Icma.az
close
up
RU
Gürcüstanda soydaşlarımız “Ana dili”ni qorumaq üçün Petisiya başladıb

Gürcüstanda soydaşlarımız “Ana dili”ni qorumaq üçün Petisiya başladıb

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Gürcüstanda ictimai fəal,  iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva ötən il verdiyi açıqlamada bildirmişdi ki, Gürcüstandakı milli məktəblərdə ana dili üzrə dərs saatlarının azaldılması, təhsil proqramından “Azərbaycan ədəbiyyatı”nın çıxarılması, o cümlədən universitetə qəbul imtahanlarına “Azərbaycan dili və ədəbiyyat” fənninin daxil edilməsi müzakirə edilir. O, ana dili üzrə dərs saatlarının ikinci xarici dil hesabına azaldılmasının qəbuledilməz olduğunu həyacanla bildirirdi.

Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin hazırladığı yeni təhsil proqramında artıq “Azərbaycan dili” adı “etnik azlıqların dili” termini şəklində qeyd olunub.

Soydaşlarımız “Ana dili”nin “etnik azlıqların dili” termini ilə əvəz olunmasını yolverilməz hesab edərək, bununla bağlı etiraz olaraq, imzatoplama kampaniyasına başlayıblar.

Petisiyanı başladan ictimai fəal Aygül İsayeva bildirib ki, Petisiyanı kifayət qədər insan imzaladıqdan sonra məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət ediləcək.

Petisiyanın linki (https://c.org/Lgkz9ZX7k5 ) və müraciətin forması olduğu kimi təqdim edirik:


“Gürcüstanın Təhsil, Elm və Gənclər naziri cənab Givi Mikanadzeyə

Biz, aşağıda imza atan şəxslər, “Etnik azlıqların dili” adlanan fənnin təhsil proqramından (kurikulumdan) çıxarılmasını və onun əvəzinə “Azərbaycan dili və ədəbiyyatı” fənninin daxil edilməsini xahiş edirik. Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi tərəfindən tərtib edilmiş təhsil proqramında “Azərbaycan dili və ədəbiyyatı” fənninin adının “etnik azlıqların dili” termini ilə əvəz olunması qəbuledilməzdir və bu, Gürcüstan vətəndaşı olan azərbaycanlıların təhsil hüquqlarına ziddir.

“Azərbaycan dili və ədəbiyyatı” fənninin adı həm təhsil proqramında, həm dərs saatlarını əks etdirən cədvəldə, həm də elektron jurnalda “etnik azlıqların dili” kimi göstərilmişdir.

Fənnin adı, istifadə olunan dərsliklərin adına uyğun şəkildə, “etnik azlıqların dili” deyil, “Azərbaycan dili və ədəbiyyatı” olmalıdır. Həm Sovet dövründə, həm də Gürcüstanın müstəqilliyinin ilkin illərində təhsil proqramlarında bu fənnin adı “etnik azlıqların dili” deyil, “Azərbaycan dili və ədəbiyyatı” kimi qeyd olunurdu. “Etnik azlıqların dili” ifadəsində “Ədəbiyyat” komponentinin yer almaması, gələcəkdə ədəbiyyatın tədris planından çıxarılması ehtimalı ilə bağlı əsaslı narahatlıq doğurur. Xahiş edirik, bizim ana dilimizə hörmət əlaməti olaraq təhsil proqramında, dərs saatlarını əks etdirən cədvəldə və elektron jurnalda “etnik azlıqların dili” termini “Azərbaycan dili və ədəbiyyatı” ilə əvəz olunsun.

Təhsil proqramında, dərs saatlarını əks etdirən cədvəldə və elektron jurnalda “Gürcü dili və ədəbiyyat” yazıldığı kimi, ana dilimiz və ədəbiyyatımızla bağlı fənnin adının da “Azərbaycan dili və ədəbiyyatı” olaraq göstərilməsini məntiqli və məqsədəuyğun hesab edirik”,-deyə müraciətdə qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Oktyabr 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri