Gürcüstanda toyda azərbaycanlılar arasında insidentlə bağlı 2 nəfər saxlanılıb, 3 nəfər məsuliyyətə cəlb edilib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gürcüstanın Qardabani rayonunun Qara Təhlə kəndində yanvarın 5-də baş vermiş qanlı insidentlə bağlı 2 nəfər saxlanılıb, 3 nəfər isə məsuliyyətə cəlb edilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, saxlanılan 2000 və 1995-ci il təvəllüdlü şəxslər qəsdən adam öldürməyə cəhddə, başqasının əmlakına zorla qəsd etmə və iki və ya daha çox şəxsə qarşı qrup şəklində zorakılıqda ittiham olunurlar.
İstintaqla müəyyən edilib ki, Qardabanidə yaşayan 6 nəfər arasında yaranan mübahisə fiziki qarşıdurmaya keçib və nəticədə 2 nəfərə bıçaqla xəsarətlər yetirilib.
Qarşıdurma zamanı həmçinin bir nəfər qəsdən maşınını 2 nəfərin üzərinə sürüb, nəticədə F.Ə. adlı şəxs hadisə yerində ölüb. Xəsarət alan 4 nəfər təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.
Faktla bağlı istintaq davam etdirilir. Törədilmiş cinayət əməllərinə görə 20 ilədək həbs cəzası nəzərdə tutulur.
Qeyd edək ki, insident Qara Təhlə kəndində keçirilən toy mərasimində başlayıb. Fiziki qarşıdurma zamanı ölən Fail Əliyevin toyun tamadası olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 07 Yanvar 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















