Gürcüstan parlamenti siyasi partiyaların fəaliyyətinin qadağan edilməsi ilə bağlı qanunvericilik paketini birinci oxunuşda təsdiqləyib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gürcüstan parlamenti siyasi partiyaların fəaliyyətinin qadağan edilməsi ilə bağlı qanunvericilik paketini birinci oxunuşda təsdiqləyib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, “Vətəndaşların siyasi birlikləri haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara nəzərdə tutulan dəyişikliklər 83 səslə yekdilliklə qəbul edilib.
“Vətəndaşların siyasi birlikləri haqqında” qanuna əsasən Konstitusiya Məhkəməsi məqsədi Gürcüstanın konstitusiya quruluşunu devirmək və ya zorakılıqla dəyişdirmək, ölkənin müstəqilliyinə qəsd etmək, ərazi bütövlüyünü pozmaq olan, yaxud müharibə və ya zorakılıq təbliğatı ilə məşğul olan, dini, sosial və ya etnik təxribat yaradan partiyanı qadağan edə bilər. Həmin partiyaların fəaliyyətinə yenidən təşkil və ya özünü ləğv etmə əsasında da xitam verilə bilər.
Qanuna əsasən qadağan və ya özünü ləğv etmiş partiyanın əmlakı dövlət xəzinəsinə keçəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 15 Aprel 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















