Gürcüstanda ali təhsil pulsuz olacaq
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Gürcüstanın dövlət universitetlərinə qəbul olunanlar üçün təhsil haqqı magistr səviyyəsində də pulsuz olacaq.
Modern.az xəbər verir ki, müvafiq dəyişikliklər Təhsil, Elm və Gənclər İşləri nazirinin müavini Zviad Qabisoniyanın Gürcüstan qanunvericilərinə təqdim etdiyi “Ali Təhsil Qanunu”na edilən düzəlişlər paketində yer alıb.
"Biz ali təhsili tamamilə pulsuz edirik. Bu, dövlət universitetlərində tam maliyyələşdirilən model deməkdir. Hazırkı qrant modeli tam dövlət maliyyələşdirməsinə keçidlə əvəz olunacaq. Bu o deməkdir ki, mövcud kvota sistemi ilə dövlət ali təhsil müəssisələrinə qəbul olunan tələbələr həm bakalavr, həm də magistr səviyyələrində tamamilə pulsuz təhsil ala biləcəklər", - Qabisoniya bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 09 Dekabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















