənət adamlarının dili ilə ailə dəyərlərinə, ailədə sədaqətliliyə laqeyd münasibətlərin təbliğinə rast gəlinir.

Azərbaycana qarşı informasiya müharibəsində dilimizdən düzgün istifadə edilməməsinin ayrıca yeri vardır. Bir sıra KİV orqanlarında yerli-yersiz ərəb və fars kəlmələrini mətnə daxil edirlər. Məsələn, Azərbaycanda “yemək yeyirəm” və ya “qida qəbul edirəm” deyirlər. Bəzi media orqanları isə “yeni linqvistik kəşf etmişdir”: “qida istehlak edirəm”. Buna bənzər çoxlu sayda hallar vardır. Onlara vahid bucaq altında baxsaq, görərik ki, sonucda dilimizin inkişafına nəinki xidmət etmir, hətta ona qeyri-müəyyənlik gətirir.

Neqativ informasiya “özünüyaratması”

Cəmiyyətlərin təşkilində maraqlı bir özəllik fəlsəfə və müasir elm tərəfindən həmişə vurğulanır. İstənilən cəmiyyətə davamlı olaraq müəyyən dəyərlər çoxluğunu (neqativ və ya pozitiv) kənardan təlqin etməyin müəyyən mərhələsində toplum özü həmin dəyərləri yaratmağa başlayır. Məsələn, əgər cəmiyyətə kriminal qaydalarla idarə olunması lazımlığı müxtəlif üsullarla yeridilirsə, müəyyən təsir səviyyəsindən sonra cəmiyyət özü kənardan təsir olmadan yeni kriminal ünsürlər yaradır, onları özünün uğur rəmzi kimi təsəvvür edir.

Eyni qayda ailə modelinin dəyişməsinə, mənəvi-əxlaqi dəyərlərin əksər qismnə, milli olan hər bir dəyərə aiddir. Tarixən bu tələyə düşən cəmiyyətlərdə müstəqil dövlət qurmaq imkansızdır. Cəmiyyət öz ənənəsindən və sivil dəyərlərin dominantlığı çərçivəsindən kənara çıxırsa, onu xaricdən asanlıqla idarə etmək mümkün olur. Təcrübə göstərir ki, belə toplumlarda real dövlət qurmaq imkansızdır.

Müasir informasiya-kommunikasiya imkanları vurğulanan istiqamətdə yüksək inkişaf etmiş dövlətlərin uğurlu mənfi təsir etmək imkanlarının artdığını göstərir. Onlar bu üsuldan müxtəlif təşkilatlar vasitəsilə üstüörtülü istifadə edirlər. Sonucda toplumun özü neqativ dəyərlər yaratmaq mərəzinə tutula bilər. Buna “avtoneqativ özünüyaratma” təhlükəsi deyək. “Avtoneqativ özünüyaratma təhlükəsi” artıq sistemli şəkildə cəmiyyət üçün gerçək ola biləcək sosial mühiti özünün daxili məniqi və şərtlərinə uyğun inkişaf etdirmək yolundan sapdırır. Elmdə buna toplumun deqradasiyası, tənəzzülü və ya iflası deyirlər.

Azərbaycan gücləndikcə və müstəqil siyasəti yeni inkişaf mərhələsinə yüksəldikcə vurğulanan təhlükələr və risklərin də ona qarşı istifadə oluna bilməsi ehtimalı artır.

Bu kontekstdə Prezident İlham Əliyevin azərbaycançılıq çərçivəsində millilik komponentinin daha da inkişaf etdirilməsi, dezinformasiyaya qarşı daha güclü mübarizə aparılması və azərbaycanlı gənclərin vətənpərvərlik, dövlətçilik ruhunda milli ənənə üzərində yetişdirilməsi məsələlərini önə çəkməsi, onları strateji milli inkişaf proqramının vacib tərkib hissələri kimi müəyyən etməsi yerində atılan addımdır. Bununla Azərbaycan rəhbərliyi bir sıra dairələrin görmək istədiyi “zəif demokratiyalı” dövləti deyil, güclü, demokratik, müstəqil və milli Azərbaycan nümunəsini ortaya qoyur. Bu, müasir dönəmdə yeganə uğurlu və perspektivli dövlətçilik yoludur!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see249

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see238

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see200

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see199

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see195

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see187

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see177

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see168

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see162

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see161

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see141

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see134

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see134

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see134

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see133

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see130

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see125

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri