Gürcüstan ombudsmanı: “Azərbaycan teatrının binasının vəziyyəti təəssüf doğurur”
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gürcüstanda milli azlıqlara bağlı mədəni əhəmiyyətli binaların vəziyyəti problemli olaraq qalır.
Bakupost.az xəbər verir ki, bu barədə Gürcüstan ombudsmanı Levan İoselianinin 2024-cü il üzrə İnsan hüquqları və azadlıqlarının vəziyyətinə dair hesabatında bildirilib.
Parlamentə təqdim olunan sənəddə vurğulanıb ki, həmin binaların uzun illərdir möhkəmləndirilməsinə və bərpasına ehtiyac var.
“Onların arasında Azərbaycan Dram Teatrı qeyd edilməlidir. Teatr binasının rekonstruksiyası təəssüflər olsun ki, 2024-cü ildə də həyata keçirilməyib”, - hesabatda deyilir.
Sənəddə Tbilisidəki Erməni Dram Teatrının binasında aparılan tikinti işlərinin başa çatdırılması müsbət qiymətləndirilib.
Qeyd edək ki, Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının Qorqasali küçəsi 1 ünvanında yerləşdiyi binasının uzun illərdir qəzalı olduğu və bərpasının mümkünsüzlüyü iddia edilir. Mədəniyyət ocağı üçün yeni binanın təməli 2023-cü ilin oktyabrın 27-də elə həmin küçədə, Azərbaycan səfirliyinin binası yaxınlığında qoyulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 02 Aprel 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















