Nazir: Tbilisidəki Azərbaycan teatrının binasının inşasına dəstək olacağıq
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün yeni binanın inşası həm Gürcüstanın, həm də Azərbaycanın marağındadır”.
Gununsesi.info xəbər verir ki, bunu Teleqraf-ın yerli bürosunun sualına cavabında Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze deyib.
Onun sözlərinə görə, hər iki tərəf bu layihənin həyata keçirilməsi prosesinə qoşulub.
“Layihə hazırdır. Gürcüstan tərəfi teatr üçün yeni binanın inşası məqsədilə ərazinin seçilməsində birbaşa iştirak edib. Bina üçün ən yaxşı sahə seçilib”, – nazir söyləyib.
T.Ruxadze qeyd edib ki, binanın inşası məsələsi ötən ay Bakıda keçirilən Gürcüstan-Azərbaycan Hökumətlərarası Komissiyasının 10-cu iclasında müzakirə olunub.
“Binanın inşası layihəsi hər iki tərəfin diqqətində saxlanılır və onun həyata keçirilməsinə Azərbaycan və Gürcüstan dəstək göstərəcək”, – nazir əlavə edib.
Qeyd edək ki, Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının hazırkı binası illərdir qəzalı vəziyyətdədir. Mədəniyyət ocağı üçün yeni binanın təməli 2023 -cü ilin oktyabrın 27-də qoyulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 22 Fevral 2025 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















