Icma.az
close
up
RU
Gürcüstan tapmacası...

Gürcüstan tapmacası...

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

ABŞ sosioloqları Ermənistanı və Gürcüstanı öyrənməkdə davam edir. Bu günlərdə Gürcüstanla bağlı sorğular açıqlandı. Müxalif “Vahid Milli Hərəkat”ın ictimai dəstəyi cəmi 5 faizdir. Hakim partiya “Gürcü Arzusu”nu isə rəyi soruşulanların 36 faizi müdafiə edir - böyük ədəd deyil, amma müxalifətlə müqayisədə hər halda, az da deyil.

Təbii ki, hər iki tərəf narazı qalıb nəticələrdən. Amma müxalifətin dəstəyi niyə böyük olmalı idi? Məgər oturub boş-boşuna "seçki saxtalaşdırılıb" deməklə onun ictimai dəstəyi artacaqdı? Bu vaxta qədər hətta ciddi bir dəlil ortaya qoymamaqla ciddi dəstək qazanmaq olarmı? Hətta bəzi avropalı deputatlar deyirdilər və bu gün də deyirlər ki, biz “Gürcü Arzusu”nu seçkini udduğuna görə cəzalandıra bilmərik ki?..

Hakimiyyət də sorğudan narazı qalıb. Amma onların dəstəyi niyə böyük olmalı idi?

İvanişvili komandasının illər ərzində verdiyi vədlərin heç biri doğrulmadı, ən əsası da Gürcüstan nəinki Rusiyanın dostu olmadı, hətta Qərbi də itirdi! Cənubi Osetiya və Abxaziya məsələləri də olduğu kimi qalır, bu bölgələr bir problem kimi necə vardısa, elə də qalırlar.

Qərb də Gürcüstana qarşı başa düşülməyəcək “prinsipiallıq” göstərir. Bəlkə də bunun səbəbi budur ki, onlar bu vaxta qədər Qərbin dediyilə oturub-durmuşdular. Amma birdən Rusiyaya qarşı sanksiyalara qoşulmadılar, xarici agentlər haqqında qanunu ləğv etmədilər. Yadıma gəlir ki, Tramp Yerusəlimi İsrailin paytaxtı kimi tanıyanda ona dəstək verən bir-iki dövlətdən biri Gürcüstan olmuşdu. Amma indi hətta Tramp administrasiyası Tiflisə əl uzatmır.

Bəli, demək olar ki, Qərb problemli Gürcüstanı başından eləmək istəyir. Amma vəziyyət buna bənzəmir. Cənubi Qafqaz Qərbi maraqlandırmasaydı, onlar Ermənistan üçün bu qədər çalışmazdılar, ən azı ona görə ki, Ermənistan Gürcüstandan daha ciddi problemdir – bunu İrəvanın Moskvaya bağlılığı haqqında deyirik.

Bəs problem necə olacaq? Çətin sualdır. Gürcü hakimiyyəti növbəti seçkilərə qədər müxalifəti, ümumiyyətlə, səhnədən silməyi düşünür. Amma o vaxta qədər ölkə Avropa İttifaqı ilə bütün bağları itirə, gürcülər İttifaqın bütün imtiyazlarından məhrum ola bilərlər. Bu isə istər-istəməz gürcü elektoratının ovqatında hiss olunacaq.

Hər halda Tramp heç yerdə demokratiya axtarmır. Adam hakimiyyətə gələn kimi ABŞ-ı BMT-nin İnsan Haqları Şurasından çıxardı, birinci seçkisi zamanı dedi ki, daha ölkəsi heç yerə demokratiya ixrac etməyəcək. Bəs onda o, Gürcüstanla nəyin prinsipini aparır? Yoxsa, bu dəfə də Gürcüstan “günah keçisi” oldu? Avropalılar İvanişvilini Kreml agenti adlandırır, amma ortada dəlil yoxdur, Moskva Gürcüstan haqda Saakaşvili vaxtında hansı tonda danışırdısa, indi də həmin tonda davam edir.

Yeri gəlmiş, gürcü hakimiyyətinə də tamam inanmaq olmur. Qəbul etmək olar ki, xarici agentlər haqqında qanun guya ölkənin təhlükəsizliyi üçün lazımdır. Olsun! Bəs Mixeil Saakaşvilini niyə azad etmir, niyə onu da girov kimi saxlayırlar?

Bir sözlə, çətin məsələdir. Ən azı ona görə ki, insanların yaratdığı problemlərdən çətini olmur. Gürcü hakimiyyəti hələ gözləyir. Amma özü də bir addım geri çəkilmir, əksinə hakimiyyətdə qalmaq əzmini bir az da, günbəgün artırır. Ona görə də bir tərəfdə tərs gürcü hakimiyyəti, digər bir tərəfdə isə ondan da tərs Qərb hakimiyyəti. Burada qarşılıqlı qəbuledilməzlik kimi bir vəziyyət yaranıb. Gəl, indi bu vəziyyətdən bir çıxış yolu tap, görüm, necə tapırsan...

Belədəsə, Cənubi Qafqazda çox mürəkkəb proseslər gedir. Rusiya və Qərb biri-birilə çəkişməkdədir. İstəməzdik ki, Rusiya üçün regionda bu dəfə tutacaq – “rıçaq” kimi Tiflis qalsın. Həm də Gürcüstanla bağlı bu qədər iş görülüb. Doğrudanmı onların hamısından imtina ediləcək? Özü də belə asanlıqla?..

Hüseynbala Səlimov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Oktyabr 2026 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see228

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see216

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see214

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see211

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see207

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see202

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see196

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see196

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see191

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see189

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see185

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see185

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see184

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see183

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see182

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see182

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see177

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri