Gürcüstanda aksiyaçılar parlament otaqlarını dağıtdılar
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Gürcüstanda aksiyaçılar parlamentinin 48 otağına ziyan vurublar.
"Unikal" xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə bildirib.
O qeyd edib ki, KİV-də dərc olunan məqalələrdən sonra belə bir təəssürat yarana bilər ki, nümayişçilər parlamentə daxil olmayıblar və yalnız boya ilə yazılar qoyublar, lakin dünən iş otaqlarına ziyan dəyib, Çiçinadze küçəsi və Rustaveli prospekti tərəfində demək olar ki, heç bir bütöv pəncərə qalmayıb.
“Müxtəlif ofis avadanlıqları zədələnib. Çiçinadze küçəsi tərəfdən parlamentin taxta qapısı yanmış, parlamentin mərkəzi binasının istilik və soyutma aqreqatları dağıdılmış, tədris mərkəzinin anbarları və kompüter laboratoriyası, pəncərələri olan parlamentin yeməkxanası zədələnmişdir”, - deyə spiker bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 01 Dekabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















