Gürcüstan nümayəndə heyətinin mandatının qəbul edilməməsi məsələsi AŞPA nın gündəliyinə salınıb
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Gürcüstan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi məsələsi Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2025-ci il qış sessiyasının gündəliyinə salınıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, iddianın müəllifi Avropa Xalq Partiyasının üzvü Boriana Aberqdir.
O, Gürcüstan parlamentinin “birpartiyalı parlament” olduğunu və Gürcüstanda demokratik sistemin dağılma mərhələsində olduğunu qeyd edib.
Məlumata görə, petisiyanı assambleyanın azı 30 üzvü dəstəkləyib və yanvarın 29-da günün ikinci yarısında müzakirəyə çıxarılacaq.
AŞPA-nın bəyanatda bildirilib ki, assambleya Gürcüstan nümayəndə heyətinə səlahiyyət verə və ya verməyə bilər. Bununla belə, nümayəndə heyəti üzvlərinin müəyyən hüquqları dayandırıla, həmçinin onların assambleyanın fəaliyyətində iştirakı məhdudlaşdırıla bilər.
“Gürcüstan nümayəndə heyətinin üzvləri hələ də assambleyanın sessiyalarında iştirak edə bilərlər, lakin qərar qəbul olunana qədər etimadnamə məsələsi üzrə səsvermədə iştirak edə bilməyəcəklər”, – bəyanatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 27 Yanvar 2025 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















