Gürcüstan hökuməti: Azərbaycanla ən yaxşı münasibətlərə malikik
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
"Gürcüstan qonşuları - Türkiyə, Azərbaycan və Ermənistanla ən yaxşı münasibətlərə malikdir".
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani "İmedi" telekanalının "Business Insider" proqramında deyib.
Onun sözlərinə görə, Gürcüstan qonşu ölkələrin ticarət əlaqələrində strateji rol oynayır və bu istiqaməti mümkün qədər gücləndirməyə çalışır.
Administrasiya rəhbəri qeyd edib ki, qlobal qeyri-müəyyənlik şəraitində Gürcüstan sülh və sabitlik adası olaraq qalır və ölkədə biznesin istənilən istiqamətdə fəaliyyəti üçün şəffaf mühit hökm sürür, çox sadə və cəlbedici vergi sistemi mövcuddur.
Bu mövzuda digər xəbərlər:Gürcüstan XİN başçısı: Azərbaycanla əla münasibətlərə malikik
26 Oktyabr 2026 15:00
Gürcüstan hökuməti Azərbaycanla münasibətləri nümunəvi adlandırıb
21 Noyabr 2025 00:55
Gürcüstan üçün ən vacibi Azərbaycanla yaxşı münasibətlər saxlamaqdır Ekspert
25 Yanvar 2025 22:07
Gürcüstan hökuməti: Azərbaycanla çoxşaxəli əməkdaşlıq davam etdiriləcək
26 Noyabr 2024 16:46
Gürcüstan hökuməti: Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası müzakirə olunub
03 İyun 2026 10:18
Baxış sayı:148
Bu xəbər 13 İyul 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















