Icma.az
close
up
RU
Gürcüstanda soydaşlarımız üçün təmənnasız hüquqi yardım aksiyası keçirilib

Gürcüstanda soydaşlarımız üçün təmənnasız hüquqi yardım aksiyası keçirilib

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Marneulidə yaşayan soydaşlarımız üçün təmənnasız hüquqi yardım aksiyası keçirilib.

525.az “Report”a istinadən xəbər verir ki, Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi”ndə vətəndaşlara təmənnasız hüquqi yardım göstərilib.

Aksiya, “Azərbaycan Evi” ilə “Qanun" Hüquqi Yardım Mərkəzi arasında imzalanmış memorandum əsasında həyata keçirilib.

Aprelin 26-da olan hüquqi qəbulda mərkəzin rəhbəri, vəkil Əli Bədirov və hüquqşünas Şamil Şamilov əvvəlcədən qeydiyyatdan keçmiş Marneuli sakinlərini qəbul ediblər. Ümumilikdə on ikinci qəbul günündə 6 nəfər Gürcüstan vətəndaşı dinlənilib.

Qəbul zamanı vətəndaşların ədliyyə orqanlarına hüquqi prosedurların təmin olunması, ailə və məişət zorakılığı, məhkəmə proseslərinin sürətləndirilməsi, mülkiyyət və torpaq məsələləri, eləcə də qanunsuz cərimələrin ləğvi kimi müxtəlif problemləri ilə bağlı ərizələr hazırlanaraq müvafiq dövlət qurumlarına – Gürcüstan Prezidenti, Baş Prokurorluq və məhkəmə-hüquq orqanlarının elektron ünvanlarına göndərilib.

Qəbul günlərinin davam etdiriləcəyi və soydaşlarımızın bu xidmətdən faydalana biləcəyi bildirilib. Qəbula yazılmaq istəyənlər +995 599 10 96 90 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Bu təşəbbüs Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi və hüquqi maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Rustavidə də Təhsil və Mədəniyyət Mərkəzində azərbaycanlı icma üzvləri üçün təmənnasız hüquqi xidmət fəaliyyətə başlayıb. Bu barədə hüquqşünas və vəkil Rövşən Ziyadəliyev məlumat verib.

Onun sözlərinə görə, layihə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində Rustavi şəhəri və ətraf kəndlərdə yaşayan soydaşlarımıza hüquqi yardım göstəriləcək.

Sakinlər hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək Mərkəzin ofisinə gələrək hüquqi məsələlərlə bağlı vəkil Rövşən Ziyadəliyevə müraciət edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://525.az
archiveBu xəbər 03 May 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri