Gürcüstan rəsmisi ABŞ də ölkəsinin “Tramp marşrutu”nu alqışladığını bildirib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Tbilisi, 4 mart, AZƏRTAC
Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri çərçivəsində Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkə üçün vacib olan məsələlər müzakirə olunub. Xüsusilə Gürcüstan hökumətinin yeni ABŞ administrasiyası ilə bölüşdüyü ortaq dəyərlərə diqqət yetirilib.
Söhbət zamanı regionda baş verən proseslər və bunun Gürcüstanın təhlükəsizliyinə təsiri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin Orta Dəhlizin, o cümlədən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) inkişafı da müzakirə olunub.
Qeyd edilib ki, Gürcüstan tərəfi bu marşrutun həyata keçirilməsini alqışlayır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 04 Mart 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















