Icma.az
close
up
RU
Gürcüstan yeni prezidentini seçir: Zurabişvilinin yola salınması məclisi

Gürcüstan yeni prezidentini seçir: Zurabişvilinin yola salınması məclisi

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Gürcüstanda keçirilən prezident seçkilərində hakim partiyanın irəli sürdüyü bir namizəd iştirak edir: Mixail Kavelaşvili. Müxalifət üçün prezident hələ də Salome Zurabişvilidir və seçkilərin legitimliyini tanımır. Hərçənd, vəziyyəti dəyişdirmək imkanları məhduddur.
1. Bu seçkilərdə ilk dəfə Gürcüstan prezidentini xalq yox, Seçicilər Kollegiyası (SK) seçəcək;
2. Müxalifət prosesdə iştirak etməsə belə, hakim partiya SK-də kvotanı təmin edə bilir;

300 nəfərdən ibarət olan SK-nin tərkibini parlament üzvləri (150 deputat), Acarıstan Muxtar Respublikasının Ali Şurasının üzvləri (21 nəfər), Abxaziya Muxtar Respublikasının Ali Şurasının üzvləri (21 nəfər) və yerli idarəetmə orqanlarının məclis üzvləri (109) təşkil edir.
Müxalifət parlamenti boykot etdiyi üçün SK-də də iştirak etmir. Lakin kollegiyada yetərsay (hakim partiyanın 89 deputatı, Acarıstan və Abxaziya nümayəndələri və 109 yerli nümayəndə) təmin olunur və bu, seçkini legitimləşdirir. Kollegiya üzvləri tam tərkibdə iştirak edirsə, prezidetin seçilməsi üçün 150+, tam iştirak etmirsə, üçdə ikinin səsi yetərlidir. Bütün ssenarilər hakim partiyanın irəli sürdüyü yeganə namizədin seçiləcəyi yönündədir.
Hərçənd, əsas problem seçkidən sonrakı prosesdir. Hazırki prezident Zurabişvili seçkini tanımır və postunu tərk etmək fikrində olnmadığını deyir. “Gürcü arzusu” isə Zurabişviliyə dekabrın 29-na – yeni prezidentin inaqurasiyasına qədər iqamətgahı tərk etmək çağırışı edib, əks təqdirdə, “zorla çıxarmaq”dan bəhs edirlər. Zurabişvilinin önündə seçim çox deyil:
- Seçkinin legitim olmadığını qanunla əsaslandırmalıdır: ki, bu mümkün görünmür, çünki mövcud qaydalar hakim partiyanın xeyrinədir;
- Qərbin hakimiyyətə təzyiqini təmin etməlidir: “Gürcü arzusu”nun təzyiqlər və çağırışlar qarşısında immunitent qazandığı görünür;
- Etirazçıları prezident iqamətgahına cəlb edə və küçə mübarizəsi apara bilər: indiyə qədər keçirilən aksiyaların nəticə verməməsi bu ssenarinin də uğurlu olacağına inamı azaldır;
Zurabişvilinin qaçılmaz görünən gedişinin ağrılı proseslə baş verəcəyi görünür.
Asif Nərimanlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:319
embedMənbə:https://publika.az
archiveBu xəbər 13 Dekabr 2024 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri