Bakıya idman direktoru kimi gəlmişdi: Moldova millisinin yeni baş məşqçisi müəyyənləşdi
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Moldova millisinin yeni baş məşqçisi müəyyənləşib. Sport24.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ölkənin əsas komandasının "sükanı arxasına" Lilian Popesku keçib.
Hazırda 51 yaşlı Popesku Moldovanın "Petrokub" klubunun idman direktoru və Moldovanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi kimi fəaliyyət göstərir. Onun bu vəzifələrdə kimin əvəzləyəcəyi hələ məlum deyil.
Qeyd edək ki, yığmanın sabiq baş məşqçisi Sergey Kleşenko sentyabrın 9-da DÇ-2026-nın seçmə mərhələsində komandasının Norveçə 11:1 hesablı məğlubiyyətindən sonra istefa vermişdi. Popesku oktyabrın 9-da Rumıniya ilə səfər matçında baş məşqçi kimi yığmanı ilk oyuna çıxacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 17 Sentyabr 2025 08:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















