Icma.az
close
up
RU
Gürcüstana qatar səfərləri barədə hələ də rəsmi mövqe yoxdur: Deputat “açılacaq” deyir, Dəmir Yolları rəsmisi isə “bilmirəm”...

Gürcüstana qatar səfərləri barədə hələ də rəsmi mövqe yoxdur: Deputat “açılacaq” deyir, Dəmir Yolları rəsmisi isə “bilmirəm”...

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Beş ildir Azərbaycanın qonşu ölkələrlə quru sərhədləri bağlıdır. 2020-ci ilin martından Gürcüstanla bizim ölkə arasında dəmir yolu nəqliyyatı da dayandırılıb. Bu günlərdə karantin rejiminin iyulun 1-nə qədər uzadılması məlum oldu. Digər yandan Azərbaycanla Gürcüstanın dəmir yolu nəqliyyatının bərpası xəbəri çıxmışdı. Məsələyə hələ də tam aydınlıq gətirilməyib.

Bizimyol.info xəbər verir ki, təxminən bir ay əvvəl mayın 1-dən Gürcüstana qatar səfərlərinin bərpası gündəmə gəlmişdi. Hətta həmin tarixdən dəmir yolunun bərpa olunacağı bildirilmişdi, sosial mediada geniş müzakirə olunmuşdu. Çünki Gürcüstan tərəfi bu barədə rəsmi səviyyədə danışmağa başlamışdı. Bizim rəsmi şəxslər isə indiyə qədər dəqiq söz deməyib.

Milli Məclisin deputatı Vüqar Bayramov əmindir ki, mayın 1-dən qatarla Bakıdan Tiflisə gedib-gəlmək mümkün olacaq. O, açıqlamasında məsələnin, demək olar, həllini tapdığını deyib. Deputatın fikrincə, hər hansı məlumat yayılırsa, adətən, qarşı tərəflə razılaşdırılır. Yəni Vüqar Bayramov Azərbaycan hökumətinin məsələyə razılıq verdiyini demək istəyir. Ortada isə rəsmi mövqe yoxdur.

Gürcüstanla bizim ölkə arasında dəmir yolu nəqliyyatının bərpası haqda Azərbaycan Dəmir Yolları (ADY) Sərnişin daşımaları departamentinin rəhbəri Azər Fərəcov danışıb. O, açılış barədə xəbər olmadığını deyib.

“Qonşu tərəf bu haqda açıqlama vermişdi. Biz də bununla bağlı məlumat gözləyirik”.

ADY rəsmisi hazırlıq işlərinin getdiyini dilə gətirib. Onun sözlərinə görə, yekun qərar olandan sonra işlər tamamlanacaq.

Görün necə müəmmalı vəziyyət yaranıb! Gürcüstan tərəfi mayın 1-dən ölkəmizlə dəmir yolu nəqliyyatının bərpa olunacağına əmindir. Bizdə çıxıb məsələyə tam aydınlıq gətirən yoxdur. Hərə bir söz deyir. Cəmiyyətin isə gözü yoldadır. Quru sərhədlərinin bağlı qalması insanları çox yorub. Dəmir yolu nəqliyyatının açılmasının zamanı çoxdan çatıb.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Mart 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri