Icma.az
close
up
RU
Gürcüstan hökuməti Trampa təhqiramiz məktub göndərib ABŞ səfiri AÇIQLADI

Gürcüstan hökuməti Trampa təhqiramiz məktub göndərib ABŞ səfiri AÇIQLADI

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan Gürcüstan hökumətini ABŞ Prezidenti Donald Trampın administrasiyasına “təhqiramiz və qeyri-ciddi” məktub göndərməkdə ittiham edib. Bu barədə səfir “Azadlıq Radiosu”nun Gürcü xidmətinə verdiyimüsahibəsində danışıb.

Bu ay şəxsi səbəblərlə vəzifəsindən ayrılacağı bildirilən Danniqan qeyd edib ki, Trampın yanvar ayında keçirilən inauqurasiyasından sonra Vaşinqtona səfər edib. Məqsədi yeni administrasiya ilə Gürcüstanla bağlı siyasəti müzakirə etmək və Tbilisiyə veriləcək ilk mesaj barədə təlimat almaq olub.

Səfir mart ayında Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşdüyünü və bu görüşdə ABŞ-Gürcüstan münasibətlərinin düzəlməsi üçün Tbilisinin ata biləcəyi bir neçə konkret addımı izah etdiyini bildirib.

“İlk addım anti-Amerika ritorikasına son qoymaq ola bilərdi. ABŞ haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirməyə son vermək vacibdir. Hakim "Gürcü Arzusu" partiyasının dedikləri arasında ABŞ-nin Gürcüstanda ikinci cəbhə açmağa çalışdığına dair iddialar yer alır, - bu, doğru deyil,” səfir bildirib.

O həmçinin qeyd edib ki, ABŞ-ın Gürcüstanda inqilab təşviq etməsi, iki ölkə arasında tərəfdaşlığın formal xarakter daşıması, özünün geri çağırılması ilə bağlı iddialar da gerçəkliyi əks etdirmir:“Guya mənim sələfim burada inqilab törətməyə çalışıb, bu da doğru deyil. Guya bizim strateji tərəfdaşlığımız yalnız kağız üzərində mövcuddur, bu da həqiqət deyil. Guya mən hökumətim tərəfindən geri çağırılıram, bu da həqiqət deyil”.

Danniqanın bildirdiyinə görə, Botçorişvili ilə görüşdən bir neçə gün sonra “Gürcü Arzusu” partiyası tərəfindən ABŞ Prezidenti Donald Trampa ünvanlanmış “təhqiramiz və qeyri-ciddi” məktub ona təqdim edilib. Səfir məktubun detalları barədə danışmasa da, sənədin Vaşinqtonda “olduqca pis” qarşılandığını vurğulayıb.

Səfir bildirib ki, bu məktubdan sonra o, partiyanın təsisçisi və sabiq baş nazir Bidzina İvanişvili ilə görüşə çalışıb. ABŞ tərəfindən göndərilən cavab mesajının hazırkı baş nazir İrakli Kobaxidzeyə deyil, məhz İvanişviliyə çatdırılması istənilib.

“Çünki düşünürəm ki, dünyada əksər insanlar başa düşür ki, hökuməti əslində Bidzina İvanişvili idarə edir,” – deyə səfir əlavə edib.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Danniqanın açıqlamalarına sərt reaksiya verib. O, səfirin müsahibəsini tənqid edib.

“Nə səfir, nə də həmin media orqanı bizim üçün maraqlı deyil”- deyə, bildirib.

Qeyd edək ki, may ayında Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tramp administrasiyasına açıq məktub ünvanlamış, orada iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələrin zəifliyindən narazılığını ifadə etmişdi.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 İyul 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see204

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see176

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see150

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see136

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see135

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see133

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see132

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see131

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see127

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see127

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see127

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see126

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri