Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

Gürcüstan milli maraqlarını qorumağa qadirdir

Gürcüstan milli maraqlarını qorumağa qadirdir

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstanda 4 oktyabrda keçiriləcək yerli seçkilər öncəsi ölkənin ictimai-siyasi həyatında canlanma müşahidə olunur. Bu seçkilər təkcə bələdiyyə səviyyəsində idarəetmənin formalaşdırılması üçün deyil, həm də ölkənin sabitlik və inkişaf yolunda irəliləməsi baxımından əhəmiyyət kəsb edir.

Gürcütan parlamentinin sabiq deputatı, Gürcüstan azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İcak Novruzovla söhbətimiz ölkənin daxili siyasi sabitliyi, gələcək inkişafı, eləcə də qarşıdan gələn seçkilər barədədir. İsak müəllim sözün seçkidən başladı:

– Hazırkı hakimiyyətin seçkilərdə qalib gəlmək şansı real və yüksək qiymətləndirilir. Bu, ilk növbədə son illər ölkədə təmin edilən sabitlik və təhlükəsizlik mühitinə ictimai dəstəyin formalaşması ilə bağlıdır. Elektorat uzun illərdir müharibə və xaosdan uzaq, real və davamlı inkişaf vəd edən siyasəti dəstəkləməyə daha çox meyllidir. Seçki kampaniyasının effektiv təşkili, səfərbərlik və mesajların çatdırılmasında iqtidarın daha çevik və sistemli hərəkət etdiyi müşahidə olunur. Eyni zamanda, onlar təbliğatlarını daha çox görülən işlərə, o cümlədən sosial proqramlara, infrastruktur layihələrinə və regional inkişaf təşəbbüslərinə yönəldirlər. Bu da seçicilər üçün çox önəmlidir.

Xarici müdaxilələrə qarşı sərgilənən qətiyyətli mövqe də iqtidarın xalqa verdiyi əsas mesajlardandır. Qərbdəki bəzi dairələrin Gürcüstanın daxili siyasi proseslərinə dolayı təsir göstərmək cəhdləri ictimai rəyə mənfi təsir edib. Bu təzyiqlər fonunda hakimiyyətin milli maraqlara əsaslanan siyasi mövqeyi cəmiyyətin geniş təbəqələri tərəfindən müsbət qarşılanır və bu, seçki davranışına da əhəmiyyətli dərəcədə təsir göstərir. Yəni bu amillər Gürcüstanda hazırkı hakimiyyətin qarşıdan gələn yerli seçkilərdə qalib gəlmək üçün həm siyasi, həm də təşkilati baxımdan şanslı olduğuna dəlalət edir.

– Gürcüstanda yerli seçkilər öncəsi siyasi mənzərə fonunda hökumətin sabitlik və təhlükəsizlik siyasəti ilə müxalifətin parçalanmış və qeyri-müəyyən mövqeyi arasında hansı fərqlər var?

– Gürcüstan rəhbərliyinin son illər yürütdüyü müstəqil siyasət, milli maraqları ön plana çəkməsi bəzi xarici dairələr tərəfindən birmənalı qarşılanmır. Xüsusilə də bəzi ölkədəki bəzi Qərb səfirlərinin və qurumlarının siyasi proseslərə birbaşa müdaxilə cəhdləri artır. Uzun illər ərzində müxtəlif Qərb fondları və təşkilatları “təhsil”, “vətəndaş cəmiyyəti”, “inkişaf” adı altında Gürcüstanda müxtəlif layihələr həyata keçiriblər. Başlanğıcda bu proqramlar müsbət təqdim olunsa da, zaman keçdikcə onların arxasında duran niyyətlər daha aydın görünməyə başlayıb. Bu layihələrin əsas məqsədi ictimai rəyi manipulyasiya etmək, gənclər arasında dövlətə qarşı etimadsızlıq formalaşdırmaq və hakimiyyətin legitimliyini zəiflətmək olub. “İnsan hüquqları”, “azad media”, “demokratiya təşviqi” kimi mövzular ətrafında qurulan fəaliyyətlər, əslində, Gürcüstanın daxili siyasi mühitinə təsir etməyə, cəmiyyətdə süni gərginlik yaratmağa hesablanmışdı. Bu gün həmin təsirlər əhəmiyyətli dərəcədə zəifləyib. Gürcüstan dövləti bu cür təşkilatların və onların arxasında dayanan xarici maraqların mahiyyətini dəqiq tanıyır. Cəmiyyətin özü də bu fəaliyyətlərə əvvəlki qədər loyal yanaşmır, insanlar artıq konkret nəticələr, sabitlik və rifah istəyirlər.

Yerli seçkilər öncəsi müxalifətin parçalanmış və qeyri-ciddi mövqeyi ictimai rəyə təsir edə bilmir. Başlanğıcda radikal müxalifət seçkilərə qatılmayacağını bildirsə də, sonradan bəzi partiyalar qərarını dəyişib iştirak edəcəyini açıqladı. Lakin bu proseslər bir daha göstərdi ki, müxalifət daxilində nə birlik var, nə də ortaq siyasi baxışlar. Birləşmək cəhdləri nəticəsiz qaldı, çünki onlar nə konkret proqramlara, nə də ortaq strateji hədəflərə malikdirlər. Liderlər arasında şəxsi ambisiyalar və siyasi karyera uğrunda rəqabət bu düşərgədə vahid mövqe formalaşmasına imkan vermir. Əvvəlki illərdə cəhd edilən ittifaqlar və bloklar uğursuz nəticələndiyindən, tərəflər arasında etimadsızlıq daha da dərinləşib və bu gün bu keçmiş təcrübələr yeni əməkdaşlıqların qarşısında psixoloji və siyasi baryerə çevrilib.

Xüsusi diqqət çəkən məqamlardan biri keçmiş baş nazir Giorgi Qaxariyanın rəhbərlik etdiyi partiyanın davranışıdır. Qaxariyanın seçkilər öncəsi ölkəni tərk etməsi və siyasi məsuliyyətdən yayınması müxalifətin qeyri-ciddi və qeyri-sabit xarakterini bir daha ortaya qoydu. Hazırda müxalif qüvvələr seçkilərdə qələbə və ya dinc yolla hakimiyyətə gəlmək barədə bəyanatlar versələr də, bu iddiaların real ictimai dəstəyə söykənmədiyi aydındır.

Belə bir mənzərədə xalq qarşısında real seçim durur: Ya ölkəni sabit şəkildə idarə edən, təhlükələrə qarşı qətiyyətli mövqe nümayiş etdirən iqtidara dəstək vermək, ya da reallıqdan uzaq, parçalanmış və məsuliyyətsiz müxalifətin populist çağırışlarına uymaq. Seçim, təbii ki, Gürcüstan xalqınındır. Lakin cəmiyyətin böyük əksəriyyəti bu gün artıq daha aydın görür ki, sabitlik və inkişaf naminə aparılan siyasət, konkret nəticələr verən fəaliyyətlər onlar üçün daha önəmlidir.

– Xarici diplomatlar, hətta bəzi səfirlər öz mandat və səlahiyyətlərini aşan addımlar atırlar. Bu barədə nə deyərdiniz?

– Böyük Britaniyanın Gürcüstandakı səfiri Qaret Uordun, ondan öncə isə Almaniyanın səfiri Peter Fişerin Xarici İşlər Nazirliyinə çağırılması Gürcüstan hökumətinin ölkənin daxili işlərinə yönəlmiş müdaxilələrə qarşı sərgilədiyi prinsipial mövqenin bariz nümunəsidir. Diplomatik münasibətləri tənzimləyən 1961-ci il Vyana Konvensiyasının 41-ci maddəsi aydın şəkildə göstərir ki, diplomatik nümayəndələr fəaliyyət göstərdikləri ölkənin qanun və qaydalarına hörmətlə yanaşmalı, daxili proseslərə müdaxilədən çəkinməlidirlər. Təəssüf doğuran hal odur ki, bəzi diplomatik nümayəndəliklər ölkədə siyasi və ictimai proseslərə aktiv şəkildə müdaxilə etməyə, radikal gündəmləri təşviq etməyə, hətta məhkəmə sisteminin işinə təsir göstərməyə çalışırlar. Bu cür addımlar nə beynəlxalq hüququn ruhuna uyğundur, nə də Gürcüstanın suverenliyinə hörmətlə bağlaşır.

Xüsusilə vurğulanmalıdır ki, səfirlərin radikal siyasi elementləri dəstəkləməsi, daxili siyasi prosesləri açıq şəkildə tənqid etməsi, hökumət və parlamentə qarşı yönəlmiş təxribat xarakterli bəyanatlar verməsi Gürcüstan cəmiyyətində parçalanmanı dərinləşdirmək və ölkədə sabitliyi pozmaq məqsədi daşıyır. Bu isə demokratiyanın fundamental prinsiplərinə ziddir.

Gürcüstan dövləti açıq və şəffaf xarici siyasət yürüdür, beynəlxalq tərəfdaşları ilə qarşılıqlı hörmət və bərabərlik əsasında əməkdaşlığın inkişafında maraqlıdır. Lakin heç bir halda xarici dairələrin daxili işlərimizə müdaxiləsinə göz yumulmayacaq. Gürcüstanın siyasi müstəqilliyi və məhkəmə hakimiyyətinin qərəzsiz fəaliyyəti hər cür xarici təzyiqdən qorunmalıdır.

– Gürcüstandakı azərbaycanlı seçicilərin 4 oktyabr yerli bələdiyyə seçkilərinə fəal hazırlaşdıqları barədə eşidirik...

