Gürcüstanda azərbaycanlı deputat qadına zorakılıqda ittiham olunur
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gürcüstanda hakim “Gürcü Arzusu” Partiyasından olan azərbaycanlı bələdiyyə deputatı Vüqar İsayev qadına qarşı zorakılıq və cinsi xarakterli təkliflər irəli sürməkdə ittiham olunur.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın “TV Pirveli” telekanalının “Şənbə efiri” proqramında məlumat yayımlanıb.
Məlumata görə, hadisə oktyabrın 20-də Bolnisi bələdiyyəsinin azərbaycanlıların yaşadığı Naxiduri (Arıxlı) kəndində baş verib.
Üç uşaq anası olan 36 yaşlı qadın iddia edir ki, övladının müalicə və əməliyyat xərclərini qarşılamaq üçün deputata müraciət edib. Lakin Vüqar İsayev ona maddi yardım müqabilində cinsi münasibət təklif edib.
Qadının sözlərinə görə, deputat təxminən iki il ərzində onu narahat edib, mütəmadi mesajlar göndərib və görüşməyə məcbur etməyə çalışıb.
Sonuncu görüş isə Marneulinin Candar yaşayış massivində baş tutub. Qadın iddia edir ki, deputatın Batumiyə getmək təklifini rədd etdikdən sonra fiziki zorakılığa məruz qalıb.
Onun sözlərinə görə, polisə şikayət edəcəyini bildirdikdə Vüqar İsayev onu ölümlə hədələyib. Daha sonra küçədə tərəflər arasında insident yaşanıb.
Telekanalın yayımladığı görüntülərdə qadına fiziki güc tətbiq edildiyi və ətrafdakı şəxslərin hadisəyə müdaxilə etdiyi bildirilir.
Qadın hadisə günü polisə müraciət etdiyini, lakin deputatın saxlanılmadığını deyib. O, əksinə, özünə qarşı iki maddə üzrə cinayət işi açıldığını iddia edib.
Məlumata əsasən, Vüqar İsayev Bolnisi Bələdiyyə Məclisinin Əmlakın İdarə Edilməsi Komissiyasının sədridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 03 Noyabr 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















