Icma.az
close
up
RU
Gürcüstanda baş verənlər Azərbaycan iqtisadiyyatına təhlükədir?

Gürcüstanda baş verənlər Azərbaycan iqtisadiyyatına təhlükədir?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Gürcüstanda baş verən siyasi hadisələrin Azərbaycana zərrə qədər də təsiri yoxdur”.

Bunu “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Razi Abbasbəyli deyib.

O bildirib ki, Gürcüstan Azərbaycan üçün enerji nəqliyyatında əsas tranzit ölkədir:

“Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu kimi layihələr bu əməkdaşlığın vacibliyini göstərir. Gürcüstanda sabitlik pozularsa, bu layihələrin davamlılığı riskə düşə bilər və Azərbaycanın enerji ixracından əldə edəcəyi gəlir azala bilər.

Daha bir vacib iqtisadi göstərici var - 2024-cü ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 1,3 milyard dollara yaxın olub. Bizim ixracatda Gürcüstan 5 %-lik paya malikdir. Amma tranzit layihələrimizin əsas tərəfdaşıdır.

Başqa bir məqam - Gürcüstandakı qeyri-sabitlik və ya Rusiya ilə əlaqələrin gərginləşməsi Azərbaycanın Qərbə enerji nəqliyyatı yollarına təhlükə yaradar.

Bundan əlavə, NATO və Avropa İttifaqı ilə Gürcüstanın yaxınlaşma səyləri Azərbaycanın regional mövqelərinə də təsir edə bilər”.

Ekspert qeyd edib ki, nəticə etibarilə qarşımızda iki iqtisadi mənzərə var:

“1. İndiki iqtidar dəyişərsə, Gürcüstanın Avropa İttifaqına inteqrasiya səyləri Azərbaycan üçün yeni ticarət və logistika imkanları yarada bilər.

2. Gürcüstan-Rusiya münasibətlərinin gərginləşməsi regionda yeni münaqişələrə səbəb ola bilər ki, bu da Azərbaycanın ticarət yollarına və iqtisadi sabitliyinə təsir edə bilər.

Yəni yalnız iqtisadi sabitlik və əsas tranzit tərəfdaşımızın siyasi xaos halında olması bizə ziyan verə bilər. Digər siyasi, hərbi və başqa sahələrdə regionda Azərbaycana zərər verə biləcək dövlət yoxdur.

Deməli, biz Gürcüstanda baş verənlərə təmkinlə yanaşsaq, hətta iqtidar dəyişikliyi baş versə də Azərbaycan gürcülər üçün "çörək ağacı" statusunu saxlayacaq.

Bu baxımdan da demokratikləşmə istiqamətində atılan bütün addımlar ilk növbədə Azərbaycanın iqtisadi nifuzu ilə uzlaşdırılmalıdır.

Əsas iqtisadi tərəfdaşımız olan Gürcüstanda sabitlik və demokratiya bizim ziyanımıza deyil. Bu heç Avropanın da ziyanına deyil”.

Həsən Məmmədov
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri