Gürcüstan Ermənistana embarqo tətbiq etdi
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Ermənistanın Rusiyaya spirtli içki ixracı Gürcüstanda yenidən ciddi problemlərlə üzləşib.
"Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd edilir ki, noyabrın 13-dən etibarən, Gürcüstan tərəfi Ermənistan yüklərinin yoxlanılmasını əhəmiyyətli dərəcədə sərtləşdirib.
Ekspeditorlar və spirtli içki istehsalçıları vəziyyətdən şikayətlənirlər.
Onlar yeni yoxlamaların əlavə xərclərə, çatdırılma müddətinin gecikməsinə və müqavilə öhdəliklərinin yerinə yetirilməsində çətinliklərə səbəb olduğunu deyirlər.
“Erməni konyakları, şərabları və digər spirtli içkiləri daşıyan yük maşınları saxlanılır və Tbilisi yaxınlığındakı Geyzi rayonuna yönəldilir.
Laboratoriya müayinəsi üçün orada nümunələr götürülür. Yoxlamalar bir neçə gün, bəzən hətta həftələrlə davam edə bilər.
Bu müddət ərzində yük Gürcüstanda qalır, əlavə xərclər çəkir və alıcılara vaxtında çatdırılmasını təmin edə bilmir” - deyə məlumatda bildirilir.
Lakin Gürcüstanın nəzarəti niyə sərtləşdirdiyi və yeni tələblərin nə qədər müddətə qüvvədə olacağı hələ də məlum deyil.
Nəticədə, Gürcüstandan Rusiyaya tranzit yolu ilə gedən Ermənistan spirtli içkiləri Rusiya sərhədini keçməzdən əvvəl əlavə laboratoriya müayinəsindən keçmək məcburiyyətində qalır. Bu, təkcə ixracatçılar üçün deyil, bütün logistika zənciri üçün problemlər yaradır.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 18 Noyabr 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















