Icma.az
close
up
RU
Gürcüstanda “diplomat qiyamı” Qərb eyni ssenarini Azərbaycan üçün də hazırlamışdı

Gürcüstanda “diplomat qiyamı” Qərb eyni ssenarini Azərbaycan üçün də hazırlamışdı

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurub.

Baş nazir İrakli Kobaxidzenin bu qərarı elan etməsindən sonra Tbilisidə vəziyyət gərginləşib.

Qərb siyasi mərkəzlərinin təsir dairəsində olan müxalifət qüvvələri küçələrə axışıb. Parlament binasının önündə toplaşan etirazçılarla polis arasında insident yaşanıb. Polisin asayişi təmin etmək cəhdlərinə müqavimət göstərən aksiya iştirakçıları  lazer işıqlarından istifadə ediblər. Qarşıdurma zamanı Daxili İşlər Nazirliyinin  əməkdaşları sırasında xəsarət alanlar, xəstəxanaya yerləşdirilənlər olub. 

Gürcüstan prezidenti, səlahiyyət müddəti başa çatmaq üzrə olan Salome Zurabişvilinin aksiya iştirakçılarına dəstək verməsi vəziyyəti gərginləşdirib. O, tərəfdarlarını təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya təhrik edən bəyanatlar səsləndirib. Zurabişvilinin bənzər hərəkətləri son 2 il ərzində dəfələrlə təkrarlandığı üçün gözlənilməz olmayıb. Bu baxımdan “prezident-müxalifət tandemi”nin təxribatlarını zərərsizləşdirmək təhlükəsizlik qüvvələri üçün çətinlik yaratmayıb. 

Amma gərginliyi artıran başqa bir amil daha var - Qərb mərkəzləri aksiya iştirakçılarını ruhlandırmaq üçün “son silaha” əl atıblar. Avropa dövlətlərinin xüsusi xidmət orqanları tərəfindən ələ alınmış bir qrup gürcü diplomat aksiya iştirakçılarını dəstəkləyiblər. Gürcüstan Xarici İşlər Nazirliyinin müxtəlif ölkələrdəki səfirliklərində çalışan 92 əməkdaşı birgə bəyanat imzalayaraq, öz dövlətlərinin qərarına qarşı çıxıblar. Onlar rəsmi Tbilisidən Avropa və avroatlantik strukturlara qoşulmaq yönündə danışıqları davam etdirməsini tələb ediblər. 

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı  ayrı-ayrı dövlətlərdə öz maraqlarını təmin etmək üçün təzyiq vasitəsi rolunda adətən yerli müxalifət partiyalarından, ələ alınmış QHT və KİV-lərdən istifadə ediblər. “Qrant”, “texniki dəstək” və “siyasi himayədarlıq”la nəzarətdə saxlanılan  yerli “QHT” və “KİV”lər, siyasi partiyalar zəruri anda hərəkətə gətirilərək  öz ölkələrində Qərb siyasi maraqlarının müdafiəsinə qalxıblar. Bu model ABŞ və Qərbin hədəfində olan bütün regionlarda, o cümlədən, Cənubi Qafqazda-Gürcüstan və Azərbaycanda da dəfələrlə tətbiq edilib. İndi isə vəziyyət bir qədər fərqlidir. ABŞ və Avropa İttifaqı Gürcüstanda yenilənmiş təxribat mexanizmini sınaqdan çıxarırlar. Təşkil etdikləri etiraz aksiyalarına həm də ələ alınmış rəsmi şəxsləri, o cümlədən, diplomatları qatırlar. Faktiki olaraq, dövlət çevrilişinə təşəbbüs göstərirlər. Qərbpərəst qüvvələr  Gürcüstanda tam bir çevriliş planını isra edirlər. 

Əslində bu ssenarinin Gürcüstandan öncə Azərbaycanda tətbiq edilməsinə cəhd göstərilib. “Diplomat qiyamı”na əsaslanan proqramın ilk epizodları 2015-ci ildə təzahür edib. Hadisənin izlənilməsi nəticəsində müəyyən edilib ki, Qərb insitutları Azərbaycanda “radikal müxalifət”, “QHT” və “KİV”lərdən başqa həm də “ələ alınmış diplomatlar” üzərində işləyiblər. Qərbin maraqlarına uyğun təxribatlar törətməyə hazırlaşan “kölgə qruplar” formalaşdırıblar.  

Bu barədə Azərbaycan KİV-lərində çoxsaylı məqalələr  dərc edilib. “Yenilənmiş Qərb şəbəkəsinin üzvləri və təxribat planının detalları” başlığı ilə yayımlanmış məqalədə “kölgə qruplar”ın  formalaşdırılma mexanizmləri və fəaliyyət metodları barədə detallı bilgilər yer alıb (https://musavat.com/news/yenilenmis-qerb-sebekesi-nin-uzvleri-ve-texribat-planinin-detallari-belli-oldu-sensasion-faktlar_1093817.html). 

Məqalədə qeyd edilib ki, Qərb mərkəzləri COP29 və Milli Məclis seçkiləri ərəfəsində təxribat ssenarilərini icra etməyə hazırlaşıblar. Bunun üçün ənənəvi müxalifət, QHT və KİV şəbəkəsindən başqa, həm də yeni elementlərdən faydalanıblar. Bu sırada həm də “ələ alınmış diplomatlar”a istinad ediblər. “Həbs edilən diplomat işi” başlıqlı məqalədə isə “diplomat oyunu”nun detalları təsvir olunub (https://qafqazinfo.az/news/detail/qerb-azerbaycan-uzre-texribat-sebekelerini-gurcustandan-balkanlara-kocurur-444479).

Qeyd edilib ki, Qərb xüsusi xidmət orqanları tərəfindən  müxtəlif vasitələrlə ələ alınmış keçmiş diplomatlardan ibarət xüsusi qrup formalaşdırılıb. Bu yöndə şübhələr Qərb ölkələrində PKK və FETO ilə əməkdaşlıq etdiyi təsdiqlənən keçmiş azərbaycanlı diplomat  Emin İbrahimovun həbsindən sonra öz təsdiqini tapıb. O, xırda xuliqanlıq əməlinə görə həbs edilsə də, istintaqın gedişində yeni detallar üzə çıxmışdı. Bütöv bir şəbəkənin qanunsuz əməlləri ifşa edilmişdi.

“Diplomatın cinayət işi” araşdırılarkən, onun çevrəsi, şübhəli əlaqələrinə dair faktlar ələ keçmişdi. Müəyyən olunmuşdu ki, “sabiq diplomatların” öz aralarında yazışdıqları xüsusi bir internet səhifə və məxvi mesajlaşma platforması mövcuddur. Bu platformalarda dövlət əleyhinə planların müzakirəsi aparılır. Kənar girişlərin məhdudlaşdırıldığı, modern texnologiyaların tətbiqi ilə mühafizəsi təmin olunan həmin platformalar Qərb xüsusi xidmətləri tərəfindən idarə edilir.

Emin  İbrahimovun XİN-də müxtəlif əlaqələrinin müəyyənləşdirilməsi  kontekstində aparılan təhqiqat zamanı qrupun  digər üzvləri barədə də məlumatlar əldə edilib. Bu günlərdə Azərbaycan KİV-lərində  “Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?” başlıqlı yazı dərc edilib (https://qafqazinfo.az/news/detail/caqqal-leqebli-sexs-kimdir-454291). Qeyd olunub ki, COP29 ərəfəsində müxtəlif Qərb dairələri  sabiq diplomatlardan istifadə edərək, Azərbaycana qarşı təxribatlar hazırlayıblar. Kod adı “Cavanşir” olan, diplomatiya sistemindən uzaqlaşdırılmış “Çaqqal” ləqəbli Ramiz Vəliyev də bu kontekstdə ciddi şübhə obyektinə çevrilib. O, diplomatiya sistemində çalışarkən xaricə, o cümlədən “söyüş müxalifəti”nə məlumat ötürən şəxslərdən biri kimi fəaliyyət göstərib. 

Beləliklə, indi Gürcüstanda çox qabarıq şəkildə təzahür edən  “diplomat qiyamı” ABŞ və Avropa İttifaqının hədəf ölkələr üzrə hazırladıqları yeni təxribat ssenarilərindən xəbər verir. Bu ssenarilərdə rol alan komponenetlərdən biri də “ələ alınmış diplomatlar”dır. Həmin ssenari təkcə Gürcüstan üçün nəzərdə tutulmayıb. Əgər sabah Paşinyan Qərbə qarşı hansısa sürüşkən addımlar atacaqsa, o da yeni silahın hədəfinə çevriləcək. Onlarla diplomatın təpkisini görəcək. 

Azərbaycan isə həmişə olduğu kimi, bu dəfə də oyunları poza bilib. Özünün ayıq-sayıq davranması ilə bu planı da alt-üst edə bilib. \\Qafqazinfo

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Noyabr 2024 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri