Icma.az
close
up
RU
Gürcüstan millisinin baş məşqçisi: Bakıya baş məşqçi kimi geri qayıtmaq özüm üçün də maraqlı və həyəcanlıdır

Gürcüstan millisinin baş məşqçisi: Bakıya baş məşqçi kimi geri qayıtmaq özüm üçün də maraqlı və həyəcanlıdır

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda dünən startı verilən minifutbol üzrə dünya çempionatında Gürcüstan da çıxış edəcək. Qonşu ölkənin yığma komandası ilk görüşün bu gün keçirəcək. Gürcüstan milli komandasının baş məşqçisi Kaxa Maysaya Sportal.az saytına müsahibəsndə komandasının durumundan bəhs edib. Əslində, Maysaya ilə danışmağımız əbəs yerə deyil. O, uzun illər Azərbaycanda legioner həyatı yaşayıb və Azərbaycan futzal çempionatında oynayıb.

- Gürcüstan millisi dünya çempionatına necə hazırlaşıb? Sizi narahat edən hansısa məqamlar var?

Dünya çempionatına yaxşı hazırlaşmışıq. Bizim gənc komandamız var. Bəzi futbolçularımız isə təcrübəlidir. Çox maraqlı komandaya sahibik. Bütün rəqiblərlə mübarizə aparmağa hazırıq.

- Maraqlıdır, komandada peşəkar karyerası olmuş keçmiş futbolçular var?

Demək olar ki, hamısı aktiv futbolçulardır. Həm futzalda oynayanlar var. Üstəlik, iki oyunçu da əvvəllər böyük futbolda çıxış edib.

- Sən uzun illər Azərbaycanda oynamısan. Yenidən sənin üçün yad olmayan Bakıya qayıtmısan...

- Tbilisidən sonra mənim üçün ikinci doğma şəhər Bakıdır. Bakını çox sevirəm və hər zaman darıxıram. Çünki orada mənim dostlarım var. Futboldan sonra da onlarla dostluq əlaqələrim davam edir. Bakıya baş məşqçi kimi geri qayıtmaq  özüm üçün də maraqlı və həyəcanlıdır. 

- Gürcüstan millisinin Bakıdakı turnirdə əsas hədəfi nədən ibarətdir? Çempionluğu real görürsüz?

Nə qədər uzağa gedə bilsək, özümüz üçün yaxşıdır. Ambissiyalı və gənc komandamımız var. Bu mənada, hər bir rəqiblə sona qədər mübarizə aparacağıq. Bütün komandalara hörmətlə yanaşırıq. Fikrimcə, məğlub edə bilməyəcəyimiz rəqib yoxdur.

- Ev sahibi olan Azərbaycan millisi haqda hansı fikirdəsən? Avropa çempionu olduqdan sonra Azərbaycanda minifutbol inkişaf edir. Azərbaycan minifutbolu ilə maraqlanırdın?

Çox güclü milli komandaya sahib olduğunuzu hamımız bilirik. Azərbaycanda minifutbolun çox qısa zamanda inkişaf etməsindən də məlumatlıyıq. Gürcüstandan sonra bütün ürəyimlə Azərbaycana azarkeşlik edəcəm.

- Səncə, çempionatın əsas favoriti hansı komandadır?

Məncə, Azərbaycan dünya çempionatının əsas favoritlərindən biridir. Üstəlik, ev amili də var. Məncə, bütün Azərbaycan Gürcüstana da dəstək olacaq. Çünki biz qonşu ölkələrik. Üstəlik, bu iki ölkə arasında hər zaman dostluq əlaqələri yüksək olub. Azərbaycana və Gürcüstana uğurlar arzulayıram.

- Gürcüstan G qrupunda Çexiya, BƏƏ və Argentina ilə mübarizə aparacaq. Qrupdan çıxmaq şanslarınızı necə dəyərləndirirsən?

Təbii ki, qrupdan çıxmaq şansımız var. Bunun üçün ən yaxşısını edəcəyik. Daha da irəliləmək niyyətindəyik. Rəqiblərimizi analiz edirik. Hər şeyi meydanda görəcəyik. Allah qoysa, hər şey yaxşı olacaq.

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://sportal.az
archiveBu xəbər 22 May 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri