Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

Gürcüstanda şəhidlərimizin xatirəsi “Zəfərə gedən yol” adlı tədbirlə anılıb

Gürcüstanda şəhidlərimizin xatirəsi “Zəfərə gedən yol” adlı tədbirlə anılıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Tbilisi, 27 sentyabr, AZƏRTAC

Bu gün Gürcüstanın Marneuli şəhərindəki “Azərbaycan evi”nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar “Zəfərə gedən yol” adlı tədbir keçirilib, eyniadlı tamaşa nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, din və ictimaiyyət xadimləri, 44 günlük vətən müharibəsində Gürcüstan əsilli şəhidlərin ailə üzvləri və Marneuli, Bolnisi, Dmanisi və Qardabani ziyalıları iştirak ediblər.

Əvvəlcə Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğurunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Azərbaycan evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək bildirib ki, 1990-cı illərin əvvəlində yaranmış xaos nəticəsində Azərbaycan torpaqları Ermənistanın hərbi birləşmələri tərəfindən işğal edilib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədəki xaos aradan qaldırılıb və atəşkəs əldə olunub. Bütün fəaliyyəti dövründə Ümummilli Lider münaqişənin sülh yolu ilə həllinə çalışıb. Lakin 30 il davam edən sülh danışıqları daim Ermənistan hakimiyyəti və onun xaricdəki havadarları tərəfindən uzadılıb, bu müddət ərzində müxtəlif təxribatlar törədilib.

Nəhayət 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etmək üçün əks-hücum əməliyyatlarına başlayıb. Qısa müddət ərzində tarixi torpaqlarımız işğaldan azad edilib və Şuşa şəhərində Azərbaycan bayrağı ucaldılıb.

Səfiri Faiq Quliyev çıxışında deyib ki, Anım Gününün təsis olunması Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin göstərdiyi ali ehtiramın təsdiqidir.

Onun sözlərinə görə, Anım Günü gənc nəslin vətənpərvər ruhunda tərbiyə olunması və ölkə vətəndaşlarının birliyinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır.

Səfir qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar birinci və ikinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı müddətdə həmişə Azərbaycana mənəvi dəstək göstəriblər. Marneulidə, eləcə də Gürcüstanın digər bölgələrində keçirilən aksiyalarda siyasi əqidələrindən asılı olmayaraq Azərbaycanla həmrəylik nümayiş etdiriblər.

Diplomat qeyd edib ki, bu gün Gürcüstanın Suxumi şəhərinin süqutu günüdür, o Gürcüstan ərazi bötövlüyünün tezliklə bərpa olunacağına ümid etdiyini qeyd edib. Bildirib ki, Azərbaycan Gürcüstan dövlətinə etibar edir, inanır. Tbilisinin vasitəçiliyi ilə Ermənistan tərəfinin mina xəritələrini Azərbaycana təhvil verməsi, Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin, nazir müavinlərinin görüşlərinin Tbilisidə təşkil olunması bunu sübut edir.

F.Quliyev onu da bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda 40-dan çox Gürcüstan əsilli azərbaycanlı şəhid olub. Azərbaycan dövləti onların adlarının əbədiləşdirir, onların ailələrinə daim diqqət və qayğı göstərilir.

Daha sonra Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı çıxış edərək, vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə uzun illər işğal altında olan torpaqların azad olunmasını böyük tarixi nailiyyət kimi dəyərləndirib və Ağ Evdə baş tutan tədbirin bu zəfərin təntənəsi olduğunu xüsusi vurğulayıb.

Deputat, həmçinin Suxumi şəhərinin süqutu gününü xatırladaraq, bu tarixi hadisənin Gürcüstan xalqının yaddaşında dərin iz buraxdığını bildirdi. O, Gürcüstanın da ərazi bütövlüyünün tezliklə bərpa olunacağına inandığını və bu istiqamətdə beynəlxalq ictimaiyyətin ədalətli mövqe tutacağına ümid etdiyini ifadə edib.

Tədbirdə iştirak edən şəhid Orxan Məhərrəmovun nənəsi Nazan Məhərrəmova və şəhid Bilal Qənbərovun bibisi Qiyafət Qənbərova da çıxış edərək, şəhidlərin əziz xatirəsinin unudulmadığını və daim hörmətlə anıldığını bildirdilər. Onlar həmçinin şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və ölkəmizin Gürcüstandakı səfirliyinə dərin təşəkkürlərini ifadə etdilər.

Daha sonra Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı səlahiyyətli nümayəndəsi Məhəmməd Şamilov, sabiq deputatlar Azər Süleymanov, Ruslan Hacıyev, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov və başqaları çıxış edərək, 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıblar. Qeyd olunub ki, bu zəfər yalnız torpaqlarımızın azad olunması ilə deyil, həm də milli birliyin, xalq-iqtidar həmrəyliyinin və şəhidlərimizin qəhrəmanlığının təntənəsi kimi tarixə həkk olunub.

Tədbirin ikinci hissəsində Gürcüstandakı Azərbaycandilli Məktəblər Birliyinin rəhbəri Esmira Ələkbərlinin müəllifi olduğu “Zəfərə gedən yol” adlı səhnə əsəri məktəblilər tərəfindən nümayiş etdirilib.

Tamaşa Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, xalqın birliyi və şəhidlərin fədakarlığı mövzusunda hazırlanıb. Məktəblilərin ifasında təqdim olunan bu səhnə əsəri tamaşaçılara duyğulu anlar yaşadıb və alqışlarla qarşılanıb.

Tamaşada rol alan məktəblilərin əməyi xüsusi olaraq qiymətləndirilib və onların hər biri “Azərbaycan evi” tərəfindən təşəkkürnamələrlə təltif olunub.

Sonda şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi açılıb və onların ruhuna dualar oxunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri