Icma.az
close
up
RU
“Gürcüstan hökuməti Azərbaycanla gərginliyi süni şəkildə yaradır” “Məqsəd Kremlin maraqlarına xidmət etməkdir”

“Gürcüstan hökuməti Azərbaycanla gərginliyi süni şəkildə yaradır” “Məqsəd Kremlin maraqlarına xidmət etməkdir”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkədə yayımladığı geniş açıqlamada hakim “Gürcü Arzusu”nu Azərbaycanla münasibətlərdə gərginliyi qızışdırmaqda və regiondakı əməkdaşlıq proseslərini sabotaj etməkdə ittiham edib.

Saakaşvili qeyd edir ki, eks-deputat Roman Qotsiridze öz açıqlamaları ilə hökumətin mövqeyini dolayı yolla müdafiə edir və guya gərginliyə görə Azərbaycanı günahlandırır. Onun sözlərinə görə, Qotsiridze Gürcüstanın Azərbaycan yük maşınlarına və tranzit yüklərə tətbiq etdiyi tariflərlə bağlı yanlış təsəvvür yaradır:

“Gürcüstan hökuməti Azərbaycandan keçərək Ermənistana daşınan yüklərin 1 kilometr üçün 0,82 dollar tarif qoyub, halbuki Azərbaycanın özündə bu tarif cəmi 0,02 dollardır. Hətta Qulevidə – İvanişvilinin şəxsi maraqlarının qorunduğu yerdə belə dəmir yolu tarifləri Ermənistan istiqamətindən 20 dəfə aşağıdır”, - deyə, o, bildirib.

Saakaşvili bildirir ki, əslində ilk olaraq Azərbaycan Gürcüstan üzərindən Ermənistana yük daşımalarına başlayıb və bu addım Cənubi Qafqazda sülhün möhkəmlənməsi üçün mühüm əsas yaradırdı. Onun fikrincə, Tbilisi bu yüklərə minimum – simvolik tarif tətbiq etməli idi, çünki bu həm Gürcüstanın iqtisadi maraqlarına uyğundur, həm də Rusiyanı narahat edir.

Keçmiş prezident deyir ki, vəziyyət yalnız dəmir yolu tarifləri ilə məhdudlaşmır. Onun sözlərinə görə, Gürcüstan sərhəd-keçid məntəqələrində Azərbaycan yük maşınlarının qarşısı qəddarlıqla alınır, sürücülərdən 1000 dollara qədər rüşvət tələb olunur, razılaşmayanlar isə cərimə meydançalarına yönləndirilir.

“O zaman bunun dəmir yoluna nə dəxli var?” – deyə Saakaşvili vurğulayır.

Saakaşvili iddia edir ki, Ermənistan hökumətindən aldığı məlumata əsasən, Gürcüstanın hazırkı baş naziri İrakli Kobaxidze Ermənistanı şantaj edir: əgər Ermənistan Gürcüstanda fəaliyyət göstərən QHT-lərin işini məhdudlaşdırmasa, erməni yüklərinin tranziti tamamilə dayandırılacaq.

Saakaşvili qeyd edir ki, Azərbaycan tərəfinin Gürcüstana qarşı təzyiq göstərməsi ilə bağlı iddialar absurddur. O xatırladır ki, Gürcüstan üçün hazırda tətbiq olunan aşağı qaz tarifləri onun prezidentliyi dövründə İlham Əliyevlə razılaşdırılıb.

Saakaşvili vurğulayır ki, Cənubi Qafqazda nəqliyyat dəhlizinin tam gücü ilə işləməsi, Azərbaycan-Ermənistan yaxınlaşması və regional əməkdaşlıq yalnız bir mərkəzin – Kremlin maraqlarına ziddir. Onun sözlərinə görə, “Gürcü Arzusu”nun siyasəti də məhz Rusiya maraqlarına uyğun şəkildə regiondakı prosesləri ləngitməyə yönəlib.

Yekunda Saakaşvili bildirir ki, “Gürcü Arzusu” hakimiyyətinin fəaliyyəti Gürcüstan cəmiyyətində artıq tam inamsızlıq yaradıb: “Xalq bu hakimiyyətdən yaxşı heç nə gözləmir – çünki onlar yaxşı heç nə etmirlər və edə bilməzlər. Buna görə də baş verənlərin mahiyyətini anlamaq çətin deyil”.

Rasim
“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Dekabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri