Gürcüstan nümayəndə heyəti MMU da
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda səfərdə olan Gürcüstan Milli Müdafiə Akademiyasının nümayəndə heyəti Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutu və Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edib.
Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, MMU-nun xüsusi təyinatlı təhsil müəssisələrində olan qonaqlara tədris prosesinin təşkili və təhsilalanların peşəkar hazırlığının təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, hərbi təhsil sahəsində beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdən sonra nümayəndə heyətinin rəhbəri "Şərəf kitabı"na ürək sözlərini yazıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Yekunda hədiyyə mübadiləsi aparılıb və xatirə fotosu çəkdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 06 Noyabr 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