– Bəli, kimsənin şübhəsi olmasın, azərbaycanlılar bu seçkilərdə yüksək fəallıq göstərəcək. Bu, onların hüquqi, mədəni və sosial ehtiyaclarının təmin olunması üçün vacib addımdır. Seçkilərdə iştirak həm də vətəndaşlıq borcudur, gələcəyimizə verilən ən böyük töhfədir. Gürcüstanda çoxmillətli cəmiyyət uğurla qurulur və azərbaycanlıların seçkilərdə fəal olması onların yaşadıqları yerlərin inkişafına və rifahına birbaşa təsir edir. Bu, onların ölkənin demokratik dəyərlərinə və bərabərlik prinsiplərinə sadiqliyini göstərir.

Azərbaycanlıların bu fəallığı həm də etnik azlıqların siyasi təmsilçiliyinin artırılması, onların səsinin daha geniş dinlənməsi deməkdir. Bu, ölkədə mövcud etnik müxtəliflik şəraitində sosial sabitliyin və harmoniyanın qorunmasına xidmət edir. Unutmayaq ki, azərbaycanlıların seçkilərdə fəal iştirakı həm də Azərbaycan–Gürcüstan dostluğunun və tərəfdaşlığının möhkəmlənməsinə təkan verir. Qarşılıqlı hörmət və əməkdaşlıq çoxmillətli Gürcüstanın siyasi sabitliyinin və rifahının təminatıdır.

Bu seçkilərin həm Gürcüstanın demokratik inkişafına, həm də Azərbaycan–Gürcüstan münasibətlərinin güclənməsinə töhfə verəcəyinə əminəm. Bu proses, eyni zamanda, regionda sabitlik və davamlı inkişaf üçün vacib olan etnik həmrəylik və qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edir.

– Azərbaycanlı seçicilər əsasən hansı siyasi partiyaya dəstək verirlər? Ölkələrarası münasibətlərin onların seçiminə təsiri varmı?

– Son illər aparılan müşahidələr və ictimai rəy sorğuları göstərir ki, Gürcüstanda yaşayan azərbaycanlı seçicilərin əksəriyyəti hakim “Gürcü Arzusu” partiyasına üstünlük verir. Bu tendensiya təsadüfi deyil və bir sıra obyektiv səbəblərlə izah olunur. Bu səbəblərdən biri hakim partiya hökumətinin etnik azlıqlara, xüsusilə azərbaycanlılara qarşı göstərdiyi diqqət və inteqrasiya siyasətidir. Hakimiyyətin yerli azərbaycanlıların hüquqlarının qorunması, onların təhsil, infrastruktur və sosial rifah sahəsindəki ehtiyaclarının qarşılanması istiqamətində atdığı real addımlar bu seçicilərdə inam yaradıb. Azərbaycanlılar hesab edirlər ki, mövcud iqtidar onların Gürcüstan cəmiyyətində tamhüquqlu iştirakına şərait yaradır. Son illərdə azərbaycanlıların sıx yaşadığı bölgələrdə məktəb, xəstəxana və yol infrastrukturu sahəsində əhəmiyyətli layihələr həyata keçirilib. Gürcü və Azərbaycan dillərində paralel təhsil imkanları genişlənib, dövlət qurumlarında azərbaycanlıların iştirakı artıb. Bütün bunlar “Gürcü Arzusu”nun real işlərə söykənən siyasətinin nəticəsi kimi qiymətləndirilir.

Şübhəsiz, Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq əlaqələri də bu məsələdə mühüm rol oynayır. Gürcüstan hökumətinin Azərbaycanla səmimi və balanslı münasibətləri azərbaycanlı seçicilərdə həm etimad, həm də milli həmrəylik duyğusunu gücləndirir. Gürcüstandakı azərbaycanlılar yaxşı anlayırlar ki, bu münasibətlərin qorunması həm regionun sabitliyi, həm də onların şəxsi rifahı baxımından vacibdir.

Bəli, “Gürcü Arzusu” partiyası təkcə siyasi şüarlarla deyil, konkret iş və nəticələrlə azərbaycanlıların etimadını qazanıb. Bu gün Gürcüstanın çoxmillətli cəmiyyətində azərbaycanlılar bu partiyanın bərabərlik, sabitlik və inkişaf xəttini dəstəkləyir və bu mövqelərini seçki qutusunda səs verməklə ifadə edirlər.

Bütün bu amillər bir yerdə götürüldükdə, Gürcüstanda hazırkı hakimiyyətin qarşıdan gələn yerli seçkilərdə qalib gəlmək üçün həm siyasi, həm də təşkilati baxımdan əlverişli mövqedə olduğu görünür. Cəmiyyətin böyük əksəriyyəti bu gün sabitliyin və rifahın davam etdirilməsini prioritet hesab edir. Bu isə seçki nəticələrinin hansı istiqamətdə formalaşacağı ilə bağlı müəyyən siqnalları indidən ortaya qoyur.

Söhbəti qələmə aldı:
Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Sentyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see274

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see246

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see234

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see212

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see201

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see178

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see177

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see158

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see155

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see150

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see138

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see136

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see136

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see135

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see134

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see132

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see129

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri